Asan Servis

Asan Servis Asan Servis 8 illik iş təcrübəsindən əldə etdiyi bilik və bacarıqları ilə xidmətinizdədir.

Kompüterlərin işləməsini təmin edən və mövzuların sahələrinin problemlərinin həllinə kömək edən proqramlar dəsti.Proqram...
12/05/2019

Kompüterlərin işləməsini təmin edən və mövzuların sahələrinin problemlərinin həllinə kömək edən proqramlar dəsti.

Proqram təminatı (Proqram təminatı) kompüter sisteminin ayrılmaz bir hissəsidir, texniki vasitələrin məntiqi davamıdır və kompüterin sahəsini müəyyənləşdirir

Sadə bir ifadəylə, proqram təminatı təchizata "necə davranacağını " və hansı əməliyyatları edəcəyini izah edər. Söz prosessor proqramlar, kompüteriniz açıldığında CD sürücünüzü, sabit sürücüler, RAM-ı tanıyan BIOS; əməliyyat sistemi, veb skaneriniz, virusların özləri, antivirus proqramları həmişə bir yazılımdırlar .

Hər proqram hər kompüterdə çalışır mı ? Kompüterdə hansı əməliyyat sistemi qurulu olduğundan müstəqil şəkildə işləyə proqramlar işləsə də, bir çox proqram tək bir əməliyyat sistemində çalışacaq şəkildə çıxarılar. Ayrıca hər proqramın işləmək üçün ehtiyac duyduğu fərqli təchizat xüsusiyyətləri ola bilər və bu təchizata sahib olmayan kompüterlərdə bu proqram fəaliyyət mümkün olmaya bilər.

Müasir kompüterlərin proqramları üç növə bölünə bilən bir sıra müxtəlif proqramları əhatə edir:

1. Sistem proqramı (sistem proqramları);

2. Ərizə proqramları (ərizə proqramları);

3. Tool dəstəyi (alət sistemləri).

Siz Asan Servisdə siz istənilən növ proqramları yazdıra bilərsiz.

Ətraflı məlumat üçün bizə yazın.
📍Ünvan: Bəxtiyar Vahabzadə 57Q, Yasamal, Bakı. (Elmlər Akademiyası metrosunun çıxışı)
📱Tel: (+994) 77 443 44 99

İyun ayında gələcəyi gözlənilən yeni Windows yenilənməsində öz istifadəçilərinə yeni bir xüsusiyyət də əlavə edəcəyini a...
10/05/2019

İyun ayında gələcəyi gözlənilən yeni Windows yenilənməsində öz istifadəçilərinə yeni bir xüsusiyyət də əlavə edəcəyini açıqladılar. Çox popiliyar olmasada ayrıca bir sistem olaraq istifadə olunan Linux sistemini öz daxilində istifadəçilərin xidmətinə təqdim edəcək.

Microsoft mağazasında yerləşdiləcək olan Linux çəkirdəyi istifadəçilər tərəfindən asanlıqla yüklənilə və qurula biləcəkdir. Ayrıca davamlı olaraq da Windows tərəfindən yenilənmələr də gələcəkdir.

Bu qərar özü özlüyündə kompüter sistemləri üçün də bir ilk olacaq. Windows 10-nun daxilində yer alacaq bu çəkirdək haqqında danışarkən Linuxun təməl xüsusiyyəti olan açıq qaynaqlı olmasını da olduğu kimi qalacağını bildirmişdilər.

Gətirləcək olan bu çəkirdən komputerimizə nə qazandırcaq deyə düşündüyümüzdə, onu qeyd edə bilər ki, bu yeniləmə kompüterimizin performansını, yaddaş istifadəsı baxımından bir çox üstünlüklər qazandıracaq. Daha sürətli açılan proqramlar, daha sürətli məlumatı yaddaşa vermə də bu üstünlüklərin arasındadır.

Windows 10 əməliyyat sisteminə Linuxun ən son yenilənməsi olan 4.19 versiyası yerləşdiriləcək.

Gözləyək görək bu yenilik bizim işimizə nə qədər yarayacaq. Daha sürətli əməliyyatlar üçün az qaldı.

