24/03/2020
Diqqət!!!
Bəşəriyyət olaraq bir böhranla qarşı-qarşıyayıq, amma inanırıq ki, bu çətin günləri ən qısa müddətdə dəf edəcəyik. Bu böhranı idarə etmək və ən az zərərlə çıxmaq hər birimizdən bir başa aslıdır. WASCO komandası olaraq, COVID-19 ilə mübarizənin bir hissəsi olmaq üçün biz də dünyada və ölkəmizdə başladılan mübarizəyə qoşuluruq.
Hamımıza məlumdur ki, bu çətin proses nə qədər dəqiq və əhatəli idarə edilərsə pandemiya bizə, ətrafımızdakılara və dünyamıza bir o qədər az ziyan vuracaqdır. Bizlər fərdi tədbirlərlə yanaşı birlik olaraq, virusa qarşı mübarizəni artırmaq və gücləndirmək istəyirik. Sizləridə birlikdə nələr edə biləcəyimizi kəşf etmək və həyata keçirmək üçün sizi həll yolunun bir hissəsi olmağa dəvət edirik.
Tullantıların idarə olunması və şəhər təmizliyi sektoru üçün təqdim etdiyimiz həllərin bir parçası olan “həqiqi zamanda” (real-time) rejimində proseslərin idarə edilməsi, onlayn olaraq proseslərin ərazilərə (bölgələrə) uyğun olaraq izlənməsi, görülən işlərə vətəndaşların cəlb edilməsi, resurs planlaşdırılması və idarə edilməsi bacarıqlarımız və beynəlxalq təcrübəmizə əsaslanaraq bu fövqəladə vəziyyətin idarə olunmasında dövlətimiz və millətimiz üçün dəstəkləyici rol oynaya bilərik.
Yaşanılabilən və davamlı bir dünya üçün hər birimizin məsuliyyət daşıdığını bildiyimiz üçün, bu fövqəladə vəziyyət aradan qaldırılana qədər həm proseslərə, həm də insanlara xitab edən dezinfeksiya, real situastiyaların idarə olunması, nəzarətdə saxlanılması və izlənməsi, vətəndaşlarımızın istək və ehtiyaclarının izlənməsi və təmin olunması sahəsindəki texnoloji həllərimizi bütün aidiyyatı qurum və şirkətlərə tam pulsuz şəkildə təmin etməyə hazır olduğumuzu bildirməkdən dolayı məmnunuq.
Təmin etdiyimiz texnologiya nəticələri;
-İctimai məkanları effektiv şəkildə dezinfeksiya etmək, əməliyyatları idarə etmək və izləmək,
-İctimai əsayişi qorumaq və insanlar arasında təşvişin qarşısını almaq və pandemiyanın yayılma sürətini azaltmaq
-Cəmiyyətin məlumatlandırılması və proseslərin izlənilməsi
-Əməliyyatların şəffaf şəkildə izlənilməsi və dövri hesabatların hazırlanması
-Pandemiya ilə mübarizə aparan işçi qruplar arası kordinasıyanın təmin olunması və ya yaxşılaşdırılması
-Proseslərin rəqəmsallaşdırılması ilə işçi qrupa düşən yükün azaldıması.
Təmin edəcəyimiz texnologiya ilə birlikdə;
-Şəhərlərdə dezinfeksiya əməliyyatlarının izlənməsi vahid platformadan təmin edilə, qurumlar asanlıqla prosesləri idarə edə və bu əməliyyatlarda maksimum səmərəlilik əldə edə bilərlər.
-İnsanların qarşılaşdıqları simptomlar idarə edilə və izlənilə bilər, simptomların baş verdiyi, çoxaldığı ərazilər təyin edilə, izlənə və zamanında təxirə salınmaz tədbirlər görülə bilər.
-Vətəndaşlar dərman ehtiyaclarını evlərindən çıxmadan bildirə və bütün tələblərin bir mərkəzdə toplanması təmin oluna bilər.
ASAN Xidmət Elektron Hökumətin İnkişafı Mərkəzi / e-Gov Development Center Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi KOB Azərbaycan / SMB Azerbaijan