01/09/2026
QR kodu skan et, bonus qazan, hədiyyəyə çevir. Amma BE Master-in arxasında bundan bir az daha böyük sistem var.
BE Master layihəsində BE Group üçün ustaların və satış ekosisteminin loyallığını daha effektiv şəkildə idarə etməyə imkan verən mobil platforma hazırladıq.
MaxCreative olaraq bu layihədə yalnız tətbiqin hazırlanması ilə kifayətlənmədik. Məhsulun ümumi məntiqi, istifadəçi təcrübəsi, QR əsaslı bonus sistemi, loyallıq statusları, hədiyyələr, Ani Hədiyyə funksionallığı və admin panel kimi bir çox hissənin formalaşdırılmasında iştirak etdik.
İstifadəçilər məhsulların üzərindəki QR kodları skan edərək bonuslar qazana, topladıqları bonusları hədiyyələrlə dəyişə və loyallıq statuslarını yüksəldə bilirlər.
Layihə üzərində işlədikcə sistemin arxasında daha maraqlı mexanizmlər də formalaşdı, xüsusilə individual məhsullar, Master QR sistemi və topdançı–usta loyallıq əlaqəsi.
Bizim üçün maraqlı olan məhz budur: ideyanı götürüb, onu real biznes problemi həll edən işlək məhsula çevirmək.
BE Master layihəsi artıq bu istiqamətdə gördüyümüz işlərdən biridir. 🚀