Poliart.az

Poliart.az Poliqrafiya xidmətləri, ofset çap üsulu, qutular və kağız çantalar. Bukletlər, POS məhsullsrı, Plakatlar, Təqvimlər, Etiketlər, Qutular FAYL FORMATLARI
1.

«PoliArt» mətbəəsinə çap üçün təqdim edilən fayllara
TEXNIKI TƏLƏBLƏR. Texniki Tələblərə uyğunluq səhvlərin riskini azaldacaq və məhsullarınızın hazırlanmasını sürətləndirəcəkdir. Bu Tələblər ümumiləşdirilmiş deyil, çünki bütün qaydaları nəzərə almaq mümkün deyil.
1. ÜMUMİ TƏLƏBLƏR
1. «PoliArt» faylları bu Texniki Tələblərə uyğunluğunu yoxlayır, lakin bütün səhvlərin aşkarlanmasına zəmanət vermi

r.
2. Bütün aşkar edilmiş səhvlər müştəriyə telefon və ya e-poçt vasitəsilə bildirilir.
3. Fayllar Poliart-ın tələblərinə cavab vermirsə, yenidən nəzərdən keçirmək üçün sifarişciyə qaytarıla bilər.
4. «PoliArt» müştəri ilə razılaşaraq düzəldilməsi mümkün olan səhvləri düzəldir. Prepress şöbəsi tərəfindən düzəldilmiş fayllar müştəri tərəfindən yenidən təsdiqlənir. Mətbəənin ödənişsiz etdiyi bütün dizayn işləri və fayl təkmilləşdirmələri mətbəənin mülkiyyətidir.
2. FAYLLARIN QƏBULU QAYDASI VƏ TƏSDIQLƏNMƏSİ
1. Fayllar CD və DVD disklərdə, USB-də və İnternet vasitəsilə qəbul olunur.
2. Müştəri təsdiqi: Hər bir nümunədə müştəri imza atır, " ÇAPI TƏSDIQLƏYIRƏM" yazısını yazır və ya Müştəri öz poçtuna faylı alır (JPEG və ya PDF formatda) və "ÇAPI TƏSDIQLƏYIRƏM" cavabını
e-poçta göndərir.
3. PDF fayllarına tələblər
1.1. PDF sənədləri kompozit (composite) olmalıdır 1.3 formatında ("Acrobat 4 compatible"). Bu PDF versiyası şəffaflıq və rəng qarışdırma effektlərinin istifadəsini dəstəkləmir, buna görə PDF 1.3-ə yazarkən bütün effektlər sadə obyektlərə çevrilir.
1.2. PANTONE qarışıq boyaları ilə boyanmış obyektlərdə Overprint və şəffaflıq effektlərindən istifadə etməyin, belə obyektlər PDF-də səhvləri çoxalda bilər və sonradan səhv çap olunar.
1.3. Faylda daxil edilmiş İCC profil olmamalıdır.
1.4. Bütün istifadə olunan şriftlər curves olmalıdır, əgər bu mümkün deyilsə şriftlər faylın içinə daxil edilməlidir (embedded).
1.5. PDF faylında sənəd səhifənin ortasında, ölçüsü isə artırımla birlikdə olmalıdır (ən azı 3mm artırılm olsun).
2. TIFF, PSD rastr (şəkil) fayllarına tələblər
2.1. Fayllar rəng rejimlərindən birində olmalıdır: GRAYSCALE, CMYK.
2.2. Faylda daxil edilmiş İCC profil olmamalıdır.
2.3. Ağ gara sənədi Bitmap (2 rəng ağ qara) olaraq saxlanılmalıdır.
2.4. Görüntüdə qatlar (layers) varsa, çapda yararsız hala düşmə ehtimalı çox yüksəkdir.
2.5. TIFF faylı yalnız bir qat (layers) olmalıdır – Background.
3. CorelDRAW fayllarına tələblər
3.1. Bütün versiyalar qəbul edilir
3.2. Faylda daxil edilmiş İCC profil olmamalıdır
3.3. Xəttin qalınlığını "Hairline" olmamalıdır - xəttin qalınlığını min. 0,176 mm. (0,5 pt) olmalıdır.
3.4. СorelDRAW-da istifadə olunan qradiyent boyamalar və Lens, Drop Shadow və s. effektləri, «СMYK Bitmap 400dpi» formatına keçirin.
3.5. Bütün istifadə olunan şriftlər curves olmalıdır «Convert To Curves».
4. Əgər sizin fayl başqa formatdadırsa, onu PDF-ə çevirin.
4. MAKET ÜÇÜN ÜMUMI TƏLƏBLƏR
1. Faylda səhifələrin ölçüsü məhsulun kəsilmiş formatına + artırıma bərabər olmalıdır.
1.1. Fayldakı səhifələrin ardıcıllığı hazır nəşrdə olduğu qaydada olmalıdır.
1.2. Əgər nəşrdə boş səhifələr planlaşdırılırsa, onda fayda həmin səhifələr də olmalıdır.
2. Məhsulun bütün vacib elementləri kəsim formatının 3-5 mm daxildə yerləşməlidir, kəsimdən kanara çıxan elementlər isə kəsilm formatdan 3-5 mm kənarda çıxmalıdır. Artırımlar (bleed) hər dörd tərəfdən bərabər olmalıdır.
2.1. Qoşa səhifələrin dizaynında vacib elementlərin işlənilməsi (diaqramlar, cədvəllər, portretlər və s.) məsləhət deyil. Müştəri bu cür obyektlərin yerləşdirilməsinin düzgünlüyünə cavab verir.
3. Faylda yalnız Grayscale, CMYK və razılaşdırılmış PANTONE rənglər istifadə oluna bilər.
3.1. Faylda CMYK = 100: 100: 100: 100 və «Registration», rənglərindən istifadə edilməsinə icazə verilmir, bu rənglər yalnız texnoloji prosesslər üçün nəzərdə tutulub.
3.2. Bitmap (2 rəng ağ qara) şəkillər 600 dpi -1200 dpi, boz və ya rəngli şəkillər isə 200 dpi - 400 dpi keyfiyyətində olmalıdır.
3.3. Bitmap (2 rəng ağ qara) şəkillərdə keyfiyyət 600 dpi-dan, boz və ya rəngli şəkillərdə isə 200 dpi-dən az olduqda pikselər nəzərə çarpır.
3.4. Yüksək dpi-da olan boz və ya rəngli şəkillər «PoliArt» mütəxəssisləri tərəfindən 450 dpi-a endirilir.
3.5. Gradient boyanma və təsvirlərin ən açıq sahələrinin rənglərinin hər biri üçün ən azı 2-3% rəng olmalıdır
3.6. Böyük qara sahələr mürəkkəb qara rənglə (50% Cyan + 40% Magenta + 40% Yellow + 100% Black) çap edilməsi tövsiyə olunur.
3.7. Qalınlığı 0,5 mm (1.5 pt) -dən az olan xətləri bir rənglə və 70-100% ilə çap olunmalıdır. Qalınlığı 0,03 mm-dən az olan xətlər çap olunmur.
3.8. 0.5 mm-dən (1.5 pt) daha incə xətlər mürəkkəb rəngli inversiyada istifadə etməməyiniz tövsiyə olunur.
3.9. Standart olaraq, 100 % Black rəng üçün Overprint Black seçilir və digər rənglərdən Overprint silinir. Əvvəlcədən razılaşma olmadan başqa Overprint –dən alınan nəticə irad üçün əsas ola bilməz. (Overprint və Trapping parametrlərini faylda saxlamaq vacibdirsə, bu barədə mətbəə işçisinə məlumat verin.)
5. ŞRIFT TƏLƏBLƏRI
1. Düzəlişlər ehtiyac yoxdursa mətnləri "Curves" etmək lazımdır.
2. Qara mətn bir qara rənglə 100% BLACK yazılmalıdır.
3. Şriftlərin minimal ölçüsü:
a. Düz qarniturlar üçün 6 pt (CMYK), 5 pt (bir rəngdə). b. Çıxıntılı qarniturlar üçün 7 pt (CMYK), 6 pt (bir rəngdə). c. Əks çapda düz qarniturlar üçün 7 pt (CMYK), 6 pt (bir rəngdə). d. Əks çapda çıxıntılı qarniturlar üçün 8 pt (CMYK), 7 pt (bir rəngdə).

