20/06/2026
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəqəmsal transformasiya prosesində "MİB Solution" imzası! 💻🔥
UNEC məzunlarını bir araya gətirən, peşəkar şəbəkələşməni və daxili kommunikasiyanı gücləndirən yeni Məzun Platformasının hazırlanmasını uğurla yekunlaşdırdıq. Bizneslər və institutlar üçün dayanıqlı texnoloji həllər təqdim etmək missiyamıza sadiq qalaraq, belə əhəmiyyətli bir layihənin tərəfdaşı olmaqdan məmnuniyyət duyuruq.
Təfərrüatlar və platformanın imkanları ilə bağlı aşağıdakı rəsmi paylaşımdan məlumat ala bilərsiniz. 👇
Əziz məzunlar,
UNEC Məzun Platforması istifadəyə verilib🎓
Platformanın məqsədi ölkəmizdə və dünyanın müxtəlif ölkələrində yaşayan UNEC məzunlarını vahid informasiya və əməkdaşlıq məkanında bir araya gətirmək, məzunlar arasında əlaqələri gücləndirmək, peşəkar şəbəkələşməni təşviq etmək və onların universitetin inkişafına töhfələrini artırmaqdır.
Bu platforma məzunlarımızın bir-biri ilə əlaqələrini möhkəmləndirməsi, yeni əməkdaşlıq imkanları yaratması və UNEC ailəsinin bir parçası olaraq universitetimizin gələcəyinə dəstək verməsi üçün yeni imkanlar yaradır.
Bütün UNEC məzunlarını platformada qeydiyyatdan keçməyə dəvət edirik.
🔗 Qeydiyyat: https://alumni.unec.edu.az/auth/register