15/09/2026
Azsoftware şirkətinin əməkdaşları Türkiyədə keçirilən "GITEX AI Türkiye" tədbirində iştirak ediblər.
Süni intellekt, bulud texnologiyaları, kibertəhlükəsizlik, fintech və digər innovativ texnologiyaları bir araya gətirən tədbir çərçivəsində komandamız qlobal texnologiya trendləri, yeni həllər və müxtəlif şirkətlərin təcrübələri ilə yaxından tanış olub.
Tədbirdə 70-dən çox ölkənin təmsil olunduğu, 100-ə yaxın spikerin çıxış etdiyi və 350-dən çox startapın təqdim olunduğu tədbir, eyni zamanda yeni əlaqələrin qurulması, təcrübə mübadiləsi və potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından faydalı platforma olub.
Azsoftware olaraq qlobal texnologiya ekosistemində baş verən yenilikləri yaxından izləməyə, beynəlxalq təcrübələri öyrənməyə və əldə etdiyimiz bilikləri inkişaf etdirdiyimiz rəqəmsal həllərə tətbiq etməyə davam edirik.