17/04/2017
“Təhlükəsizlik xidmətinin əməkdaşları üçün professional təlimlər”
Bakı şəhəri 11 aprel 2017-ci il
Aprel ayının 14-15-də “Smart Safety” şirkətinin təşkilatçılığı ilə "Fairmont Baku" otelinin təhlükəsizlik xidmətinin əməkdaşları üçün təlimlər keçiriləcək.
“Təhlükəsizlik xidmətinin əməkdaşları üçün professional təlimlər” adlanan məşğələlərin təşkil olunmasında məqsəd terrorizm, təxribat və digər bu kimi hallarda təhlükəsizlik qaydalarının tətbiqi və onun fəsadlarının aradan qaldırılması, həmçinin bu istiqamətdə beynəlxalq təcrübələrdən yararlanmaqdır.
Təlimləri bu sahədə nəzəri və praktiki, beynəlxalq təcrübəyə sahib olan, “Smart Safety” şirkətinin mütəxəssisləri aparacaqlar.
Təlim çərçivəsində otel əməkdaşlarına müəssisədə baş verə biləcək terror-təxribat və digər qanun pozuntuları zamanı qabaqlayıcı təhlükəsizlik tədbirləri və onların aradan qaldırılması barədə, ilkin tibbi yardımın edilməsi, psixoloji vəziyyətin idarə olunması və s. haqqında məlumatlar veriləcək.
Bununla yanaşı, məşğələlərdə terrorizm və onun təzahürləri, bu tipli risklərin azaldılması istiqamətində nəqliyyatın təhlükəsiz istismarı və digər vacib məsələlər müzakirə ediləcək, eləcə də təhlükəsizliyin təşkili ilə bağlı beynəlxalq təcrübələrdən yararlanaraq mühazirələr oxunulacaq.
“Smart Safety” şirkəti müəssisələrin təhlükəsizlik xidmətinin əməkdaşlarının təhlükəsizliklə bağlı təcrübələrinin artırılması məqsədilə təşkil etdiyi təlimlər davamlı olacaq.
Qeyd edək ki, “Smart Safety” şirkətinin təməli 2004-cü ildə qoyulub. Şirkətin ofisi Bakı şəhəri, Xocali pr 37. Demirchi Towerin 15-ci mərtəbəsində yerləşir. Şirkətin fəaliyyət sahəsinə təhlükəsizlik avadanlıqlarının satışı və quraşdırılması, innovasiyaların yerinə yetirilməsi, həmçinin təhlükəsizlik xidmətinin əməkdaşları üçün peşəkar təlimlərin (psixoloji, ilkin tibbi yardım, mühafizə işinin təşkili, fövqəladə hallar zamanı təhlükəsizlik işinin təşkili) keçirilməsi daxildir. Şirkət Azərbaycanda ilk dəfə olaraq mühafizəçilər üçün təlimlərə başlayır.
“Smart Safety” şirkəti "Fairmont Baku" otelinin təhlükəsizlik xidmətinin əməkdaşları üçün keçirilən təlimə KİV nümayəndələrini də dəvət edir. Aprelin 14-15-də keçiriləcək təlim "Fairmont Baku" otelinin ----- zalında saat 09.00-dan 17.00-dək