Asan İmza / Mobile-ID

Asan İmza / Mobile-ID Asan İmza – mobil telefonunuz vasitəsilə elektron mühitdə rəqəmsal kimliyinizi təsdiqləmək və sənədlərə elektron imza atmaq imkanı verən mobil xidmətdir.

📢 Yeni Facebook səhifəmiz Asan Imza / e-SIM / Mobile-ID  fəaliyyətə başlayır."Asan İmza"ya dair ən son yeniliklərdən dai...
22/11/2023

📢 Yeni Facebook səhifəmiz Asan Imza / e-SIM / Mobile-ID fəaliyyətə başlayır.

"Asan İmza"ya dair ən son yeniliklərdən daim xəbərdar olmaq üçün yeni səhifəmizi izləyin.

❗️Cari səhifənin fəaliyyəti tezliklə dayandırılacaq.

14/11/2023


Vakansiya: Sənədləşmə və Kommunikasiyalar üzrə Koordinator
Bizə kim lazımdır:
­ - İşgüzar yazışmaların aparılmasında təcrübəsi olan və insanlarla mükəmməl ünsiyyət qura bilən;
­ - Elan verilmiş vakansiyaya oxşar vəzifədə ən azı iki il təcrübəyə malik olan şəxsə üstünlük verilir;
­ - Beynəlxalq İT şirkətində işləmək və daim inkişaf etmək arzusunda olan;
­ - Mehriban, diqqətli və öz işində peşəkar;
­ - Yeni çağırışlardan qorxmayan və əvvəllər onlarla qarşılaşmasa belə, yeni alətlərdən istifadə etməyə hazır olan və verilən tapşırığı müvəfəqqiyyətlə yerinə yetirən.

Tələblər:
- Ali təhsil;
- Ədəbi və texniki Azərbaycan dilini mükəmməl bilmək;
- Rus və ya ingilis dillərini mükəmməl və səriştəli bilmək;
- İT sahəsində texniki terminologiyanın biliyi əlavə üstünlük hesab edilir;
- Daxili sənədləşmə və ofis işləri üzrə təcrübə;
- Tapşırıqları yüksək məsuliyyətlə və dəqiqliklə yerinə yetirmək.

Məsuliyyətlər:
- Daxili sənədləşmə, ofis işləri və rəsmi yazışmalarla işləmək;
- Rəhbərin tələbi ilə məlumatların axtarışı və strukturlaşdırılması;
- Poçt göndərişlərinin hazırlanması və göndərilməsi, kuryer xidmətləri ilə qarşılıqlı əlaqə;
- Elanların dərci, tədbirlərin və görüşlərin təşkili;
- Sosial media hesabları və press-relizlər üçün məzmunun yaradılmasında köməklik;
- İclaslarda iştirak və protokolların aparılması;
- Şirkətdə baş verən hadisələrdən xəbərdar olmaq, vacib məlumatları qeyd etmək, suallara və tapşırıq statuslarına operativ cavab vermək;
- Rəhbərin müxtəlif tapşırıqlarını yerinə yetirmək və onun işlərinin idarə olunmasına dəstək olmaq.

İş haqqında:
- İş vaxtı: tam iş günü, həftədə 40 saat, bazar ertəsindən cümə gününə daxil, 8 saatlıq iş günü;
- Şirkət hesabına ixtisasartırma imkanları;
- Mobil rabitə, nahar, parkinq və idman xərclərinin ödənilməsi, ofisdə pulsuz içkilərin verilməsi;
- 3 ay sınaq müddəti;
- Mehriban və həmrəy komanda;
- Əmək haqqı namizədin təcrübə və bacarıqlarından asılıdır.

Namizədlərdən CV-lərini [email protected] təqdim etmələrini xahiş edirik. Əgər təsvir olunan bütün tələblərə və keyfiyyətlərə cavab verdiyinizə əminsinizsə, ərizənizi təqdim edin və müsahibəyə dəvət gözləyin.

🇦🇿⚖️12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul ...
12/11/2023

🇦🇿⚖️12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 28 il ötür. Bu gün münasibətilə hər kəsi təbrik edirik!

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür. Bayrağımız qürur mənbəyimizdir! Bayrağımız daim dalğalansı...
08/11/2023

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür. Bayrağımız qürur mənbəyimizdir! Bayrağımız daim dalğalansın!

🇦🇿 Şanlı zəfərimizin ildönümüdür! Bu gün qürur günündür! Təbriklər, Azərbaycan xalqı!
08/11/2023

🇦🇿 Şanlı zəfərimizin ildönümüdür! Bu gün qürur günündür! Təbriklər, Azərbaycan xalqı!

🇦🇿 my.gov.az portalı və ya tətbiqinə "Asan İmza" ilə giriş edərək bir çox sənədlərinizin rəqəmsal versiyasını əldə edə v...
06/11/2023

🇦🇿 my.gov.az portalı və ya tətbiqinə "Asan İmza" ilə giriş edərək bir çox sənədlərinizin rəqəmsal versiyasını əldə edə və onların elektron arayış formasında yükləyə bilərsiniz!
🔹️"Tələbə-məzun" məlumatlarım
🔹️ Ailə tərkibim
🔹️ Cərimələrim
🔹️ Daşınmaz əmlak məlumatlarım
🔹️ Diplomlarım
🔹️ Etibarnamələrim
🔹️Hərbi qeydiyyatım və xidmətim barəsində məlumatlar
🔹️ İş yerim
🔹️ Məcburi köçkün statusu haqqında arayış
🔹️ Qeydiyyatda olan nəqliyyat vasitələrim
🔹️ Şəxsi məlumatlarım
🔹️ Stasionar telefon məlumatları
🔹️ Sürücülük vəsiqəm
🔹️ Ümumvətəndaşlıq pasportum
🔹️ Yaşayış yerim