6. RƏNG NÜMUNƏLƏRİNƏ TƏLƏBLƏR
1. Rəngli və lazer printerlə bütün çaplar, həmçinin başqa cap məhsulları RƏNG NÜMUNƏSİ deyildir və rənglərin düzgünlüyu ilə bağlı iddialar üçün əsas ola bilməz. Onlar yalnız ümumi rəng nümayişi ilə bağlı sifarişcinin istəyini göstərə bilər.
2. Rəng nümunəsi çap prosesində dəqiqliklə eyni ola bilməz. Çapı rəng nümunəsi ilə müqayisə edərkən aşağıdakı amilləri nəzərə almalısınız:
2.1. Rəqəmsal nümunənin çalarları Çap ilə eyni deyil;
2.2. Rəng nümunəsi müvafiq kağız növüdə rəngi əks etməlidir;
2.3. Ofset çapı(CMYK) heç bir monitolra (RGB) 100% uyğun gələ bilməz.
3. RƏNG NÜMUNƏSI əlavə razılaşma ilə 1:1 miqyasda, müvafiq kağızda, mətbəədə çap olunur və müştəri tərəfindən təsdiqlənir.

📌Hər növdə və ölçüdə qutu və kağız paketlərin sifarişi qəbul olunur📱077 330 00 77📍Həsən bəy Zərdabi, 72., Baku, Azerbaij...
15/03/2025

📌Hər növdə və ölçüdə qutu və kağız paketlərin sifarişi qəbul olunur

📱077 330 00 77
📍Həsən bəy Zərdabi, 72., Baku, Azerbaijan

10/03/2025
📌 Hər ölçüdə zərf (konvert) çapı və sifarişi 📱077 330 00 77📍Həsən bəy Zərdabi, 72., Baku, Azerbaijan                    ...
07/03/2025

📌 Hər ölçüdə zərf (konvert) çapı və sifarişi

📱077 330 00 77
📍Həsən bəy Zərdabi, 72., Baku, Azerbaijan

# catalog

📌 Hər növdə və ölçüdə bloknot çapı 📱077 330 00 77📍Həsən bəy Zərdabi, 72., Baku, Azerbaijan
04/03/2025

📌 Hər növdə və ölçüdə bloknot çapı

📱077 330 00 77
📍Həsən bəy Zərdabi, 72., Baku, Azerbaijan

📌Hər ölçüdə kraft kağız paketlərin sifarişi qəbul olunur📱077 330 00 77📍Həsən bəy Zərdabi, 72., Baku, Azerbaijan         ...
13/02/2025

📌Hər ölçüdə kraft kağız paketlərin sifarişi qəbul olunur

📱077 330 00 77
📍Həsən bəy Zərdabi, 72., Baku, Azerbaijan

Address

72 Hasanbey Zardabi
Baku
AZ1122

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 17:00

Telephone

+994124932611

Alerts

Be the first to know and let us send you an email when Poliart.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Poliart.az:

Share