İsmayıl Abbas

İsmayıl Abbas Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from İsmayıl Abbas, Web designer, Baku.

Azərbaycanda artıq Youtube Premium aktiv edildi. Youtube Premiumu 3 ilə yaxındır istifadə edirəm. TV-də, mobildə, komput...
15/03/2024

Azərbaycanda artıq Youtube Premium aktiv edildi.

Youtube Premiumu 3 ilə yaxındır istifadə edirəm. TV-də, mobildə, komputerdə daim açıq olur. REKLAMSIZ videolara baxmaq olduqca can rahatlığıdır.

Xüsusilə YT Music-i hər gün istifadə etməsəm olmaz. Spotify, Deezer kimi musiqi platformalarına da gərək qalmır.

🇦🇿Azərbaycanda qiymətlər belədir:

✅Tələbələr üçün: 3,89$ (6.61₼)
✅1 nəfərlik: 6,59$ (11.2₼)
✅Ailə paketi (6 nəfərlik): 12.49$ (21.23₼)

Mən isə 🇹🇷TL qiyməti ilə çox ucuza alıram. TL dəyərdən düşdükcə hər dəfə daha az verirəm.

Necə?
İlk öncə pulsuz Google Chrome extension-u olan Urban VPN Proxy-ni yükləyib, ölkələrdən Turkey seçib, aktivləşdirirsiz. https://www.youtube.com/premium linkini yenilədikdən sonra hesabınız Türkiyə üzərindən açılacaq.
Uyğun paketi seçib, daha öncədən yaddaşa verdiyiniz bank kartınız ilə ödənişi tamamlayırsız. Unutmayın ki, avtomatik ödəniş yenilənməsi üçün yaddaşa verdiyiniz kartda pul olmalıdır.

🚀 Yeni sayt təhvil verildi: ZƏFƏR Liseyi by Landau🚀Zafarliseyi.az saytını artıq təhvil verdim və hazırlanma prosesi haqq...
04/03/2024

🚀 Yeni sayt təhvil verildi: ZƏFƏR Liseyi by Landau🚀

Zafarliseyi.az saytını artıq təhvil verdim və hazırlanma prosesi haqqında öz təcrübələrimi paylaşmaq istəyirəm.

✨ Razılaşma prosesi ✨

Müştərimlə 5 dəqiqəlik video görüş edib, ilkin olaraq razılaşdıq. Rəsmi köçürmə və müqavilə ilə 12 gün ərzində brandbook əsasında uyğun bir dizayn hazırladım.

🎨 Brandbook əsasında dizayn 🎨

Müştərinin təqdim etdiyi brandbook-u ilə aşağıdakı məsələlərə diqqət etdim.

Rənglər və tipografiya: Brandbook-dan alınan rənglər və tipografiya nümunələri əsasında saytın ümumi dizaynını təyin etdim. Başlıca məqsəd, brendin müştəriyə rahat və tanıdıq bir his verməsi idi. Səhifənin arxa fon rəngi, mətn rəngləri, başlıqların və mətnin şrift tipləri uyğun bir şəkildə tənzimlədim.

Logo və brend elementləri: Müştəri brendinin logosu və digər brend elementləri, saytın fərqli bölmələrində və ya başlıq bölmələrində düzgün və çox işləməli idi. Logo və brend elementləri, müştəriyə brendin tanınması və yaddaşda qalması üçün çox əhəmiyyətlidir.

İnteraktiv elementlər: Brandbook-dan alınan məlumatlara əsasən, interaktiv elementlər (məsələn, butonlar, keçid və bannerlər) uyğun bir şəkildə düzəldildi. Bu, saytın istifadəçi təcrübəsini artırmağa və brend mesajını dəqiqliklə ötürməyə kömək edir.

🔍 SEO uyumlu dizayn 🔍

SEO uyumlu məzmun və SEO-nun bütün parametrlərinə cavab verən bir veb-sayt hazırladım. Şəkillər və məzmun optimizasiya edildi və SEO mütəxəssisi saytı təhvil alanda can rahatlığı olacaq.

