17/02/2016
Diqqət! Diqqət!
1) Notebookunuz yanır, hər şeyi işləyir, lakin ekrana görüntü getmirsə,
a) əvvəl Caps Lock düyməsinə baxın, 5 dəfə işıq yanıb sönüb, sonra dayanacaqsa, videokart sıradan çıxıb.
Videokartın təmirinin bir neçə üsulu var, birinci üsul videokartı qızdırmaqla diriltmək, müvəqqəti, 1-5 aylıq özünə gətirməkdir. Bunun maximum xərci 20-30 manat olmalıdır. 2-ci üsul isə videokartı çıxartmaq, yeni video çip qoymaqdır. Bunun da xərci 70-150 azn arası dəyişə bilər.
b) Caps Lockda heç bir hərəkət yoxdursa, Stolüstü Kompyuter ekranını göy VGA kabellə notebookunuza birləşdirin, ekrana görüntü getsə, deməli ekranınızda və ya ekranın şleyfində nəsə problem var
2) Kompyuter göy ekran verirsə işin ortasında, deməli sizin ya əməliyyat sisteminiz zədələnib, ya hard disk sıradan çıxıb, ya da ramlarınız.
3) Əgər kompyuteriniz çox qızırsa və sönürsə, kuler təmizliyi etdirməlisiz, əgər kuler təmizliyindən sonra heç bir fərq hiss etməsəniz (az fərq ola bilər, yalnız heç bir fərq hiss etməsəz) deməli kuler sıradan çıxıb və dəyişmək məsləhətdir, ya da usta yaxşı termopastadan yox, 1 şprizi 2 manata olan 99 faizi su qatqısı olan termopastadan istifadə edib
4) Əgər iş masanız qara fona bürünüb və sağda Activate Windows yazılıbsa, deməli əməliyyat sistemi açar istəyir, original olmayıb və əməliyyat sistemini yenidən yazmaq lazımdır. Update bağlamaq lazımdır əgər original yazmırsınızsa, çox vaxt ustalar qəsdən update bağlamır ki, update getsin və yenidən formata daha tez onun yanına gedəsiniz.
5) Ustaya getməzdən öncə, hard diskinizin həcmini hesablayın, bu çətin deyil, C və D disklərini toplayın, görün neçə gb-dır, qayıdanda və ya ustanın yanında eynisini edib, baxın, ramınıza baxın, bunun üçün This PC (Moy Kompyuter) üzərində sağ düyməni basıb, Properties (svoystvaya) baxın, RAM (OZU) yazılan bölmədə ramınızın neçə olduğuna baxın ustaya getməmiş.
6) Əgər kompyuter enerjiyə taxılı işləyir, enerjidə olanda işləmirsə deməli batareyanı dəyişməlisiniz artıq. Batareyasız notebook işlətməyi qətiyyən tövsiyyə etmirik. Çox zərərləri var. Əvvəla notebookun batareyası olmadığı üçün tez-tez enerjidən çıxan kimi sönməsi, düyməni sıxıb söndürmək və.s kimi şeylər hard diskini sıradan çıxarır, digər yandan batareya enerji saxlamaqdan başqa, bəzi notebooklarda qoruyucu funksiya daşıyır, məsələn qısa qapanma zamanı bir var batareya yana, bir də var bir başa platanız
7) Əgər adapterinizin original olmadığı, ya daha çox, ya daha az enerji ötürdüyü yazılırsa ekranda, o adapteri dəyişin, yandıracaq platanı, düşəcəksiz 120-150 manat ziyana
8) Ustaya getməzdən öncə, fayllarınızı ya D diskinə yığın, hər ehtimala qarşı, format edərsə, D diskinə dəyməsin,