Center of Agile Communication

Center of Agile Communication Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Center of Agile Communication, Information Technology Company, Sepapaja 6, Tallinn.

“Rəqəmsal Transformasiyada Tədqiqat və İnkişaf Meneceri”akselerasiya proqramı çərçivəsində demoday keçirildi. Bilik iqti...
30/04/2024

“Rəqəmsal Transformasiyada Tədqiqat və İnkişaf Meneceri”
akselerasiya proqramı çərçivəsində demoday keçirildi.

Bilik iqtisadiyyatının, o cümlədən 3-cü nəsil universitetlərin başlıca hərəkətverici qüvvəsi hesab olunan Tədqiqat və İnkişaf (R&D) Menecerlərini hazırlanması getdikcə daha da aktuallaşır. Biznes dünyasının tələbələrinə cavab verən innovativ və effektiv həll yolları təklif etmək, bilikdən səmərəli istifadəni zəruri edir.

Qlobal, regional və lokal bazarda cərəyan edən tendensiyaları nəzərə alaraq, Bakı Mühəndislik Universiteti, Center of Agile Communication, və Yenifikir MMC-nin birgə layihəsi olan “Rəqəmsal Transformasiyada Tədqiqat və İnkişaf Meneceri” adlı akselerasiya proqramını həyata keçirir.

Bu məqsədlə aprelin 25-də sözügedən akselerasiya proqramı çərçivəsində demoday keçirildi. BMU-nun professor-müəllim heyətinin iştirak etdiyi demoday-də BMU Texnoparkının direktoru Isa Qasimov və “Center of Agile Communication”-nin təsisçisi Anar Rustamov akselarasiya proqramının məzmunu və üstünlüklərindən bəhs etdilər.

Daha sonra iştirakçılar ilə proqramın mahiyyəti və gözləntiləri müzakirə olundu. Akselerasiya proqramını cari ilin may-sentyabr aylarını əhatə edir.

Akselerasiya proqramı çərçivəsində ilk növbədə təlimçilərin təlimi (TOT) prosesi həyata keçirilir. BMU-nun professor-müəllim heyətinin cəlb edildiyi TOT proqramı nəzəri və praktiki hissələrdən ibarət olmaqla intensiv formada təşkil olunacaq. Prosesin davamında hər bir iştirakıçının fərdi və ya komanda formasında layihələrinin inkişaf etdirilməsi nəzərdə tutulub. Beləkilə, hazırlanacaq tədqiqat və inkişaf menecerləri universitet ilə sənaye arasında səmərəli dialoqun formalaşmasına, eləcə də biznesə effektiv həll yolları təklif edən layihələrin hazırlanmasına nail ola biləcəklər.

Universitetin professor-müəllim heyətinin peşəkar inkişafına hesablanmış akselerasiya proqramı çərçivəsində aşağıda istiqamətlər üzrə nəzəri və praktiki təlimlər təşkil eidlir:

• Biznes dünyasının tələblərinin analizi üçün zəruri bilik və bacarıqların qazanılması;
• Biznesin tələblərinə cavab verən tədqiqat sualların (Research Questions) tərtibi;
• Doktorant (PhD) və magistr tələbələri üçün tədqiqat isitqamətinin təyini;
• Prosesin layihələndirilməsi, o cümlədən ideyanın formalaşması və biznes planın hazırlanması;
• Magistr və bakalavr tələbələri üçün tədris olunacaq fənlərinin tematik planını hazırlanması və s.

❗️Generative AI & Big Data Startup Acceleration Center-də real layihələrdə Məhsul Sahibi kimi təcrübə toplamaq istəyən 4...
08/04/2024

❗️Generative AI & Big Data Startup Acceleration Center-də real layihələrdə Məhsul Sahibi kimi təcrübə toplamaq istəyən 4-cü kurs və Magistr tələbələrinin aşağıdakı link-dən müraciət edə bilərlər.

📍 Təcrübə Proqramına yalnız Baku Mühəndislik Universitetinin tələbələri müraciət edə bilər.

👉 2 istiqamətdə layihə mövcuddur:
1) Təhsil sektoru və 2) Tibb sektoru

https://docs.google.com/forms/d/e/1FAIpQLSd9ww0LoihkF9s_a1qGxJb3F0F2TmmzalIJLi4AIRWr588Puw/viewform

Öz Rəqəmsal Məhsulunun Sahibi Ol!👉 Dövrün tələbi olaraq Rəqəmsal Məhsul və bu məhsulların ərsəyə gəlməsi ixtisaslarına t...
07/04/2024

Öz Rəqəmsal Məhsulunun Sahibi Ol!