🔐 Təhlükəsizlik və lisenziya təminatı 🔐

Bütün lahiyələrdə olduğu kimi təhlükəsizliyə böyük önəm verirəm. Nulled və crack pluginlərdən uzaq durdum və yalnız lisenziyalı və təhlükəsiz pluginlərdən istifadə etdim.

🔧 İstifadə etdiyim pluginlər 🔧

✅Elementor Pro
✅ElementsKit Lite
✅LiteSpeed Cache
✅MetForm
✅Performance Lab
✅Image Optimizer by Elementor
✅Admin and Site Enhancements (ASE)

Bütün lahiyələrimdə demək olar ki, 6-7 sayda pluginlərdən istifadə edirəm. E-ticarət saytlarında isə plugin sayı 15-ə qədər olur.

🎯 İstifadə etdiyim lisenziyalı alətlər🎯

✅Elementor Pro - illik Pro hesabı yenilənir və müştərilər ömürlük bu xidmətdən yararlanır
✅Envato Elements - milyonlarla qrafik dizayn, veb-sayt şablonları, video effektləri, musiqi, səs effektləri, stok şəkillər, illüstrasiyalar və saysız hesabsız rəqəmsal məhsullar var.
✅Hostinger Cloud Server - Müştərilən faylları ömürlük, sağlam şəkildə qorunur, günlük nüsxələnir. 0 risk!
✅Canva Pro - bütün qrafik dizaynlar, veb bannerlər hazırlanır
✅Woodmart - limitsiz sayda lisenziya mövcuddur və E-ticarət lahiyələrində Elementor Pro ilə birlikdə xarüqələr yaradıram

Yuxarıda qeyd etdiyim lisenziyalı alətlərlər, müştəriyə sonsuz sayda seçim şansı verilir.

🚀 Veb-sayt lazımdır? 🚀

Mövcud veb-saytınızın dizaynını yeniləmək və ya brendinizi veb səhifələrdə təqdim etmək istəyirsinizsə, mən hazıram! Sizinlə birgə uğurlarımızı paylaşmağa və sizi veb-sayt dünyasında yeni uğurlara yönəltməyə hazıram!

6️⃣ AYDA 15K-dan 563K qədər ⚡️⚡️⚡️WordPress lahiyələri ilə paralel olaraq artıq 2 ildir aktiv olaraq SEO xidmətləri göst...
20/02/2024

6️⃣ AYDA 15K-dan 563K qədər ⚡️⚡️⚡️

WordPress lahiyələri ilə paralel olaraq artıq 2 ildir aktiv olaraq SEO xidmətləri göstərirəm.

Keçən ilin fevral-avqust ayı ərzində olduqca rəqabətli sektorda sadəcə On Page SEO prosesindən istifadə edərək bu nəticəni əldə etdim.

6️⃣ AY ərzində istifadə etdiyim SEO metodlarından bir neçəsi:
1. Rəqib araşdırması
2. Açar söz araşdırması
3. URL strukturunun təkmilləşdirilməsi
4. Açar sözlərə uyğun düzgün istifadə edilmiş kontent
5. Aşağı rəqabətə malik açar sözlərdən yeni kontent yazdım

Full SEO metodlarından istifadə edilsəydi bu nəticə daha da yüksək olardı.

Backend: Laravel (The PHP Framework)

WordPress-i öyrənmək üçün domen və hostinq-ə, lisenziyalı temalara ehtiyac yoxdur. İlk başda localhosta quraşdıraraq pra...
02/05/2023

WordPress-i öyrənmək üçün domen və hostinq-ə, lisenziyalı temalara ehtiyac yoxdur. İlk başda localhosta quraşdıraraq praktika edə bilərsiz. Sadə izahlarla WordPress-i localhost-da quraşdırmağın yolunu yazmışam.

Locaholhosta WordPress-i quraşdırmağın ən sadə yolu daha ətraflı klikləyin.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when İsmayıl Abbas posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category