Səhfəni izlə, yenilikləri qaçırma.

Asan servisdə komputerlərin parametrlərinin gücləndirilməsi xidməti mövcuddur.Ətraflı məlumat üçün bizə yazın.📍Ünvan: Bə...
08/05/2019

Asan servisdə komputerlərin parametrlərinin gücləndirilməsi xidməti mövcuddur.

Ətraflı məlumat üçün bizə yazın.
📍Ünvan: Bəxtiyar Vahabzadə 57Q, Yasamal, Bakı. (Elmlər Akademiyası metrosunun çıxışı)
📱Tel: (+994) 77 443 44 99

Driver kompüteri təşkil edən və ona qoşulmuş cihazları idarə edən, düzgün işləməsini təmin edən proqramdır. Driver kompu...
05/05/2019

Driver kompüteri təşkil edən və ona qoşulmuş cihazları idarə edən, düzgün işləməsini təmin edən proqramdır.

Driver komputerdə hardware adlandırılan fiziki qurğuların əməliyyat sisteminə tanıdılmasıdır, yəni hər hansı bir səs kartı ,ethernet, usb 3 və başqa qurğuların tam gücü ilə işləməsi üçün sistemlə qurğu arasında əlaqə qurulmasıdır.

Printer, Scaner, Monitor, Videokart, şəbəkə kartı və s. avadanlıqları kompüterə qoşduqdan sonra normal işləməsi üçün onları dərhal kompüterə tanıtmaq lazımdır. Əgər hər hansı avadanlıq üçün drayver yazılmayıbsa və ya drayver yanlış şəkildə yazılıbsa, ya da yazılmış drayverdə problem varsa, həmin avadanlıq ya ümumiyyətlə işləməyəcək, ya da işləməsində müxtəlif problemlər yaranacaq.

Komputerinizi formatladıqdan sonra lazım olan driverləri yükləmək üçün ilk növbədə sistemin hansı driverləri tanımadığını bilmək lazımdır.

Microsoft şirkəti Windows Əməliyyat sistemlərinin içində universal drayverlər təqdim edir. Belə ki, yeni çıxan əməliyyat sistemi artıq bütün cihazları özü tanıyır, bununla da drayver yazmağa gərək qalmır. Əməliyyat Sistemi lisenziyalı olduğu halda isə sistem vaxtaşırı qaydada Update mərkəzinə bağlanıb oradan lazım olan drayverləri özü yükləyir.

Siz Asan servis istənilən qurğuların driverləri yazdıra bilərsiz.

Ətraflı məlumat üçün bizə yazın.
📍Ünvan: Bəxtiyar Vahabzadə 57Q, Yasamal, Bakı. (Elmlər Akademiyası metrosunun çıxışı)
📱Tel: (+994) 77 443 44 99

Beynəlxalq Radio Astroloji Araştırmalar Mərkəzi (İCRAR)nin araştırmalarına görə Günəşdən təxmini 9 dəfə böyük Qara Dəlik...
03/05/2019

Beynəlxalq Radio Astroloji Araştırmalar Mərkəzi (İCRAR)nin araştırmalarına görə Günəşdən təxmini 9 dəfə böyük Qara Dəlik kəşv edildi. İndiyə qədər kəşv edilən ən böyük Qara dəlik olaraq bilinir. Yerdən uzaqlığı təxmini hesablamalara görə 8 min işıq ili uzaqlıqdadır.

Kəşv edilən bu böyük qara dəliyə V404 Cygni adı verilmişdir. Forma etibarı ilə Diskə oxşamaqla bərabər milyon kilometr diametirə sahib olduğu bildirilməkdədir. Ayrıca Qara dəliyin daxilindən dəqiqələr içində müxtəlif istiqamətə fırlanan işıq selinin olduğu da aşkar edilmişdir.

V404 Cygni ilk dəfə 2015-ci ildə baş verən partlamalar nəticəsində üzə çıxmışdır və uzun zaman teleskoplarla aparılan nəticələr sonrası qara dəlik olduğu qənaətinə gəlinmişdir.

