Sumqayıt Telekommunikasiya Qovşağı

Sumqayıt Telekommunikasiya Qovşağı Sumqayıt TKQ-nin rəsmi facebook səhifəsi

18/02/2014
17/02/2014

Fevralın 13-də Bakıda Milli Konservatoriyanın yeni binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açıl...

17/02/2014

SUMQAYITIN İLK XƏBƏR SAYTI

Gözəl bir gecə................
17/02/2014

Gözəl bir gecə................

Bununla fexr etmeyi bacar bizim namusumuz, qeyrətimiz ucadır, enməzdir yaşa Azərbaycan !!!
17/02/2014

Bununla fexr etmeyi bacar bizim namusumuz, qeyrətimiz ucadır, enməzdir yaşa Azərbaycan !!!

Çox gözel bir xatirə !!!
17/02/2014

Çox gözel bir xatirə !!!

Sabahınız Xeyir !
15/02/2014

Sabahınız Xeyir !

Problemin səbəbi veb brauzerin səs tanıma vasitəsindəki təhlükəsizlik açığıdır.“Google” şirkətinə məxsus olan “Chrome” b...
14/02/2014

Problemin səbəbi veb brauzerin səs tanıma vasitəsindəki təhlükəsizlik açığıdır.

“Google” şirkətinə məxsus olan “Chrome” brauzerinin istifadəçilərinə hər hansı saytın p*sniyyətli olmasından şübhələndikləri halda səsli əmrlərin istifadə olunmaması və mikrofondan istifadəyə icazə verməmələri tövsiyə edilir.

Əgər əvvəllər mikrofona girişə icazə verilibsə, “Chrome”-un sazlamalarına daxil olaraq bu icazəni ləğv etmək lazımdır.

Mərkəzin tövsiyəsinə səbəb “Chrome” brauzerində ciddi bir təhlükəsizlik açığının aşkar olunmasıdır. Belə ki, “Chrome”un səs tanıma vasitəsi p*sniyyətli şəxslər tərəfindən istifadəçilərin səsini dinləmək üçün istifadə oluna bilir. Problemin səbəbi veb brauzerin səs tanıma vasitəsindəki təhlükəsizlik açığıdır.

Hər hansı bir veb səhifə “Chrome”un mikrofonunu açmaq istədiyi zaman brauzerdə bir xəbərdarlıq meydana gəlir və istifadəçi qəbul edərsə, mikrofon açılır.

Bu mərhələdən sonra istifadəçi veb sayta səslə əmr edə bilir. Lakin bundan sonra başqa istifadəçi bir veb sayta daxil olduğu zaman, hətta brauzer pəncərəsini bağlasa da mikrofon bağlanmır və səs yazılmağa davam edir. Üstəlik bu barədə xəbərdarlıq da verilmir, yəni, icazə haqqında heç bir xəbərdarlıq göstərilmədən mikrofondan istifadəyə icazə verilir.

Buna görə də əgər veb sayt p*s niyyətlə istifadə olunursa, mikrofona girişi istədiyi şəkildə əldə edir, telefon və kompüter vasitəsilə mühiti dinləyə bilir.

Mərkəzdən həmçinin bildirilib ki, “Google” hələ ki bu problemi həll etməyib. Hətta bunun açıq olduğunu da qəbul etmir.

Azərbaycanda planşet kompüterlərin istehsalına başlanılacaq.Azərbaycanın KÜR kompüter texnikası istehsalı zavodu yaxın v...
14/02/2014

Azərbaycanda planşet kompüterlərin istehsalına başlanılacaq.

Azərbaycanın KÜR kompüter texnikası istehsalı zavodu yaxın vaxtlarda öz brendi ilə planşet kompüterlərin istehsalına başlamağa hazırlaşır. Bunu KÜR-ün baş direktoru Rizvan Osmanov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın kompüter bazarında eniş müşahidə olunur ki, bu da alıcıların prioritetlərinin dəyişməsi ilə əlaqədardır: "Alıcılar planşet kompüterlərə daha çox üstünlük verirlər".

R.Osmanov qeyd edib ki, bu baxımdan planşet kompüterlərin istehsalı daha çox aktuallıq qazanır: "Şübhəsiz ki, bu sahədə dünya vendorları ilə rəqabət aparmaq bizim üçün çətindir. Çünki bazarda əlverişli qiymətə qurğuların sayı kifayət qədərdir. Buna baxmayaraq, KÜR planşet kompüterlərin reallaşdırılması üçün platforma qismində yeni internet layihə ilə çıxış edə bilər. Biz həmin layihəni yaxın gələcəkdə həyata keçirməyi düşünürük".

Mobil nömrəni necə daşımaq olar?Azərbaycanın mobil rabitə operatorları "Azercell" və "Nar Mobile" mobil nömrələrin daşın...
14/02/2014

Mobil nömrəni necə daşımaq olar?

Azərbaycanın mobil rabitə operatorları "Azercell" və "Nar Mobile" mobil nömrələrin daşınması xidmətini (MNP - Mobile Number Portability) işə salıb.

Hazırda digər operatorların abonentləri Sim-kart və şəxsiyyət vəsiqəsini təqdim edərək abunə xidmətləri ofislərinə müraciət edə bilərlər. Xidmət fevralın 3-dən "Bakcell"in servis mərkəzlərində işə salınacaq.

Operatorun şəbəkəsinə miqrasiya edilən zaman SİM-kart dəyişdirilməlidir. "Azercell"in servis mərkəzlərində kartların dəyişdirilməsinin qiyməti 3,54 manat təşkil edəcək. "Bakcell" və "Azerfon" mərkəzlərində kartların dəyişdirilməsi pulsuz həyata keçirilir.

"Azerfon"dan bildiriblər ki, operator şəbəkəsinə miqrasiya edən abonentlər balanslarına 3 manatlıq danışıq müddəti və hər ay 30 dəqiqə alacaqlar.

Qeyd edək ki, digər operatorların şəbəkələrinə miqrasiya zamanı SİM kartın əvəz edilməsi tələb olunur. Bir şəbəkədən digərinə miqrasiya müddəti 6 gün təşkil edəcək. Xidmət data-kartlarda istifadə edilən SİM kartlar üçün keçərli deyil. Qaydalara əsasən, 3 ay tamam olduqdan sonra xidmətdən təkrar istifadə etmək mümkün olacaq.

MNP xidmətinin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə öz telefon nömrələrini saxlamaq imkanı verəcək. Nömrənin daşınması operatorun ayırdığı prefiks ("050", "051", "055", "070" və "077") ilə birlikdə abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur.

Dünyanın ən bahalı telefonu !Dünyanın ən bahalı telefonu Diamond Rose iPhone 4 32GB hesab edilir.Stüart Xyuz tərəfindən ...
14/02/2014

Dünyanın ən bahalı telefonu !

Dünyanın ən bahalı telefonu Diamond Rose iPhone 4 32GB hesab edilir.Stüart Xyuz tərəfindən yaradılmış telefonun qiyməti 8 milyon dollardır.

Telefonun korpusunda ümumi 100 karat olmaqla 500 brilyantdan ibarətdir.

Arxa tərəifndən Apple loqotipi 53 brilyant qaş şəklində həkk olunmuşdur.Əsas düyməsi ən nadir sayılan 7,4 karatlıq çəhrayı brilyantla bəzədilmişdir.

14 fevral .......................
14/02/2014

14 fevral .......................

Address

Sumqayıt şəhəri Azərbaycan Prospekti/15
Sumqayıt
AZ5000

Telephone

018-654-23-99

Website

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt Telekommunikasiya Qovşağı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share