İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi

İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tabeliyində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi İTMİM | ITDMC

10/05/2024
26/02/2024

Xocalı soyqırımı bəşər tarixində insanlıq əleyhinə ən ağır cinayətlərdəndir. xalqına qarşı törədilmiş bu kütləvi qırğın xalqımızın mübarizə əzmini qıra bilmədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun tədbirləri nəticəsində dövlətimizin suverenliyi tam bərpa edildi, o cümlədən rayonu da separatçılardan təmizləndi. Bu gün Xocalıda qürurla dalğalanan üçrəngli bayrağımız haqq-ədalətin təntənəsini, soyqırımı qurbanlarının qanının yerdə qalmadığını bariz şəkildə nümayiş etdirir. Xocalı soyqırımının 32-ci ildönümündə faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

20 yanvar şəhidlərini ehtiramla anırıq. Allah rəhmət eləsin!
20/01/2024

20 yanvar şəhidlərini ehtiramla anırıq. Allah rəhmət eləsin!

13/12/2023

İqtisadiyyat Nazirliyi tabeliyində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tərəfindən Zənglan şəhərinin işğaldan əvvəlki dövrə aid xəritələri əsasında 3D formatda işğaldan əvvəlki vəziyyəti, infrastrukturu və azad edildikdən sonrakı mövcud vəziyyəti əks etdirən dron çəkilişləri ilə müqayisəli videosu hazırlanmışdır.

İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi layihələrin idarə edilməsi istiqamətində ISO 9001:2015 və QS 10...
08/12/2023

İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi layihələrin idarə edilməsi istiqamətində ISO 9001:2015 və QS 10006:2018 beynəlxalq sertifikatlara layiq görülmüşdür. Daha ətraflı: https://itmim.gov.az/az/news/view/265

06/12/2023

Bu gün – 6 dekabr ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin -dır (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi). -da yüksək texnoloji tutumlu və rəqabətli -ın formalaşmasında rabitə və sektorunun təmsilçilərinin əhəmiyyətli rolu var. Bu sahə üzrə fəaliyyət göstərən hər kəsi əlamətdar gün münasibətilə təbrik edir, işlərində uğurlar arzulayırıq.

İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin əməkdaşı Litva Respublikasında ezamiyyətdə olmuşdur. 22-27 o...
22/11/2023

İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin əməkdaşı Litva Respublikasında ezamiyyətdə olmuşdur.

22-27 oktyabr 2023-cü il tarixlərində Litva Respublikasında mövcüd Coğrafi İnformasiya Sistemlərinə dair elektron məlumatlar bazasının vəziyyəti, kütləvi qiymətləndirmə sistemində istifadə olunan modullar, kütləvi qiymətləndirmə zamanı aparılan statistik analizlərin sistem daxilində istifadəsi, ümümi prosesin təmin edilməsi üçün digər köməkçi sistemlərin analizi və əlaqəli məsələlərin araşdırılması məqsədilə Mərkəzinin əməkdaşı Taleh Əlizadə Litva Respublikasında ezamiyyətdə olmuşdur. Ezamiyyə zamanı Litva Respublikasının Dövlət Reyestr Mərkəzinin əsas heyəti və sistemləri, Litva Respublikasının təcrübəsi, daşınmaz əmlakların reyestri və kadastrının aparılması üsulları, sistemlərin verilənlər bazasında toplanan məlumatların kütləvi qiymətləndirmədə istifadə olunması, verilənlər bazasının idarə edilməsi sistemləri ilə bağlı məlumat mübadiləsi həyata keçirilmişdir.

20/11/2023

20 Noyabr Ağdam Şəhəri Günüdür. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Şəhərin erməni işğalçılarından təmizlənməsindən üç il ötür.
Bu münasibətlə işğaldan əvvəlki dövrə aid xəritələr əsasında Ağdam şəhərinin işğaldan əvvəlki vəziyyətini əks etdirən, 3D formatda hazırlanmış infrastrukturu və azad edildikdən sonrakı mövcud vəziyyətini əks etdirən dron çəkilişləri ilə müqayisəli video İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tərəfindən hazırlanmışdır və əyani şəkildə erməni vandallığını nümayiş etdirir. Videodan da göründüyü kimi işğal dövründə Ağdam şəhərindəki bütün tikililər və infrastruktur tamamilə dağıdılmış və talan edilmişdir. Azad edildikdən sonrakı vəziyyətinə görə Ağdama “Qafqazın Xirosiması” adı verilmişdir.

09/11/2023

İqtisadiyyat Nazirliyi tabeliyində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tərəfindən Füzuli şəhərinin işğaldan əvvəlki dövrə aid xəritələri əsasında 3D formatda işğaldan əvvəlki vəziyyəti, infrastrukturu və azad edildikdən sonrakı mövcud vəziyyəti əks etdirən dron çəkilişləri ilə müqayisəli videosu hazırlanmışdır.

Address

109, Heydar Aliyev Avenue
Baku
AZ1029

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125654189

Alerts

Be the first to know and let us send you an email when İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share