Xatırlayırsınızsa İlk qara dəliyin şəkilləri də elə keçdiyimiz ay çəkilmişdir. Ondan sonra da yeni bir qarə dəliyin olması xəbəri, görəsən bundan sonra bu prosesi daha da sürətləndirib, ora gedən yolu aça biləcəklərmi ?.
Beləcə bizdə insan övladı kimi, kinolarda görsənən o başqa dünyalara səyahət mi edəcəyik ? Ümüdvaram.

Səhifəni izilə, yenilikləri qaçırma.

Asan Servis komputeriniz üçün gərəkli olan bütün proqramların yazılmasını həyata keçirir.Əməliyyat sistemləri, antivurus...
01/05/2019

Asan Servis komputeriniz üçün gərəkli olan bütün proqramların yazılmasını həyata keçirir.

Əməliyyat sistemləri, antivuruslar və digər istədiyiniz proqramları yazdırmaq üçün bizə müraciət edə bilərsiniz.

Ətraflı məlumat üçün:
📍Ünvan: Bəxtiyar Vahabzadə 57Q, Yasamal, Bakı. (Elmlər Akademiyası metrosunun çıxışı)
📱Tel: (+994) 77 443 44 99

Server (ing. server)— Şəbəkə resurslarını paylamaq işini icra edir, yəni məlumatlarin ötürülməsi prosesini həyata keçiri...
28/04/2019

Server (ing. server)— Şəbəkə resurslarını paylamaq işini icra edir, yəni məlumatlarin ötürülməsi prosesini həyata keçirir.

Server vasitəsi ilə komputer resuslarını paylaşdırmaq olar. Misalçün 500 gb lıq sabit diski müxtəlif kiçik hissələrə bölərək digər komputerlərlə bölüşdürmək olar. Bunun üçün daimi internetə çıxış və fasiləsin elektrik enerjisi lazımdır.

Lokal şəbəkələrdə bir və ya bir neçə serverdən istifadə edilə bilər.Birdən cox serverdən istifadə edilərsə bu zaman hər bir server müəyyən qrup kompüterlərə xidmət göstərir, serverlərdən biri isə baş server vəzifəsini icra edir.Serverlər və işci stansiyalar öz aralarında verilənlərin ötürülmə xətti ilə birləşir.Kompyuterlər kabelə interfeys platası vasitəsilə qoşulur.Son zamanlar yaxin ərazilərdə yerləşən kompüter şəbəkələri üçün kabelsiz əlaqələrdən istifadə olunur.

Server adətən IBM, NEC, Hewlett-Packard, Intel kimi böyük şirkətlər tərəfindən istehsal olunur. O bütün İT infrastrukturlarının əsasını təşkil edən ən mühüm komponentlərdən biridir və vahid şəbəkədə mərkəzi resurs və ya xidmətə çıxış imkanı verən bir kompüter və ya proqramdır.

Server yerinə yetirilən vəzifələrin maksimum təhlükəsizliyini təmin edir və internet istifadəçilərinin fayllarını və veb saytları saxlamaq, istəklərə cavab vermək və istənilən məlumatı təmin etmək, verilənlər bazası ilə işləmək və çox sayda istifadəçiyə məlumat vermək üçün istifadə olunur.

Bu gün informasiya texnologiyasının təməlini təşkil edən serverlər istifadəçilərin həyatının mühüm bir hissəsidir. Server adətən IBM, NEC, Hewlett-Packard, Intel kimi böyük şirkətlər tərəfindən istehsal olunur. O bütün İT infrastrukturlarının əsasını təşkil edən ən mühüm komponentlərdən biridir və vahid şəbəkədə mərkəzi resurs və ya xidmətə çıxış imkanı verən bir kompüter və ya proqramdır.

Server yerinə yetirilən vəzifələrin maksimum təhlükəsizliyini təmin etdiyi üçün böyük şirkətlərin hamısında daxili şəbəkə mövcuddur.

📍Ünvan: Bəxtiyar Vahabzadə 57Q, Yasamal, Bakı. (Elmlər Akademiyası metrosunun çıxışı)
📱Tel: (+994) 77 443 44 99

Hardasa bütün ağıllı telefonlara yüklü olan mesajlaşma platform Whatsapp istifadəçilərin təhlükəsliyi, şəxsi yazışmamala...
26/04/2019

Hardasa bütün ağıllı telefonlara yüklü olan mesajlaşma platform Whatsapp istifadəçilərin təhlükəsliyi, şəxsi yazışmamaların yayılmaması adına daha bir güvənlik yeniləməsi ilə gəlir.

