11/02/2026
10 fevral 2026-cı il tarixində AmCham Azerbaijan, ABŞ-ın Bakıdakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində Yüksək Səviyyəli ABŞ Biznes Nümayəndəliyi Şəbəkələşmə tədbirini keçirmişdir.
Tədbirdə Apple, Ardea Energy Technologies Co., Aretera Public Affairs, Baker Hughes, bp, Ericsson, Esin Attorney Partnership, ExxonMobil, Fuji Engineering, Herbalife, Hill International, Inc., Honeywell, Illumina, Lummus Technology, Marriott Hotels, Mastercard, Meta, Motorola Solutions, Resecurity, Shell, Straif, The Coca-Cola Company, Visa, Vertiv və digər nüfuzlu şirkətlərin nümayəndələri iştirak etmişdir.
iTech Group şirkətini tədbirdə Direktor İlham Əzizov, Strategiya və İnkişaf üzrə Direktorumuz Rasim Mustafayev, Biznesin İnkişafı üzrə Menecer Afaq Nağıyeva təmsil etmişdir. Belə tədbirlər biznes əlaqələrinin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının araşdırılması və strateji tərəfdaşlıqların möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.