20/10/2022
Tərcümə ciddi məsuliyyət, dəqiqlik və incə məqamlara diqqət tələb edən mürəkkəb işdir. Eyni zamanda tərcümənin korrekturası və lokalizasiya, eləcə də “Translation Memory” tətbiqi biznes barədə ilkin olaraq yaxşı təəssürrat yaratmaqda yardımçı olur. Belə ki,
· Tərcümənin korrektə edilməsi tərcümə edilmiş mətnin dil xətalarından azad olunmasına və hədəf dilin mühitinə uyğunlaşdırılaraq əvvəldən sona qədər axıcılığın qorunmasına xidmət edir.
· Keyfiyyətli tərcümənin sadəcə qrammatik cəhətdən düzgün olması kifayət deyil, ümumi şəkildə linqvistik, mədəni və texniki fərqlər nəzərə alınaraq mənbə mətnin orijinal niyyətinin dəyişilməməsi əsas şərtdir. Bu mərhələ şirkətinizin ünsiyyətinin peşəkar görünməsini təmin edən ən önəmli “cilalamadır”.
· Kompüter əsaslı tərcümə aləti olan “Translation Memory” (TM) tətbiq olunması ilə sürətli tərcümə əldə olunur: əvvəllər tərcümə olunmuş və yadda saxlanmış cümlələr, abzaslar və ya mətnin müəyyən hissəsindən istifadə olunaraq tərcümə sifarişinin vaxtından daha tez çatdırılmasına kömək edir.
Hazırda sifarişçi təşkilatların çoxu tərcümənin keyfiyyətindən narazı qalırlar, xüsusən də yazılı tərcümə üzrə keyfiyyət qaneedici olmur. Narazılığın əsas səbəbi ilkin tərcümədən sonra təşkilatın əməkdaşları tərəfindən əlavə redaktə işlərinin aparılmasıdır, bu da öz növbəsində tərcümə işinə sərf olunan vaxtı kəskin artırır və yekunda adətən tərcümənin təşkilatın öz işçiləri tərəfindən yerinə yetirilməsinə gətirib çıxarır.
Bunları nəzərə alaraq CaspiNet şirkəti tərcümə işinin təşkilində müasir üsullar tətbiq edir:
1. Tərcüməçilər tərcümə etdikləri sahə üzrə ixtisaslaşmış mütəxəssislərdir.
2. Hər tərcümə olunan məzmun düzəlişlərin edilməsi və qiymətləndirmə üçün korrektora yönləndirilir. Korrektor düzəliş edəndən sonra məzmun yenidən tərcüməçiyə düzəlişlər üzərində işləmək üçün göndərilir. Korrektor tərəfindən yekun yoxlamadan sonra tərcümə müştəriyə təhvil verilir.
3. Tərcümə fəaliyyəti nəticəsində toplanmış məlumat bazası gələcəkdə istifadə etmək və tərcümə prosesini sürətləndirmək üçün “Translation Memory (TM)” tətbiqi ilə idarə olunur. Nəticədə, müəyyən bir müddətdən sonra müştəri tərcümə edilmiş məzmunu günlər deyil, saatlar ərzində alır.
4. CaspiNet müştəriyə pulsuz sınaq tərcüməsi sifariş etməklə tərcümənin keyfiyyətini və düzgünlüyünü qiymətləndirməyi və tərcümə edilmiş məzmunu digər tərcümə şirkətlərinin tərcümələri ilə müqayisə etməyi təklif edir.
Əlavə məlumat üçün : https://caspinet.com/xidmetlerimiz/tercume/