Daha öncə “Ucdan uca şifrələmə” , sonrasında barmaq izi ilə güvənliyin yanında indi də bu özəlliklə şirkət istifadəçi məlumatlarının gizliliyinə diqqət göstərdiklərini göstərməkdədirlər.

Qarşılıqlı yazışmalarda ekran görüntüsünü çəkib başqaları ilə paylaşma çox insanın qarşılaşdığı problemlərdəndir. İnsanların razılığı olmadan şəxsi yazışmalarının yayımlanması heç xoş hadisə deyil və bunu da heç kim sevmir. Artıq bu problemlərin Whatsapp önündə duracaq.

Bu özəlliyin barmaq izi yeniləməsi ilə bərabər gəlməsi gözləniləsə də hələdə net bir tarix yoxdur.

Səhfəni izlə, yenilikləri qaçırma

Asan Servis notebooklar üçün soyuducu altlıqların satışını həyata keçirir.Qiymətlərlə bağlı məlumat almaq üçün əlaqə sax...
24/04/2019

Asan Servis notebooklar üçün soyuducu altlıqların satışını həyata keçirir.
Qiymətlərlə bağlı məlumat almaq üçün əlaqə saxlayın.

Ətraflı məlumat üçün bizə yazın.
📍Ünvan: Bəxtiyar Vahabzadə 57Q, Yasamal, Bakı. (Elmlər Akademiyası metrosunun çıxışı)
📱Tel: (+994) 77 443 44 99

Bərk disklər və ya vinçesterlər (ingiliscə: Hard (Magnetic) Disk Drive, HDD, HMDD) - kompüterlə iş zamanı istifadə oluna...
21/04/2019

Bərk disklər və ya vinçesterlər (ingiliscə: Hard (Magnetic) Disk Drive, HDD, HMDD) - kompüterlə iş zamanı istifadə olunan informasiyanın (əməliyyat sisteminin proqramlarının, ən çox istifadə olunan tətbiqi proqramlar paketinin, sənəd redaktorlarının, proqramlaşdırma dillərinin translyatorlarının və s.) daimi saxlanılması üçün istifadə olunur.

Sərt disklər, operativ yaddaşı nəzərə almasaq, kompüterin verilənləri yaddaşda saxlayan qurğuları içərisində, verilənlərə ən tez girişi (adətən 7-20 milli saniyə, ms) və onların ən sürətli (5 Mbayt/saniyə) oxunması və yazılmasını təmin edən qurğulardır.

Sərt disklər bir-birindən yaddaş tutumu və işləmə sürəti ilə fərqlənirlər. Sərt diskin əsas xarakteristikası, onun yaddaş tutumu, yəni diskdə yerləşə biləcək informasiyanın həcmidir.

Sərt disklər digər yaddaş qurğularına nisbətən daha sürətli və həcm baxımından daha üstündürlər. Müraciət və məlumatların mübadiləsi sürəti disk məhsuldarlığını təyin edən ən əsas xüsusiyyətlərdir.

Bir sərt diskin necə işlədiyini başa düşmək üçün ilk növbədə sərt diskin daxili quruluşunu bilmək lazımdır. Bu quruluş ən sadə halda elektron nəzarət kartı və mexaniki hissələrdən ibarətdir.

Sərt disklərin sürəti “rpm”-lə (Revolution per minute – Dəqiqədə dövr) ölçülür. Əgər bir sərt diskin sürəti 7200 Rpm göstərilibsə, bu o deməkdir ki həmin sərt disk dəqiqədə 7200 dövr edir!

Sərt disklər üzərində məlumatlar sektor (sector) və çığır (track) adlandırılan bölmələrdə saxlanılır. Sektorlar disk üzərində ünvanlaşdırıla bilən ən kiçik hissələrdir. Sektor 256 və ya 512 bayt informasiya saxlaya bilir. Disk üzərində məlumat saxlanmasının təşkili “fayl sistemi” adlanır. Hər əməliyyat sistemi özünün xüsusi fayl sistemini istifadə edir.

