14/09/2026
UROVO ilə Altair Technologies arasında məhsuldar görüş 🇦🇿🇨🇳
Urovo Technologies şirkətinin vitse prezidenti xanım Zenia Chang və kommersiya meneceri xanım Iris Wang -ı qonağımız kimi qəbul etməkdən məmnun olduq.
Görüş zamanı mövcud əməkdaşlığımızı, bazardakı yeni imkanları, müştərilərin dəyişən tələblərini və gələcək inkişaf istiqamətlərini ətraflı müzakirə etdik.
Bu görüş yalnız cari layihələrin müzakirəsi ilə məhdudlaşmadı. Qarşıdakı dövrdə yeni məhsulların, innovativ həllərin və birgə biznes imkanlarının Azərbaycan bazarında inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi apardıq.
İnanırıq ki, qarşılıqlı etimad, peşəkar yanaşma və uzunmüddətli əməkdaşlıq prinsipləri əsasında daha böyük və uğurlu layihələrə imza ata bilərik.
Səmimi və dəyərli müzakirələrə görə Zenia Chang və Iris Wang-a təşəkkür edirik 🤝