12/10/2026
📢 Payroll Akademiyasına yenidən qeydiyyat başladı!
26 oktyabr tarixindən etibarən “Microsoft - Beynəlxalq ERP sistemində insan resursları üzrə əməliyyatların uçotu və əmək haqqının hesablanması” üzrə praktiki Akademiya start götürür.
Praktiki kurs tam şəkildə Azərbaycan Respublikasının əmək və vergi qanunvericiliyinə uyğunlaşdırılıb və Microsoft Dynamics 365 Business Central müasir ERP sistemində İR və Payroll proseslərinin praktiki şəkildə öyrənilməsi üçün hazırlanıb. Akademiya ərzində qanunvericilikdə edilmiş son dəyişiklər üzrə də müzakirələr aparılacaq.
Sizi nələr gözləyir:
✅ Demo və praktiki tapşırıqları əhatə edən 6 onlayn dərs
✅ Real ssenarilərin işlənməsi: ştat cədvəlinin yaradılması, əmək müqaviləsi üzrə əməliyyatlar, işdə olmama əmrləri, iş vaxtının uçotu, əmək haqqının hesablanması, hesabatların hazırlanması və s.
✅ Microsoft Dynamics 365 Business Central sisteminin ən son veb versiyasına fərdi giriş imkanı
✅ Akademiyada iştirakınızı və müvəffəqiyyətlə tamamlamanızı təsdiqləyən sertifikat
Akademiyamız kadrlar şöbəsinin əməkdaşları, mühasiblər, ERP məsləhətçiləri və yeni peşəkar biliklərə yiyələnmək istəyən hər kəs üçün nəzərdə tutulub.
Dərslərimiz ödənişsiz şəkildə Microsoft Teams platformasında keçiriləcək.
Yerlərin sayı məhduddur.
Ətraflı məlumat və qeydiyyat üçün keçid: https://www.smart-it.com/s/1062