B.EST Solutions Azerbaijan

B.EST Solutions Azerbaijan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from B.EST Solutions Azerbaijan, Internet Company, Baku.

B.EST Solutions is a fast growing IT-services company and solutions provider active in the field of Information and Communication Technologies (ICT) in Azerbaijan.

19/09/2024
B.EST Solutions Azerbaijan şirkətinin təsisçisi və rəhbəri Jana Krimpe Asan İmza / Mobile-IDnın texnoloji inkişaf perspe...
13/02/2024

B.EST Solutions Azerbaijan şirkətinin təsisçisi və rəhbəri Jana Krimpe Asan İmza / Mobile-IDnın texnoloji inkişaf perspektivləri ilə bağlı “vergiler.az” qəzetinin suallarını cavablandırıb.

Müsahibədə xanım Krimpe yaxın günlərdə yeni asandoc portalı istifadəyə verilməsi və burada faylların şifrələnməsi və deşifrələnməsi, multisign (toplu imzalanma), imzanın yoxlanılması, sənəd sorğusunun təsdiqi/rədd edilməsi, əvvəlcədən müəyyən edilmiş kontaktların, imza qruplarının və rolların istifadəsi, sənədin keçid vasitəsilə e-poçtla göndərilməsi və s. xidmətlərin təklif ediləcəyi haqqında bildirmişdi. Jana xanım müsahibə zamanı məlumat təhlükəsizliyi və məxfililiyin “Asan İmza”da əsas prioritet olduğunu vurğulamışdır - "Biz həllərimizdə də daxil olmaqla müxtəlif yeni texnologiyalara xüsusi diqqət yetiririk.

komponentləri ilə bağlı problemlərin öhdəsindən gəlmək üçün şirkətimiz qlobal standartlara və ən yaxşı təcrübələrə əsaslanaraq alqoritmləri hazırlayır."

Ətraflı: https://vergiler.az/news/articles/27967.html

15 ildən artıqdır ki, Azərbaycan bazarında aktiv fəaliyyət göstərən B.EST Solutions Azerbaijan ölkədə rəqəmsal iqtisadiyyatın və innovativ həllərin inkişafına mühüm töhfə verib. Bu gün “Asan İmza” vətəndaşlar, sahibkarl...

B.EST Solutions şirkətinin rəhbəri "DOST 2023" Beynəlxalq Konfransında moderator olaraq çıxış edib.Dayanıqlı və Operativ...
12/09/2023

