AcademyNet Azerbaijan

AcademyNet Azerbaijan Ən yeni texnoloji xəbərləri bizdən alın!

"GoPro Hero 9 Black action kamerasının bütün özəllikləri barəsində məlumat verilib." Məşhur action kamera brendinin yeni...
10/09/2020

"GoPro Hero 9 Black action kamerasının bütün özəllikləri barəsində məlumat verilib."
Məşhur action kamera brendinin yeni modeli bir sıra geniş imkanlar əldə edəcək. Verilmiş məlumata əsasən GoPro Hero 9 Black modeli 20 MP-lik sensor ilə təchiz olunacaq. Onun vasitəsilə o, saniyədə 30 kadır sürətlə 5K keyfiyyətində 240 fps slow-mo videolar çəkə biləcək. Bununla yanaşı HyperSmooth 3.0 texnologiyasının dəstəyini əldə edəcək. GoPro Hero 9 Black vasitəsilə RAW farmatında fotolar da çəkmək mümkün olacaq. GoPro Hero 9 Black ilə 1080p keyfiyyətində canlı yayımlarda reallaşdırmaq mümkün olacaq. Batareya həcmi 1720 mAh olacaq.

"REDMİ NOTE 10-nun real fotoları ortaya çıxıb."Çinin  Weibo sosial şəbəkəsində ortaya çıxmış fotolarda smartfonun işlək ...
06/09/2020

"REDMİ NOTE 10-nun real fotoları ortaya çıxıb."
Çinin Weibo sosial şəbəkəsində ortaya çıxmış fotolarda smartfonun işlək vəziyyətdə olan ekranı və arxa panelindəki kameraları əks olunublar. İşlək vəziyyətdə əks olunmuş ekran fotosuna əsasən smartfon 2.4 GHz tezlikdə çalışan prosessora sahib olacaq. Gözləntilərə əsasən söhbət, Media Tek Dimensitiy 800U və ya Qualcomm Snapdragon 765G -dən gedir. Smartfonun versiyalarından biri 8 GB RAM ilə təchiz olunacaq. Redmi Note 10 modeli üçlü arxa kameraya sahib olacaq və onlardan biri 48 MP-lik olacaq.

Dimensity 1000C prosessoru 7 nanometrlik texnoloji proses əsasında hazırlanıb və özündə 5G modemi birləşdirir. Prosessor...
04/09/2020

Dimensity 1000C prosessoru 7 nanometrlik texnoloji proses əsasında hazırlanıb və özündə 5G modemi birləşdirir. Prosessor yüksək performanslı 4 ədəd Cortex -A77 və enerji baxımdan effektiv olan 4 ədəd Cortex -A*5 nüvəsinə sahibdir. Prosessorun nüvələri 2.0 GHz tezlikdə çalışırlar. Qrafik özəlliklərdən isə ARM Mali -G57 çipi cavabdehdir. Dimensity 1000C-yə ayrıca neyron bloku inteqrasiya olunub. Həmin neyron bloku isə 3 ədəd süni zəka prosessorundan ibarətdir. Yeni prosessor iki ekranlı smartfonlarda da çalışa bilir.

Poco brendi yeni teqdimat tarixinin posterini təqdim edərək smartfonun özəlliklərindən birini də açıqladı. Poco X3 smart...
01/09/2020

Poco brendi yeni teqdimat tarixinin posterini təqdim edərək smartfonun özəlliklərindən birini də açıqladı. Poco X3 smartfon modeli 7 sentyabır tarixində təqdim olunacaq. Posterdə əks olunmuş məlumata əsasən Poco X3-ün özəlliklərindən biri də onun kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC modula sahib olacağdır. Yeni model Snapdragon 732G prosessorunu əldə edəcək ilk smartfon modeli olacaq. Bununla yanaşı gözləntilərə əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düyüm ekran, 20 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5160 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.

