Düşüncə Dəlisi

Düşüncə Dəlisi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Düşüncə Dəlisi, Baku.

19/01/2024

paylaşımlara davam edək? :)

27/05/2023

Səhifə satılır

Dobri Dobrev, 1914-cü il 20 iyulda dünyaya gəlib. Atasını Birinci Dünya müharibəsində itirən Dobri, anası ilə yaşayıb. 1...
19/12/2020

Dobri Dobrev, 1914-cü il 20 iyulda dünyaya gəlib. Atasını Birinci Dünya müharibəsində itirən Dobri, anası ilə yaşayıb. 1940-cı ildə ailə həyatı qurub və evlərinin yaxınına düşən bir bomba səbəbindən demək olar eşitmə qabiliyyətini tamamilə itirib.

4 uşağı olan Dobri, 2 uşağından daha çox yaşayıb və 2000-ci ildə yaşadığı Sofiyadan, Baylovo kəndinə köçüb. Burada bütün mülkünü Ortodoks kilsəsinə bağışlayıb. Həyatı boyunda Dobri, kilsə və monastırlara 40 min avro pul bağışlayıb. 2018-ci ilə qədər aldığı 100 avroluq təqaüd ilə yaşayıb və 2018-ci ilin 13 fevralında, 103 yaşında həyatını itirib.

Hadisə 2016-cı ildə Avstraliyanın Melbörn şəhərində baş verib. Belə ki, Neola adlı qadının həyat yoldaşı onu öldürməsi ü...
18/12/2020

Hadisə 2016-cı ildə Avstraliyanın Melbörn şəhərində baş verib. Belə ki, Neola adlı qadının həyat yoldaşı onu öldürməsi üçün muzdlu qatil tutub. Ancaq muzdlu qatil qadının qardaşını tanıdığı üçün qadını öldürməyib.

Buna baxmayaraq pulu geri qaytarmaq istəməyən qatil, qadınla bir plan qurub və qadın üçün saxta yas mərasimi keçirilib. Yasa qadının həyat yoldaşı da qatılıb. Lakin qadın, bir anda tabutdan qalxaraq kişiyə tərəf gedib. Kişi həyəcan içində ona baxaraq, "sən onun ruhusanmı?" deyə deyib.

Daha sonra hər şeyi başa düşən kişi, həyat yoldaşından üzr istəyib. Buna baxmayaraq qadın onu polisə şikayət edib və qadının həyat yoldaşı 9 il müddətinə həbs edilib.

Və daha sonra sayını itirdiyim sayda aksiyon filmlərində rol aldı. 😀
17/12/2020

Və daha sonra sayını itirdiyim sayda aksiyon filmlərində rol aldı. 😀

Valeria, Roma İmperatoru Klavdinin 3-cü arvadı olub.Əhvalata görə Valeria, hətta bir gecə dönəmin məşhur fahişəsi Sçilla...
16/12/2020

Valeria, Roma İmperatoru Klavdinin 3-cü arvadı olub.

Əhvalata görə Valeria, hətta bir gecə dönəmin məşhur fahişəsi Sçilla ilə "kim daha çox kişi ilə yatacaq" yarışına girmiş və 50 kişi qəbul edərək, rəqibindən sayca 2 dəfə çox kişi ilə cinsi əlaqədə olmuşdu.

Valerianın ölümü isə edam səbəbindən baş verir. Lakin bu edam qərarı onun fahişəlik etməsi səbəbindən olmur.

Belə ki, Klavdiyə qarşı hazırladığı sui-qəsd planının üstü açılır və Messalina həbs eilir. Ona özünü öldürməyi təklif edirlər. Buna cürəti çatmadığına görə Leqat xəncəri ona soxaraq öldürür. Messalininin cəsədi anasına qaytarılır. Şam yeməyi zamanı Klavdi arvadının edam xəbərini soyuqqanlıqla qarşılayır və bir qədər artıq şərab süzməyi xahiş edir.

Bu hadisə döyüşlərin birində baş vermiş, balıqçı qorxduğu üçün kralı başından avarla vurmuşdu. Daha sonra kral həmin şəx...
16/12/2020

Bu hadisə döyüşlərin birində baş vermiş, balıqçı qorxduğu üçün kralı başından avarla vurmuşdu. Daha sonra kral həmin şəxsi bağışlamış və müharibə zamanı sivillərin toxunulmazlığı ilə bağlı qanun qəbul etmişdir.

Amerikanın 36-cı prezidenti Lindon Consonun sahib olduğu avtomobil, "Amphicar, Model 770" idi. İlk dəfə Qərbi Almaniyada...
16/12/2020

Amerikanın 36-cı prezidenti Lindon Consonun sahib olduğu avtomobil, "Amphicar, Model 770" idi. İlk dəfə Qərbi Almaniyada 1961-ci ildə istehsal edilmiş, 1965-ci ildə isə bu model maşınların istehsalı dayandırılmışdır.