B.EST Solutions şirkətinin rəhbəri "DOST 2023" Beynəlxalq Konfransında moderator olaraq çıxış edib.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçirib. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin yaradılmasının 5 illiyinə həsr olunan tarixi hadisə 7-8 sentyabr 2023-cü il tarixlərində Bakıda baş tutmuşdur.
Konfransda dünyanın müxtəlif ölkələrindən olan dünya şöhrətli ekspertlərdən ibarət olan qrup öz bilik və qabaqcıl təcrübələrini bölüşdü. Geniş proqrama daxil olan təqdimatlar, interaktiv panel müzakirələri və iki plenar iclas və üç paralel panel müzakirələr çərçivəsində təqdim olunan çıxışların hər biri sosial təminat və innovasiyalar üzrə geniş mövzuları əhatə edirdi.
Açılış mərasimini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayev açaraq, DOST Agentliyinin mühüm nailiyyətlərindən danışıb.
Tədbirdə çıxış edən Ulvi Mehdiyev - ASAN Xidmət Azərbaycan Respublikasının Prezidenti yanında Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri; Sandra Qruyçiç – Serbiya Respublikasının Ailə Rifahı və Demoqrafiya nazirinin; Hüseyn Hüseynov – Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi; Justina Jakštienė – Litvanın Sosial Müdafiə və Əmək Nazirinin müavini; Fərid Məmmədov – DOST Agentliyinin İdarə Heyətinin sədri; Christian Fillet – Brügge şəhərinin merinin müavini, Belçika; Margus Arm – Estoniyanın Səhiyyə və Rifah İnformasiya Sistemləri Mərkəzinin direktoru; Hakan Özer – İŞKUR, Məşğulluq mütəxəssisi, Türkiyə; Dmitri Karasyov – İSSA-nın Avrasiya üzrə regional koordinatoru, İsveçrə; Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA sədri Orxan Məmmədov və digər mötəbər qonaqlar sosial sahədə təcrübə mübadiləsi aparıblar.
Konfransın moderatorları kimi Elshad Khanalibayli - DSMF-nin Beynəlxalq əlaqələr departamentinin müdiri, Fuad Allahverdiyev – AzerTelecom MMC-nin Direktorlar Şurasının sədri, Ruslan Mirzəliyev - 5 saylı Bakı DOST Mərkəzinin direktoru, Nərmin Mirzəyeva - Dövlət Əmək Müfəttişliyi Xidməti rəisinin müavini və Asan İmza / Mobile-ID mobil elektron imzanın texniki operatoru olan B.EST Solutions şirkətinin direktoru və təsisçisi Jana Krimpe çıxış etmişdilər.
Xanım Krimpe “Xidmətlərin vahid platforma konsepsiyasına inteqrasiyası və əlçatanlığın təmin edilməsi” adlı birinci panel müzakirəsinə moderatorluq etdi. Birinci paneldə Kanan Akparov - Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru; Sumau Ben Dau – United Nations University BMT Universitetində tədqiqat koordinatoru, Portuqaliya; Thore Hansen – University of Bergen Bergen Universitetinin Əmək və Sosial Təminat Departamentinin Baş məsləhətçisi, Norveç və Natiq Həsənov - Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini məruzə etmişdilər.
Jana Krimpe belə mühüm tədbirdə əsas rolllardan birinin ona təqdim edilməsinə görə minnətdarlığını bildirərək qeyd etmişdir: “DOST Agentliyini beş illik yubileyi münasibətilə təbrik etmək istərdim. Təcrübə mübadiləsi, yeni və ən yaxşı təcrübələri öyrənməklə mühüm mərhələləri vurğulamaq həmişə vacibdir”. Moderator vurğulamışdır ki, Agentlik insanların biznes, işlərin idarə edilməsi və bir-biri ilə əməkdaşlıq etmə üsullarını formalaşdırmaq üçün texnologiya üfüqlərini genişləndirdi. Bu perspektiv DOST agentliyinin missiyasının transformativ xarakterini önə çıxararaq, onun sosial və mədəni təsirini vurğulamış olur.
Xanım Krimpe əlavə etdi: "Təqdimatda mən əhəmiyyətli bir rəqəm gördüm - bu il 50-dən çox proaktiv xidmətin təqdim ediləcəyi elan edildi. Hesab edirəm ki, DOST əhalinin bütün ehtiyaclarını nəzərə alan sosial xidmətlərin göstərilməsinin unikal konsepsiyasını təqdim edir. Bir faktı vurğulamaq istəyirəm ki, “Asan İmza” mobil elektron imza da rəqəmsal həllərin istifadəsini asanlaşdırmaq üçün bütün seqmentlər - hökumət, biznes və əsas etibarilə Azərbaycan vətəndaşına 2000-dən çox elektron xidmətin təqdim istiqamətlənmişdir”. Sessiya boyu xanım Krimpe panel iştirakçıları üçün vahid platformanın vacibliyi ilə bağlı əsas məsələləri vurğulamışdır.

https://oxu.az/press-releases/742809
16/06/2023

https://oxu.az/press-releases/742809

“ASAN İmza” mobil elektron imzanın operatoru – “B.EST Solutions Azerbaijan” şirkətinin təsisçisi və rəhbəri Jana Krimpe yeni texnologiyalar sahəsində əldə etdiyi nailiyyətlərə görə tanınıb və yeni texnologiyalarda gələcəyin 100 qlobal qadını siyahısının ikinci ...

28/11/2021
03/11/2021
31/05/2021

❓What is the situation with trust services in Azerbaijan
❓What are the cross-border processes between Azerbaijan and the EU and other eastern countries
❓What problems exist and how important they are to solve the cross-border eTrade and connection of digital markets

These and many other questions will be answered on June 10 by Jana Krimpe, Partner, Founder - B.EST Solutions
Thank you Jana for joining our conference!

will be held online on June 10, 2021. Register now on 👉 https://bit.ly/33ejQyr
Full agenda available on 👉 www.efpe.eu

Address

Baku
AZ1072

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124908059

Alerts

Be the first to know and let us send you an email when B.EST Solutions Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to B.EST Solutions Azerbaijan:

Share