👉 Dövrün tələbi olaraq Rəqəmsal Məhsul və bu məhsulların ərsəyə gəlməsi ixtisaslarına tələbat artıb və artmaqdadır. Rəqəmsal Məhsul Sahibi (Digital Product Owner) və Rəqəmsal Məhsul Meceri (Digital Product Manager) ixtisaslarına yiyələnmək istəyən tələbələrin nəzərinə.

✊Özünüzü inkişaf etdirmək və əla fürsətlərə imkan açan ixtisasa yiyələnmək istəyirsiz? O zaman bu tam sizlikdir. Bakı Mühəndislik Universiteti, Center of Agile Communication və Yenifikir birgə layihəsindən faydalanın.

👉 Bootcamp müddətində real layihələr üzərində işləyəcək və heç bir yerdə əldə edə bilməyəcəyiniz dəyərli elmləri bir arada öyrənmiş olacaqsız.

👉 Həm nəzəri, həm də praktiki dərslərimiz vasitəsi ilə qısa zamanda bu biliklərə yiyələnə və potensial kadra çevrilə bilərsiz. Bu bilik və bacarıqları qazandıqdan sonra rəqəmsallaşmaya keçid edən bütün şirkətlər, banklar, sığorta şirkətlərində bu ixtisaslar üzrə işləyə bilərsiniz.

🙇‍♀️ Bootcamp 5 qrupdan ibarət olacaqdır. Hər bir qrupda maksimum 15 nəfərdən ibarət olacaqdır. Ümumi 75 nəfər nəzərdə tutulmuşdur.

👉 Bootcamp 15 həftə davam edəcəkdir.

🧐 Qeydiyyat üçün son tarixi: 20 Aprel 2024, saat 22.00

👉 Seçim mərhələsinin nəticəsi 23 Aprel 2024 tarixində elan ediləcəkdir.

👉 Video və oxumaq üçün materiallar İngilis və Azərbaycan dillərindədir.

🏹 Layihələri uğurla təqdim edən İştirakçılara Müvəffəqiyyət Sertifikatı veriləcək.

👉 Qeydiyyat üçün, həmçinin Bootcamp müddətində tədris olunacaq modullar və mövzuları linkə daxil olaraq əldə edə bilərsiz.

https://bit.ly/popmacf

Rəqəmsal məhsul sahibi (Digital Product Owner) - Development Team və Stakeholder-lar arasında  çevik, effektiv və dəqiq ...
13/03/2024

Rəqəmsal məhsul sahibi (Digital Product Owner) - Development Team və Stakeholder-lar arasında çevik, effektiv və dəqiq kommunikasiyanın yaranmasını təmin etməlidir. Amma bu hazırda nə dərəcədə uğurlu alınır? 🤔

İddia edirik! “Agile Communication Framework” və “Agile Communication Process”-i tətbiq etməklə Rəqəmsal Məhsul Sahibi (RMS) bunu indiyə qədər əldə oluna bilməyən yüksək effektivliklə təmin edə biləcək! 🚀
Necə?

Biznes proseslərinin təhlili, Data Analizi, Rəqəmsal xidmət analizi və s. kimi bacarıqlarından istifadə edərək bunlar baş verəcək:

- Analizin dəqiqliyini 90%-ə qədər
- Məlumat axınının dəqiqliyini 90%-ə qədər
- Layihənin idarəetmə dəqiqliyini 90%-ə qədər artıracaq!

Bugün, 7 mart tarixində BMU ilə “Center of Agile Communication” MMC olaraq  aramızda Anlaşma Memorandumu imzalandı! Memo...
07/03/2024

Bugün, 7 mart tarixində BMU ilə “Center of Agile Communication” MMC olaraq aramızda Anlaşma Memorandumu imzalandı!

Memorandum birlikdə akselerasiya və digər inkişaf proqramlarının təşkili, həmçinin qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın qurulmasının təmin edilməsi məqsədi daşıyır.