"Samsung-un yeni 980 Pro SSD-si saniyədə 7 GB fayl oxuya bilir." Samsung şirkəti istehsal etdiyi çiplər və SSD-lər ilə e...
31/08/2020

"Samsung-un yeni 980 Pro SSD-si saniyədə 7 GB fayl oxuya bilir."
Samsung şirkəti istehsal etdiyi çiplər və SSD-lər ilə ekosistemdə öz fərqini ortaya qoyur. Keçən il təqdim etdiyi həm performansı, həm uzun ömür ilə bilinən 970 Pro SSD-sinin yeni versiyası olan 980 Pro təqdim edildi. Yeni SSD-nin 3 fərqli yaddaşa malik versiyası olacaq. 250 GB, 500 GB və 1 TB. Qeyd edək ki, bu SSD PCİe 4.0 interfeysini dəstəkləyir. Bu o demekdir ki, bu cihaz ekosistemdəki ən yeni və ən sürətli ötürmə protokoluna malikdir. Yeni SSD-lər hal-hazırda SSD esosistemindəki ən sürətli fayl ötürmə protokolu olan PCİe 4.0 -i dəstəkləyir. Həmçinin SSD-nın qızmaması üçün Dynamic Themal Guard adlı texnologiyadan istifadə edib. 1 TB-lik versiyası saniyədə 7GB fayl oxuya bilir, saniyədə 5 GB isə fayl yaza bilir. SSD ilə saniyədə 5-7 GB arasında fayl transferi etmək mümkündür.

İnsayderlərin verdikləri məlumatlara əsasən OnePlus Nord modelinin satışa çıxması şirkətin büdcəli smartfonlar seriyasın...
29/08/2020

İnsayderlərin verdikləri məlumatlara əsasən OnePlus Nord modelinin satışa çıxması şirkətin büdcəli smartfonlar seriyasının ilk mərhələsi idi. Artıq OnePlus daha büdcəli smartfon üzərində çalışır. OnePlus şirkətinin Clover kod adına sahib yeni budcəli smartfon modelinin texniki özəlikləri barəsində məlumat verilib. Təqdim edilmiş məlumata əsasən yeni büdcəli OnePlus modeli 1560x720 piksel keyfiyyətli 6.52 düym ekran, Snapdragon 460 prosessoru, 4GB RAM, 64 GB daxili yaddaş həcmi, 13.2 MP + 2MP ikili arxa kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Barmaq izi skanı texnologiyasının arxa paneldə yerləşəcəyi güman edilir.

"SAMSUNG ŞİRKƏTİ QATLANA BİLƏN GALAXY Z FOLD SERİYASININ DAHA 3 SMARTFONU ÜZƏRİNDƏ ÇALIŞIR."Samsung şirkəti artıq 4 ədəd...
27/08/2020

"SAMSUNG ŞİRKƏTİ QATLANA BİLƏN GALAXY Z FOLD SERİYASININ DAHA 3 SMARTFONU ÜZƏRİNDƏ ÇALIŞIR."
Samsung şirkəti artıq 4 ədəd qatlana bilən smarfon modeli təqdim edib. Söhbət, Galaxy Z Flip, Galaxy Z Flip 5G, Galaxy Fold və Galaxy Z Fold 2 modellərindən gedir. İnsayderlərin məlumatına əsasən şirkət yaxın gələcəkdə minimum 3 ədəd yeni qatlana bilən smartfon təqdim edəcək. Məlumata əsasən söhbət, Galaxy Z Fold Lite, Galaxy Z Fold S və Galaxy Z Fold 3 modellərindən gedir. Galaxy Z Fold Lite modelinin ekranı plastik material ilə əhatə olunacaq. Galaxy Z Fold 3 ultranazik və stilus dəstəyini əldə edəcək. Galaxy Z Fold S-in həm xarici həm də daxili istiqamətə qatlanacağı güman edilir.

