19/05/2017
SPAM-ın MARAQLI TARİXİ
Biz ilk SPAM elektron məktuba görə ARPANET şirkətini günahlandıra bilərik. İlk Spam 3 May 1978-ci ildə 393 nəfərə göndərilmişdir.
ARPANET (The Advanced Research Projects Agency Network) məlumatların paket ötürülməsi şəbəkəsi və TCP/IP protokolunu ilk tətbiq edən şirkətdir. Hər iki texnologiya internetdə yenilik oldu.
"SPAM" sözü ilk əvvəl 1936-ci ildə yaranıb. SPAM - SPiced hAM (acılı vetçina) sözünün qısaldılmış forması olaraq Hormel Foods Corporation şirkətinin konservləşdirilmiş ət məhsullarının biri olan donuz ətindən hazırlanmış acılı kolbasa farşının əmtəə nişanı idi.
İkinci Dünya Müharibəsindən sonra müharibə zamanı amerikan əsgərlərindən əlavə ölkənin müttəfiqlərinin əsgərlərini təmin etmək üçün ayrılmış bu konservlərikn böyük ehtiyyatları qalmışdı. Artıq köhnəlmiş məhsulların satılması üçün Hormel Foods şirkəti ilk reklam kampaniyasını keçirmişdir. "SPAM" sözü hər yerdə gözə çarpırdı, bütün ucuz mağazaların vitrinlərində, avtobuslar və tramvayların üzərində yazılmışdı. Bu sözü evlərin üstündə və qəzetlərdə oxumaq olardı. "SPAM" konservlərin reklamı radiodan fasiləsiz translyasiya olunmuşdu.
"SPAM" termini bezdirici reklamdan əlavə "Monti Paytonun ucan sirki" adında tanınmış teleşoudan (1969) məşhur "Spam" adlı pyesə görə dünya şöhrətini qazandı.
Pyesin mənası ondadır ki, bir kafedə təklif olunan bütün yeməklərin tərkibində "SPAM" var idi. Bəzilərində isə ikiqat porsiya varidi. Pyesin əsas qəhramanı kafeyə həyat yoldaşı ilə gəlir və "SPAM"sız yemək sifarış edir. Ofisiant qız ona "az SPAM-lı" yemək təklif edir.
Müştəri etirazını bildirir, qonşu masalarda əyləşən vikinqlər xoru isə "SPAMa" həsr olunmuş tərif mahnısını oxumağa başlayır: «Spam, Spam, Spam, Spam… Lovely Spam! Wonderful Spam!» («Spam, Spam, Spam, Spam… Sevimli Spam! Əla Spam!»), və bununla müştərilər və ofisiantlar arasında söhbəti mümkünsüz edir (yani «spamminq» dialoq), və bundan sonra pyes xaosa dönür.
Pyesin sonunda qəhramanın həyat yoldaşı deyir: « SPAM mənim xoşuma gəlmir»! (ing.«I don’t like spam!»). Titrlərdə aktyorların adlarının yanına həmçinin "SPAM" sözü əlavə edilmişdi (Spam Terry Jones, Michael Spam Palin, John Spam John Spam John Spam Cleese və s.). Ümumilikdə pyesdə bu söz 108 dəfə təkrar olunur.
1986-ci ildə Usenet konfranslarında yeni maliyə piramidini reklam edən Deyv Rodes adlı bir şəxs tərəfindən böyük sayda eyni ismarıc meydana çıxdı. Reklamın adı "Çox pul qazan" idi, məktublarda isə bunu nəcə həyata keçirmək lazım olduğuna dair məlumat var idi. Müəllif öz mətnlərini inadla çoxaldırdı və bu mətnlər abunəçiləri o gədər bezdirdilər ki onları reklam olunan konservlər ilə bir tutmağa başladılar.
Beləliklə "spam" sözünün yeni mənası yarandı, hansı ki daha sonra bezdirici reklam göndərişlərini adlandırmaq üçün kompüter terminologiyasına daxil oldu.