🇬🇧 By logging into the my.gov.az portal/ application with "Asan Imza", you can get the digital version of many of your documents and download them in the form of an electronic reference!
🔹️My "student-graduate" information
🔹️ My family members
🔹️ My fines
🔹️ My real estate info
🔹️ My diploma(s)
🔹️ My credentials
🔹️ Information about my military registration and service
🔹️ My workplace
🔹️ Certificate on the status of a forcibly displaced person
🔹️ My registered vehicles
🔹️ My personal info
🔹️ Landline phone info
🔹️ My driver's license
🔹️ My citizenship passport
🔹️ My place of residence

🇦🇿 Yelo Bank mobil tətbiqinə “Asan İmza” ilə giriş edərək aşağıdakı rəqəmsal bankçılıq funksionallıqlarından istifadə ed...
03/11/2023

🇦🇿 Yelo Bank mobil tətbiqinə “Asan İmza” ilə giriş edərək aşağıdakı rəqəmsal bankçılıq funksionallıqlarından istifadə edə bilərsiniz.

- Hesablar arası köçürmələr
- Bankdaxili köçürmələr
- Ölkədaxili köçürmələr
- Büdcə ödənişləri
- ƏDV ödənişləri
- Konvertasiya

🇬🇧 By logging into the Yelo Bank mobile application with "Asan Imza," you can access and utilize a range of digital banking functionalities, including:

Transfers between accounts
Intra-bank transfers
Domestic transfers
Budget payments
VAT payments
Conversion

🇦🇿 Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması  üçün ...
31/10/2023

🇦🇿 Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün http://new.e-taxes.gov.az/eportal istifadədədir. Portala "Asan İmza" ilə giriş edərək ƏDV-ni geri almaq üçün müraciət ünvanlaya bilərsiniz 🏠🪙

"Vətəndaşlar müraciət zamanı ödəniş formasına qoyulan tələblərlə yanaşı, aşağıdakı məqamlara da diqqət yetirməlidirlər:

Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra, 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaratmalı və müvafiq sənədlər əlavə etməklə elektron kabinet vasitəsilə müraciətini portala göndərməlidir;

Alıcı eyni binadan 1, yaxud bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi alınmış sahələrin hər biri üzrə 500 kvadratmetrdən çox olmayan hissəyə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir;

ƏDV bir hissəsi alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır;

Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır."

🇬🇧 To initiate a part of VAT refund for cashless purchases of residential and non-residential properties, visit http://new.e-taxes.gov.az/eportal. Using your "Asan Imza," you can access this portal 🏠🪙

Citizens should keep the following considerations in mind when applying:
Within 90 days of completing the cashless payment for residential and non-residential properties, create an electronic account on the portal. Then, submit your application via the electronic cabinet along with the required documents;

While purchasing one or more residential and/or non-residential units within the same building, the VAT refund applies proportionally to the portion not exceeding 500 square meters for each acquired unit;

A part of VAT is refundable when the entire cost of the purchased properties is paid to the seller without using cash;

🇦🇿 “Asan İmza” sizin təhlükəsiz, sürətli və kağızsız mobil imzanızdır. Bir dəfə “Asan İmza” əldə etməklə nə qədər resurs...
27/10/2023

🇦🇿 “Asan İmza” sizin təhlükəsiz, sürətli və kağızsız mobil imzanızdır. Bir dəfə “Asan İmza” əldə etməklə nə qədər resursa və zamana qənaət etdiyinizə özünüz şahid olacaqsınız.

🇬🇧 "Asan Imza" offers a secure, rapid, and environmentally-friendly mobile signature solution. Experience firsthand the efficiency and time-saving benefits of getting "Asan Imza" Mobile ID. You'll be amazed at how it conserves resources and streamlines your processes.

🇦🇿Statistikaya görə ölkədə mövcud olan xidmətlərin böyük əksəriyyəti artıq elektronlaşdırılmışdır. 2000-dən çox e-xidmət...
24/10/2023

🇦🇿Statistikaya görə ölkədə mövcud olan xidmətlərin böyük əksəriyyəti artıq elektronlaşdırılmışdır. 2000-dən çox e-xidmətə əlyetərliyi təmin edən “Asan İmza” mobil elektron imzanı elə indi əldə edin.

🇬🇧Statistics display a significant proportion of the services within the country have transitioned to electronic platforms. You can acquire the "Asan Imza" mobile electronic signature today granting you access to over 2000 e-services.

19/10/2023

🇦🇿 İnternet Vergi İdarəsinin rəqəmsal xidmətlərindən təhlükəsiz, etibarlı və rahat istifadə edə bilmək üçün “Asan İmza” əldə etməyə tələsin.

2024-cü il yanvarın 1-dən etibarən vergi ödəyicilərinin elektron kabinetdən istifadəsi zamanı yeni qaydalar tətbiq ediləcək. Həmin qaydalara əsasən vergi orqanı tərəfindən verilmiş kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanları məhdudlaşdırılacaq, ödəyicilər yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bu imkandan yararlana biləcəklər

🇬🇧 Act quickly to acquire “Asan Imza” in order to securely, safely, and conveniently access the digital services of the Internet Tax Service. Starting from January 1, 2024, new regulations will come into effect for taxpayers using the electronic portal. These regulations stipulate that access to the electronic portal will be restricted to those who possess a code-password issued by the tax authority. Taxpayers will only be able to utilize this platform by employing enhanced electronic signature tools.

Address

Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125251847

Alerts

Be the first to know and let us send you an email when Asan İmza / Mobile-ID posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Asan İmza / Mobile-ID:

Share