Kibrit

Kibrit We are Kibrit – Software Developers and Building Management Systems integrator.

Kibrit.Tech olaraq 14 may tarixində ADNSU-nun təşkilatçılığı ilə keçirilən Karyera Sərgisində iştirak etdik!Sərgi çərçiv...
25/05/2026

Kibrit.Tech olaraq 14 may tarixində ADNSU-nun təşkilatçılığı ilə keçirilən Karyera Sərgisində iştirak etdik!

Sərgi çərçivəsində tələbələrə şirkətimizdə mövcud olan iş və təcrübə proqramları, eləcə də karyera inkişaf imkanları haqqında ətraflı məlumat təqdim olundu.

18/05/2026

🎉 Bu gün bizim üçün sadəcə bir tarix deyil…
Birlikdə keçilən yolun, qurulan dostluqların, gecə-gündüz işlənən layihələrin və paylaşdığımız bütün anların günüdür. 💙

Hər ideyada bir az həyəcan, hər uğurda böyük bir komanda əməyi var.
Bizi biz edən isə təkcə gördüyümüz işlər deyil, birlikdə yaratdığımız mühitdir. ✨

Daha öyrənəcəyimiz, edəcəyimiz və birlikdə yaşayacağımız çox şey var.
Ad günümüz mübarək!🎂

Bəzi ailələr eyni evdə böyüyür, bəziləri isə eyni məqsədlə ❤️Birlikdə işlədiyimiz hər gün, paylaşdığımız hər uğur bizi s...
15/05/2026

Bəzi ailələr eyni evdə böyüyür, bəziləri isə eyni məqsədlə ❤️

Birlikdə işlədiyimiz hər gün, paylaşdığımız hər uğur bizi sadəcə komanda yox, bir ailə etdi ✨

Beynəlxalq Ailə Günündə yanımızda olub bu ailənin bir parçasına çevrilən, dəyərlərimizi yaşadan hər kəsə təşəkkür edirik!🫂

9 May - Faşizm üzərində Qələbə Günüdür!🕊Azadlıq və sülh uğrunda canından keçən qəhrəmanlarımızı ehtiramla yad edirik!
09/05/2026

9 May - Faşizm üzərində Qələbə Günüdür!🕊

Azadlıq və sülh uğrunda canından keçən qəhrəmanlarımızı ehtiramla yad edirik!

16/04/2026

🇬🇧 EN
For over 25 years, we have been growing together with you.
Behind every success, there is a story. We wanted to share this story with you and express our gratitude to everyone who has been with us and supported us along the way. 🙌🏻

The experience and trust we have gained so far are our most valuable assets.
However, greater goals and new challenges lie ahead — digitalization, artificial intelligence, and a rapidly evolving business environment.

We are ready for these challenges and are building the solutions of the future today. In this direction, as Kibrit, we provide businesses with automation systems, mobile marketing and communication services, as well as measurable and optimized technological solutions.

If you are also looking for a reliable and strategic partner for your business,
contact us now and let’s take the first step together.
📩 [email protected]

🇦🇿 AZ
25 ildən artıqdır ki, sizinlə birlikdəyik!
Hər uğurun arxasında bir hekayə dayanır. Bu hekayəni sizinlə bölüşmək və bu yolda bizimlə olan, bizə dəstək göstərən hər kəsə təşəkkür etmək istədik. 🙌🏻

Bu günə qədər qazandığımız təcrübə və etimad bizim üçün ən böyük dəyərdir.
Amma qarşıda daha böyük hədəflər və yeni çağırışlar var — rəqəmsallaşma, süni intellekt, sürətlə dəyişən biznes mühiti.

Biz bu çağırışlara hazırıq və gələcəyin həllərini bu gündən qururuq. Məhz bu istiqamətdə Kibrit olaraq bizneslərə avtomatlaşdırma sistemləri, mobil marketinq və kommunikasiya xidmətləri, eyni zamanda ölçülə bilən və optimallaşdırılan texnoloji həllər təqdim edirik.

Əgər siz də biznesiniz üçün etibarlı və strateji tərəfdaş axtarırsınızsa,
indi bizimlə əlaqə saxlayın və ilk addımı birlikdə ataq.
📩 [email protected]

Novruz sadəcə bayram deyil, yenilənən ruhun başlanğıcıdır… 🌿Hər yeni gün sizə işıq, hər addım sizə uğur gətirsin.✨Bayram...
20/03/2026

Novruz sadəcə bayram deyil, yenilənən ruhun başlanğıcıdır… 🌿
Hər yeni gün sizə işıq, hər addım sizə uğur gətirsin.✨

Bayramınız mübarək! 💚

Kibrit komandası beynəlxalq arenada! 🚀​Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İsveçrədə keçirilən 51-ci Cenevrə Beynə...
18/03/2026

Kibrit komandası beynəlxalq arenada! 🚀

​Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İsveçrədə keçirilən 51-ci Cenevrə Beynəlxalq İxtiralar Sərgisində Azərbaycanın Milli Komandası tarixi uğura imza atıb!
​Dünyanın ən nüfuzlu innovasiya platformalarından biri sayılan bu sərgidə 30-dan çox ölkə, 1000-dən artıq layihə və 10 mindən çox ziyarətçi yer alıb. Komanda lideri Səfərli Səfərlinin rəhbərliyi altında gənc mütəxəssislərimiz, o cümədən "Kibrit"in əməkdaşları Cavid Cəlilov və Kamran Mahmudov ölkəmizi yüksək səviyyədə təmsil ediblər.
​Milli komandamız mühəndislik, kosmik texnologiyalar, tibb və aqrotexnologiya sahələrində 5 fərqli startapla çıxış edərək 4 medal (1 Qızıl, 1 Gümüş, 2 Bürünc) qazanıb.

Gənc ixtiraçılarımızın təqdim etdiyi bu texnoloji həllər beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib və Azərbaycanın intellektual potensialını bir daha dünyaya nümayiş etdirib. Komandamızla qürur duyuruq! 🇦🇿🏅

Bu gün, dünyanı ilhamı və enerjisi ilə irəlilədən, ideyaları ilə gələcəyi formalaşdıran və hər sahədə fərq yaradan qadın...
07/03/2026

Bu gün, dünyanı ilhamı və enerjisi ilə irəlilədən, ideyaları ilə gələcəyi formalaşdıran və hər sahədə fərq yaradan qadınların günüdür. 🌷

Hər anınız uğur, hər addımınız parlaq olsun. Bayramınız mübarək, əziz xanımlar! ✨

3 aylıq təcrübə proqramını uğurla başa vuran Həmid Bəydəmirov artıq Kibrit ailəsinin  bir üzvüdür və fəaliyyətini test m...
04/03/2026

3 aylıq təcrübə proqramını uğurla başa vuran Həmid Bəydəmirov artıq Kibrit ailəsinin bir üzvüdür və fəaliyyətini test mühəndisi olaraq davam etdirir. O, təcrübə müddətində OrangeLine məhsulu üzərində çalışaraq real iş mühitində dəyərli praktiki biliklər qazandığını vurğulayır.
Qeyd edək ki, Həmid hazırda Xəzər Universitetində təhsil alır.🎓

Xocalı faciəsi qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edirik!🥀
25/02/2026

Xocalı faciəsi qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edirik!🥀

Address

City Point
Baku
AZ1078

Opening Hours

Monday 10:00 - 18:30
Tuesday 10:00 - 18:30
Wednesday 10:00 - 18:30
Thursday 10:00 - 18:30
Friday 10:00 - 18:30

Telephone

+994124043140

Alerts

Be the first to know and let us send you an email when Kibrit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kibrit:

Share