İnternet sürətində yeni rekorda imza atılıb. Bəzi ölkələrin kommersiya şəbəkələrində internet sürəti saniyədə 10 Gbit-ə ...
25/08/2020

İnternet sürətində yeni rekorda imza atılıb. Bəzi ölkələrin kommersiya şəbəkələrində internet sürəti saniyədə 10 Gbit-ə çata bilir. Britaniyalı və Yapon mütəxəssislər internet sürəti üzrə mövcud olan dünya rekordunu geridə qoyan yeni texnologiyanı yarada biliblər. Nəticədə onlar 178 Tbit internet sürətini əldə ediblər. Məlumatda qeyd olunub ki, saniyədə 178 Tbit internet sürəti vasitəsilə bütün Netflix kontentini 1 saniyəyə yükləmək olar. Yeni texnologiyanı çox rahatlıqla kommersiyalaşdırmaq və bütün dünya üzrə isdifadəyə vermək olar.

Facebook sentyabır ayından etibarən yeni dizayna keçid edir. Facebook insanların çox isdifadə etdiyi sosial media platfo...
25/08/2020

Facebook sentyabır ayından etibarən yeni dizayna keçid edir. Facebook insanların çox isdifadə etdiyi sosial media platformlarından biridir. Buna görədə şirkət öz platformunu canlı tutmaq üçün daim yeni funksiyalar və dəyişikliklər edir. Şirkət Facebook istifadəçilərə bildiriş gündərərəcək. Bildirişdə verilən məlumata görə 1 sentyabırdan etibarən yeni dizayn hər kəs üçün isdifadəyə veriləcək və məcburi olacaq.

Counterpoint Research analitik şirkəti smart saatlar bazarını analiz edib. Bu ilin ilk yarısında satılmış smart saatlar ...
22/08/2020

Counterpoint Research analitik şirkəti smart saatlar bazarını analiz edib. Bu ilin ilk yarısında satılmış smart saatlar üzrə liderliyi Apple şirkəti qazanıb. Çində ən çox satılan smart saat modeli Huawei Watch GT2 olaraq qalır. Ümumilikdə isə Çində və Asiya regionunda Huawei şirkətinin cihazlarının satış göstəriciləri 90%, bütün dunyada isə 57% yüksəlib. Garmin Forerunner və Fenix smart saat modelləri daha çox Avropada və Şimali Amerikada məşhurluq qazanıblar.

"İNSTAGRAM-a QR kodlar funksiyası  əlavə edilib." Bundan sonra bütün dünyada olan istifadəçilər öz hesablarının QR kodla...
20/08/2020

"İNSTAGRAM-a QR kodlar funksiyası əlavə edilib." Bundan sonra bütün dünyada olan istifadəçilər öz hesablarının QR kodlarını yarada biləcəklər. İstifadəçilər həmin QR kodları skan edərək istifadəçinin hesablarına sürətli şəkildə daxil ola biləcəklər. İstifadəçi öz QR kodunu istifadəçi hesabının ayarlarında yarada bilər. Daha sonra isə yaradılmış QR kodun təsvirini yaddaşda saxlayıb və ya paylaşmaq olar. QR kodundan hal hazırda Facebook, Snapchat və Spotify şirkətləridə istifadə edir.

Bu ilin əvvəlində Çinin TCL şirkəti BlackBerry smartfonlarının istehsalının və satışının dayandırılmasını elan etmişdi. ...
20/08/2020

Bu ilin əvvəlində Çinin TCL şirkəti BlackBerry smartfonlarının istehsalının və satışının dayandırılmasını elan etmişdi. Lakin heç gözlənilmədən yeni BlackBerry modelinin satışa çıxacağı anons edilib. BlackBerry smartonlarını bundan sonra OnwardMobility adlı yeni şirkət satışa çıxaracaq. Bu şirkət 1 ildirki mövcuddur. BlackBerry smartfonlarının yaradılması və istehsalı ilə FIH Mobile Limited şirkəti məşğul olacaq. O isə Foxconn şirkətinin strukturuna daxil olan şirkətdir. 2021-ci ildə Android əməliyyat sistemi vasitəsilə çalışacaq yeni BlackBerry smartfonu satışa çıxacaq. Həmin smartfon QWERTY klaviatura ilə təchiz olunacaq 5G şəbəkəsini dəstəkləyəcək.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when AcademyNet Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share