Şirkətin əsas fəaliyyəti informasiya texnologiyaları sahəsində xidmət göstərərək veb sayt dizaynı və hazırlanması, proqram həlləri həyata keçirmək, domain qeydiyyatını reallaşdırmaq, hostinq və SSL sertifikatları təminatı, korporativ e-mail ünvanları yaratmaq və s. xidmətlər üzrə peşəkar səviyyədə müştərilərin tələbatlarını təmin etməkdir.
Şirkətin Azərbaycandakı nümayəndəliyi 2012-ci ildən aktiv
olaraq fəaliyyətə başlamiş və xidmət sahəsini genişləndirərək konsaltinq, logo və deviz yaradılması, veb sayt-da məlumatların hazırlanmasına yardım, SEO, sosial mediada reklam və digər xidmətlərin həyata keçirilməsində iştirak edir. Hər bir müştərinin sifarişinə öz biznesimiz kimi yanaşaraq müştərinin istək və arzularını virtual aləmdə canlandırırıq. Məqsədimiz təkcə müştəri bazasını artırmaq deyil, əsasən mövcüd müştərilərin məmnunluğunu təmin edərək uzunmüddətli əməkdaşlığa imza atmaqdır. Prinsipimiz ədalətli və düzgün olmaq, peşəkarlığı qorumaq, sürətli təhvil-təslim, yeniliklərlə xidmət çeşidlərimizi artırmaq, həqiqi qiymət təklif etmək və şirkəti daha da böyüdərək inkişaf etdirməkdir. Missiyamız Azərbaycan bazarında İT sahəsində sərfəli qiymət təmin edərək qərb standardlarına cavab verən xidmətləri həyata keçirmək və Azərbaycanın müxtəlif müəssisə və təşkilatlarında biznes proseslərin effektivliyinin artırılmasında və Azərbaycan cəmiyyətində informasiya mübadiləsinin inkişaf etdirilməsində yaxından iştirak etməkdir.