Ətraflı: https://shorturl.at/mpwK8

Bizim AI əsaslı innovativ Agile Communication Framework sizə Rəqəmsal Məhsulun analizini, kodlaşdırılmasını və idarə edi...
07/03/2024

Bizim AI əsaslı innovativ Agile Communication Framework sizə Rəqəmsal Məhsulun analizini, kodlaşdırılmasını və idarə edilməsini daha dəqiq, daha doğru, az risklə, yüksək keyfiyyətlə və qısa müddətə həyata keçirməyinizə imkan verir. Belə olan halda vaxtınızı alan ünsiyyət 90%-ə, kodlaşdırmaya tələb olunan müddət isə 60%-ədək azalır.

Rəqəmsal Məhsulun Analiz xidmətinə daxildir:
Maliyyə təhlili
Rəqəmsal Xidmətlərin Təhlili
Biznes Proseslərinin (Məlumatların Axını) Təhlili
Səhifə təhlili
Verilənlər Bazasının Təhlili
API təhlili
Tapşırıq

“Center of AC” olaraq yaratdığımız sistemlər şirkətlərə hansı faydaları verir?  1. Xərcləri azaltmaq 2. Məhsul və xidmət...
05/03/2024

“Center of AC” olaraq yaratdığımız sistemlər şirkətlərə hansı faydaları verir?
1. Xərcləri azaltmaq
2. Məhsul və xidmətin keyfiyyətini artırmaq
3. Bazara çıxışı sürətləndirmək
4. Böyüməni aktivləşdirmək
5.Müştəri təcrübəsini təkmilləşdirmək
6. Çevikliyi (Agility) artırmaq
7. Data əsaslı qərarlar qəbul edə bilmək
8. Daha çox yenilik yaratmaq
9. Daha yaxşı biznes model formalaşdırmaq
10.Keyfiyyəti artırmaq

Yaratdığımız "Agile Communication Framework" sistemi Gen AI ilə gücləndirilərək daha sürətli və yenilikçi həll yolları t...
05/03/2024

Yaratdığımız "Agile Communication Framework" sistemi Gen AI ilə gücləndirilərək daha sürətli və yenilikçi həll yolları təqdim edir. Bu daha minimal büdcədən istifadə edərək rəqəmsal məhsulların analizi və kodlaşdırılması prosesini daha dəqiq, minimum risklə, qısa müddətə və ən əsası yüksək keyfiyyətlə idarəetmək üçün idealdır.

“Agile Communication Framework” xidmətimizdən ödənişsiz faydalanmaq üçün, buyurun, https://acframework.com/ saytına keçid edin.

"Digital Thinker" - rəqəmsal məhsulu analiz edən və onu idarə edən şəxsdir. "Digital Thinker" olmaq üçün  aşağıda qeyd e...
05/03/2024

"Digital Thinker" - rəqəmsal məhsulu analiz edən və onu idarə edən şəxsdir. "Digital Thinker" olmaq üçün aşağıda qeyd edilən 9 dili bilmək kifayətdir:
1. Maliyyə Analizi
2. Rəqəmsal Xidmət Analizi
3. Biznes Prosesslərin (Data Axışı) Analizi
4. Rəqəmsal Texnologiya
5. API Analizi
6. Səhifələrin Analizi
7. Rəqəmsal Məhsulun Kodlaşdırılması və İdarə edilməsi
8. Tapşırıqların Təyin Edilməsi
9. Verilənlər Bazası Analizi

Biz şirkətlərə 9 Ünsiyyət Dilini öyrətməklə rəqəmsal məhsulun hazırlanması prosesini sürətləndirməyə və Agile Communicat...
05/03/2024

Biz şirkətlərə 9 Ünsiyyət Dilini öyrətməklə rəqəmsal məhsulun hazırlanması prosesini sürətləndirməyə və Agile Communication Culture qurmağa kömək edirik. Bizim xidmətlərimiz:
- Rəqəmsal Məhsulun Analizi
- Rəqəmsal Məhsulun Kodlaşdırılması və İdarə edilməsi

“Center of Agile Communication" şirkətlərin Biznes və Proqramlaşdırma komandaları arasında səmərəli və effektiv ünsiyyət...
04/03/2024

“Center of Agile Communication" şirkətlərin Biznes və Proqramlaşdırma komandaları arasında səmərəli və effektiv ünsiyyəti qurur, onlara çevik həllər verərək xərclərə və zamana qənaət etməyə kömək olur. Bu isə işlərin effektivliyini artırmağı və şirkətlərin hədəflərinə daha tez çatmağını təmin edir.

Address

Sepapaja 6
Tallinn
15551

Alerts

Be the first to know and let us send you an email when Center of Agile Communication posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share