Asan Servis sərt disklərin dəyişdirilməsi və diskdəki faylların qurtarılması xidmətini təklif edir.

Ətraflı məlumat üçün bizə yazın.
📍Ünvan: Bəxtiyar Vahabzadə 57Q, Yasamal, Bakı. (Elmlər Akademiyası metrosunun çıxışı)
📱Tel: (+994) 77 443 44 99

İnstagram yeni gətirəcəy yeniliyi bir çox izləyiciləri üzə bilər. Bütün sosial şəbəkələrin əvəzedilməz düyməsi “ Bəyən” ...
20/04/2019

İnstagram yeni gətirəcəy yeniliyi bir çox izləyiciləri üzə bilər. Bütün sosial şəbəkələrin əvəzedilməz düyməsi “ Bəyən” düyməsi artıq instagramda olmayacaq. “Bəyənmə” sayının insanlar üzərində təsirini nəzərə alaraq , çox bəyənmə alan insanların digərələ üzərində təsirini azaltmaq üçün bu dünyməni ləğv etməyi planlayır.

Bəyənmə sayı görünəcək, ancaq bu sayı ancaq paylaşım edən şəxsin özü görə biləcək, eynən “hekayə”lərdə ki, kimi.

Bəyənmə elə bir göstərici idi ki, bəyənmə sayına görə rekord qırmaq üzərində güçlü rəqabət vardı. Keçdiyimiz il elə bu rekordu Qardaşyan ailəsinin üzvü Kayli Jennerin (18 milyon) rekordunu paylaşılan bir yumurta 18.2 milyon bəyənmə ilə əlindən almışdı. Hazırda 53 milyon bəyənmə ilə yenə zirvələrdədir (world_record_egg).

Şirkət əməkdaşı “ izləyicilərinizin nə pylaşdığınızla maraqlanmağını istəyirik, paylaşdıqlarınızın nə qədər bəyənmə aldığı ilə yox. Toplam bəyənmə sayını sadəcə paylaşımı edən görə biləcək” deyərək edəcəkləri dəyişimin üzvləri düşünərək edəcəklərini qeyd edib.

Hədəf olaraq saxta bəyənmə verən şirkətlərin, programların işə yaramaz hala salınması, şəffaf bir platforma və dostlar arasındakı rəqabəti də azaldacaq. Nəticə olaraq bəyənmə almaq üçün bir birinə bənzər paylaşımlar da aradan qalmış olacaq.

Bu dəyişikliklərlə bəymə almayacağını düşünərək daha az paylaşım edən və paylaşımı silən istifadəçiləri daha çox paylaşım etəyə təşviq edəcək. Ayrıca bəyənmə üzərindən qurulan “uğurlar” , yarışlar ortadan qalxmış olacaq.

Amma yenə də paylaşımların papulyarlılığı aldığı bəyənmə sayından aslı olaraq qalacaq. Yəni yenə də öndə olmaq üçün daha cəlbedici paylaşımlar üçün zəhmət çəkməyə məcbur olacaqlar.

Səhfəni izləyin, yenilikləri qaçırmayın

Asan Servisdə diaqnostika pulsuzdur!Əgər sizində komputer, notebook, printerlərinizdə problem varsa, bizə müraciət edin....
17/04/2019

Asan Servisdə diaqnostika pulsuzdur!

Əgər sizində komputer, notebook, printerlərinizdə problem varsa, bizə müraciət edin. Problemin nə olduğunu biz tapaq, həm də pulsuz.

Ətraflı məlumat üçün bizə yazın

📍Ünvan: Bəxtiyar Vahabzadə 57Q, Yasamal, Bakı. (Elmlər Akademiyası metrosunun çıxışı)
📱Tel: (+994) 77 443 44 99

Address

Bəxtiyar Vahabzadə 57Q, Yasamal, Bakı. (Elmlər Akademiyası Metrosunun çıxışı)
Baku
AZ1141

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 10:00 - 20:00
Sunday 10:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when Asan Servis posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share