Prezident Consonun, bu model avtomobil ilə maraqlı bir hekayəsi belə var. Belə ki, prezident Conson bir gün qəbul etdiyi qonaqlarını maşınla gəzdirərkən, əyləcinin işləmədiyini qışqıraraq, gölə tərəf hərəkət edib, maşını gölə salaraq qonaqlarını qorxutmuşdu.

Belə ki, Kanada höküməti, illeqal olaraq Filippinə, yenidən istehsala yararlı plastik butulkalar əvəzinə 69 konteyner zi...
15/12/2020

Belə ki, Kanada höküməti, illeqal olaraq Filippinə, yenidən istehsala yararlı plastik butulkalar əvəzinə 69 konteyner zibil göndərmişdi.

Bu işin üstünü açan Filippin höküməti hətta Kanadaya bu səbəbdən müharibə elan edəcəyi təhdidini belə etmişdi.

2019-cu ildə Filippinin prezident köməkçisi Salvador Panelo, may ayının 22-si mətbuata verdiyi açıqlamada; "Flippin prezidenti Rodriqo Dutertenin zibillərin Kanadaya daşınması üçün özəl gəmiçilik şirkətinə təlimat verdiyini bildirib" demişdi. Həmçinin prezident, bütün xərclərin Filippin höküməti tərəfindən qarşılanacağını, Kanadanın qaytarılan zibilləri qəbul etməsə, zibilləri Kanada sahillərinə töküləcəyini demişdi.

31 may 2019-cu ildə Filippin, 69 konteyner zibili Kanadaya geri göndərmişdir.

Bu dində homoseksual münasibətlərə tolerant yanaşmaqla yanaşı, həmçinin kişi və qadın bərabərliyinin də təminatı var idi...
15/12/2020

Bu dində homoseksual münasibətlərə tolerant yanaşmaqla yanaşı, həmçinin kişi və qadın bərabərliyinin də təminatı var idi.

"Cathar" dini, Roma İmperiyası dönəmlərində ortaya çıxmışdır. Bu dinin nümayəndələri, şeytanın tanrının yaratdığına inanırdılar. Lakin, bütün kainat və maddi mövcudluğun şeytan tərəfindən yaradıldığına inanırdılar.

Onların inancına görə insan özündə nə p*s, nə də yaxşıdır. Ancaq kim bu dünyadan yaxşı insan olaraq ayrılsa, o cənnətə gedəcək, kim p*s əməllər ilə ayrılsa, reinkarnasiya olaraq, dünyaya yenidən başqa bədəndə gələcəklər.

Roma Katolik kilsəsi bundan xəbər tutduqdan sonra Səlib yürüşləri edərək, bu dinə mənsub şəxsləri Montsequr qalasında onları diri-diri yandıraraq öldürmüşdü.

Keypvel, fərdi gigiyeniyaya çox önəm verən şəxs idi və hər gün həddindən artıq spreyli dezodorantlardan istifadə edirdi....
15/12/2020

Keypvel, fərdi gigiyeniyaya çox önəm verən şəxs idi və hər gün həddindən artıq spreyli dezodorantlardan istifadə edirdi.

Onun ölümünə səbəb isə həddindən artıq istifadədən sonra qanında propan və butan maddələrinin yığılması səbəbindən ürəktutması olub. Belə ki, Keypvelin qanında, 1 litr qanda 0.37 mq propan aşkarlanmışdı. Halbuki hər litr qanda 0.1 mq propanın olması ölümlə nəticələnə bilər.

Qalileo Qaliley, italiyalı riyaziyyatçı, fizik, astronom idi. O, müasir fizika və astronomiyanın banilərindən biridir.Bi...
14/12/2020

Qalileo Qaliley, italiyalı riyaziyyatçı, fizik, astronom idi. O, müasir fizika və astronomiyanın banilərindən biridir.

Bilindiyi kimi o, İncilin əksinə dünyanın döndüyünü və günəşin kainatın mərkəzində olduğunu dediyi üçün kilsə tərəfindən təhqirlərə, təhdidlərə məruz qalmış və fikirinin dəyişdirilməsi istənilmişdir.

Bütün təyziqlərdən sonra fikirlərini inkar etməsinə baxmayaraq, kilsə tərəfindən dinsizliklə günahlandırılıb, məhkəməyə çıxarılmışdır. Allahsızlıq günahı ilə günahlandırılan Qaliley, tövbə edilməyə məcbur edilmişdi.

Qalileo, 1642-ci il, 8 yanvarda həyatını itirmişdir. Dini ənənələrə görə basdırılmasına icazə verilməyən Qalileyin cəsədi, Romadakı "Damiano" məbədinin zirzəmisinə yerləşdirilmişdi. Onun orta barmağı, "Anton Fransesko Qori" tərəfindən çıxarılmış və "Biblioteka Laurenziananın" məşhur kitabxanaçısı Anjelo Bandiniyə verilmişdir.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Düşüncə Dəlisi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Düşüncə Dəlisi:

Share