15/10/2026
🚀 2-ci Süni İntellekt Zirvəsinin II Paneli ilə Rəqəmsal Gələcəyi Formalaşdırırıq!
Süni intellektin təhsil, sənaye, dövlət–özəl tərəfdaşlığı və innovativ ekosistemlərin inkişafındakı rolunu daha dərindən təhlil etmək üçün II panelimizlə qarşınızdayıq!
Bu panel çərçivəsində əsas məruzə, maraqlı debat və praktiki canlı nümayişlər vasitəsilə strateji baxışlar təqdim olunacaq.
📌 Paneldə iştirakçılar yalnız nəzəri yanaşmalarla tanış olmayacaq, eyni zamanda sənayenin və təhsilin aparıcı liderlərinin gələcək vizyonunu və real tətbiq nümunələrini canlı olaraq izləyə biləcəklər.
👨💼 Panelimizin Moderatoru:
Osman Gündüz – "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti
👨💻 Spikerlərimiz:
Bəxtiyar Aslanbəyli – Xəzər regionu üzrə vitse-prezident, BP
Soltan Bayramov – 4SİMA, İcraçı direktorun müavini
Rüfət Əzizov – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Rektor
İnarə Vəliyeva – Təhsil layihələri üzrə direktor, RİNN
💡 Paneldə Müzakirə Olunacaq Əsas Mövzular:
Sənaye və Energetika Sektorunda Sİ: İriölçülü layihələrdə və resursların idarə olunmasında süni intellektin tətbiqi.
Təhsil və İnsan Kapitalı: Yeni nəsil kadrların hazırlanmasında və ali təhsildə rəqəmsal transformasiya.
4-cü Sənaye Inqilabı və Dövlət Strategiyası: İnovasiya ekosisteminin dəstəklənməsi və dövlət-özəl tərəfdaşlığı.
Debat və Canlı Nümayiş: Sahə üzrə mütəxəssislərdən realkeyslər və gələcək gözləntiləri.
Əyər sizdə birbaşa sektorun peşəkarlarından dəyərli məlumatlar almaq, networking imkanlarından yararlanmaq və texnologiyanın gələcəyini yerindəcə kəşf etmək istəyirsinizsə elə indi zirvəmizə bilet əldə edin!
📌 Bilet sifariş etmək üçün rəy bölməsinə + yazmağınız kifayətdir.
🌐aisummit.az
📍 Məkan: The Ritz-Carlton, Baku
🗓️ Tarix: 13 noyabr
🕒 Saat: 09:00–18:00
📱 051 316 51 18