Şəbəkə

Şəbəkə Azərbaycanda İnformasiya Texnologiyaları Xidmətləri “Şəbəkə” nədir? Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminalından istifadə edə biləcəklər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) “Şəbəkə” layihəsinin tətbiqinə başlamışdır. Bu layihə çərçivəsində yaradılan müasir xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər eyni məkanda cəmləşəcək. “Şəbəkə” mərkəzlərində telekommunikasiya və poçt xidmətlərindən başqa avia biletlərin satışının tə

şkili də nəzərdə tutulmuşdur. Artıq ilk xidmət mərkəzimiz “Azərpoçt”un 1 saylı filial mərkəzinin əsas ofisində istifadəyə verilmişdir. İkinci xidmət mərkəzimizin isə yaxın zamanda istifadəyə verilməsi planlaşdırılır. Hazırda xidmət şəbəkəsinin Bakının bütün rayonlarını əhatə etməsi üçün işlər aparılır. Növbəti mərhələdə isə “Şəbəkə” mərkəzlərinin regionlarda açılması nəzərdə tutulur.

“Şəbəkə” mərkəzlərinin yaradılmasının məqsədləri

✓ Vətəndaşlara yüksək standartlara uyğun xidmətin göstərilməsi
✓ Xidmət istifadəçilərinin rahatlığının təmin edilməsi
✓ Müştərilərin vaxt itkisinin qarşısının alınması
✓ Operativ xidmətin təşkili
✓ Xidmətlərin göstərilməsində şəffaflığın artırılması.
✓ Bürokratiya və korrupsiya hallarının aradan qaldırılması. Missiyamız

Əsas missiyamız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumlarının təqdim etdiyi xidmətlərin göstərilməsini şəffaflıq, operativlik, nəzakətlilik prinsipləri əsasında yüksək səviyyədə təşkil etməklə vətəndaş məmnunluğunu təmin etməkdir.

Address

1 Saylı Şəbəkə Səbail Rayonu Üzeyir Hacıbəyov Küç, 36
Baku
AZ1000

Telephone

99412169

Alerts

Be the first to know and let us send you an email when Şəbəkə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share