26/01/2013
- ilk önce TV - nin qiymətinə baxarıq, ancaq bu o qədər də önəmli deyil
-Əsas diqqət edəcəyiniz məqam, televizorun texniki parametrləridir, məsələn, Plazma, LCD, LED.daha cox LED TV -lərə üstünlük verməyinizi tövsiyyə edərdim.
-Televizorlarda görüntünü təyin eden bir sıra göstəricilər var, HD, FULL HD, ULTRA HD kimi. Bu haqda daha sonra məlumat verəcəyik, amma HD TV –lərə üstünlük verməyinizi məsləhət görərik.
-Ekranin böyüklüyü o qədər də önəmli deyil. Ekranın ölçüsündən asılı olaraq ekranla sizin aranızda müəyyən məsafə olmalıdır, məsələn, 32 dyüm televizorlar ilə sizin aranızda ən azı 165 sm məsafə olmalıdır, əgər bu məsafədən yaxın olsanız bu gözlərinizə zərər verəcəkdir. Azərbaycanda normal otaqları nəzərə alaraq, 32 dyüm TV- lərə üstünlük verməyinizi tövsiyyə edərdik.
-TV seçərkən diqqət yetirəcəyiniz məqam parlaqıq və kontrast olmalıdır. Parlaqlıq hər görüntü hüceyrəsinə düşən enerji miqdarıdır ki, bu da hər kvadrat metrə düşən kandela (candela) ilə ölçülür, parlaqlıq üçün ortalama göstərici 500 cd/m2 -dir, kontrastlıq isə qaranın nə qədər qara olduğunu təyin edir, o, ən parlaq yer ilə ən qaranlıq yer arasındakı işıqlılıq fərqidir ki, bunun üçün isə 1000 : 1, ən mükəmməli isə 10000 : 1 göstəricilərdir.
-Şəkil içində şəkil (PIP) çox önəmli bir funksiyadir. Yəni, bir kanalı seyr edərkən, digər kanalıda izləyə bilərsiniz.
-HDMI, DVI, VGA, USB, DLNA, komponent portları.TV cihazlarında ehtiyac olarsa, digər cihazlarla bağlantı yaratmaq imkanlarının olması yaxşı bir şeydir. Ancaq, hansı bağlantılara ehtiyac olacağını əvvəlcədən bilməniz lazımdır. Hər TV- də səs və görüntü üçün ən azı 2 HDMI portu olmasını məsləhət görürük.
Sizlərə seçiminizdə uğurlar diləyirik.