25/11/2019
Dəyərli müəllimlər və valideynlər, "Sinfimiz" layihəsini yeni formatda sizlərə təqdim edirik.
Yeni sinfimiz.com saytı müəllim-valideyn ünsiyyətini asanlaşdıran və sinfinizi onlayn şəklə çevirən sosial şəbəkə tipli platformadır.
Sinfimizdə siz ümumi müzakirələr apara, şəkil paylaşa, sinif qura, dərs cədvəlini izləyə, mesaj yaza, ev tapşırıqlarını paylaşa və nəzarət edə, eləcə də əlavə bir çox üstünlüklərdən yararlana bilərsiniz.
Sinfimizə qoşulmaq üçün https://sinfimiz.com saytına daxil olun və qeydiyyatdan keçərək öz sinfinizi qurun.