Platon Tech

Platon Tech Hardware & software team.

[Ölkəmizi Dünya Çempionu etməkdə dəstək olaq!] ‼️ DigiEduHack Top 3 Dünya Finalistlərini Qarşılayaq! 🏆🌎Qürurla bildiriri...
14/02/2024

[Ölkəmizi Dünya Çempionu etməkdə dəstək olaq!] ‼️ DigiEduHack Top 3 Dünya Finalistlərini Qarşılayaq! 🏆🌎

Qürurla bildiririk ki, Platon Tech komandamızla 22 ölkənin mübarizə apardığı, toplamda 936 saat davam edən DigiEduHack Yarışmasında “Experienced Distruptive Technology” kateqoriyasında Qlobal Turda Top 3-lükdəyik! 🚀🔥

İndi isə Azərbaycanın Platon Tech Komandasını 🇦🇿 Dünya Çempionu etmək SİZLƏRİN əlindədir! ⭐️ Göstərilən linkə daxil olaraq Platon Tech komandasına səs verə və Azərbaycan bayrağının dünya arenalarında dalğalanmasını təmin edə bilərsiniz! 🇦🇿😎

Link bioda❗️

Hamılıqla ölkəmizi Dünya Çempionu edək! 🚀🏆

🔔Sabunçu Gənclər Evi komandası Platon Tech  Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC Rəqəmsal Könüllülər təşkilatı, ...
13/11/2023

🔔Sabunçu Gənclər Evi komandası Platon Tech Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC Rəqəmsal Könüllülər təşkilatı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və UNEC Startap İnkubatorunun dəstəyi ilə keçirilmiş DigiEduHack hakatonunun "Hack4World" yarışması və İnnoland İnkubasiya və Akselerasiya mərkəzinin dərstəyi ilə keçirilən "EduArt" hakatonunun hər iksində 1-ci yerə layiq görülüb🥳🥇

Qalib komanda Avropa Komissiyasının təşkil etdiyi "DigiEduHack" qlobal mükafatlandırma mərasimində iştirak edərək ölkəmizi təmsil edəcəkdir🇦🇿

🌍DigiEduHack 2019-2021-ci illərdə 6700-dən çox iştirakçı ilə 100-dən çox ölkə iştirak edib.

Platon Tech komandası:
Azərbaycan Texniki Universiteti SABAH qrupları tələbələri - Rüfət Şixiyev, Qabil Hüseynli
Azərbaycan Neftə və Sənayə Universiteti tələbələri - Fərid Şixiyev,
Murad Səmədov, Fəzilə Məhəmmədəliyeva
ADA Universitetinin tələbəsi - Nihat Abdullayev🚀
.az .baku .baku .baku

Reposted from .az “İnnovasiyalar Mərkəzi”nin təşkilatı dəstəyi ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası tərəf...
03/11/2023

Reposted from .az “İnnovasiyalar Mərkəzi”nin təşkilatı dəstəyi ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası tərəfindən "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində reallaşdırılan “NASA Space Apps Challenge” hakatonunun qalibləri qlobal mərhələyə yüksəldi!🤩

350 şəhərdə keçirilən qlobal layihədə 3 komandamız Azərbaycanı təmsil edir!🇦🇿
🔹Optimum
🔹Proxima
🔹Platon Tech

Komandalarımızı qlobal 🌎 finalda uğurlar arzu edirik.


MDB dövlətlər arası təşkil olunmuş "100  идей для СНГ" yarışmasında Azərbaycan respublikasını təmsil edən Sabunçu Gənclə...
21/10/2023

MDB dövlətlər arası təşkil olunmuş "100 идей для СНГ" yarışmasında Azərbaycan respublikasını təmsil edən Sabunçu Gənclər Evinin Platon Tech komandası 1-ci yerə layiq görüldü🤩
Komanda bu yarışda ABC - İflic xəstəliyi olan şəxslər üçün baş hərəkətləri ilə idarə olunan əlillik arabası sistemini nümayiş etdirdi✅️
Qeyd edək ki, yarışda iştirak edən komanda üzvləri Azərbaycan Texniki Universitetinin Sabah qrupu tələbəsi Rüfət Şixiyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Fərid Şixiyev və Murad Səmədov olmuşdur🚀
💜

2 gün davam edən Nasa Space App hakatonunda Sabunçu Gənclər Evinin Platon Tech komandası Edu-Nasa layihəsi ilə 3-cü yerə...
11/10/2023

2 gün davam edən Nasa Space App hakatonunda Sabunçu Gənclər Evinin Platon Tech komandası Edu-Nasa layihəsi ilə 3-cü yerə layiq görüldü🥳
Layihə Nasada olan missiyaları vizuallaşdıraraq 3D formatda gənc nəsillərə dərs tədrisi irəli sürürdü.Bu tədrisdən həmçinin inklüziv cəmiyyətdə yararlana bilirdi✅
Qeyd❗ Nasa Space Hakatonunda 700+ iştirakçı arasından 23 komanda seçilmişdir.Son olaraq isə ilk 3-lüyə düşən komandalar qeyd olundu🚀
💜
.az

Platon Tech komandası 29-30 sentyabr və 1 oktyabr tarixlərində keçirilmiş, 48 saat davam edən “PASHA Hackathon 3.0” müsa...
02/10/2023

Platon Tech komandası 29-30 sentyabr və 1 oktyabr tarixlərində keçirilmiş, 48 saat davam edən “PASHA Hackathon 3.0” müsabiqəsində finala yüksəliblər🤩💜

📍PAŞA Hakatonunun məqsədi tələbələri, biznes və marketinq mütəxəssislərini, dizaynerləri və koderləri mövcud iş prosesindəki problemləri həll etməyə və Umico Market tərəfindən həyata keçirilən yeni ideyalar yaratmağa təşviq etmək olub.

Qeyd edək ki, yarışma 40 komanda, 200 iştirakçının iştirakı ilə baş tutmuş və 20 komanda finala vəsiqə qazanmışdır🚀
💜
.azerbaijan .az

Sentyabrın 8-də Gənclər və İdman Nazirliyi,  Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin ...
09/09/2023

Sentyabrın 8-də Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı və BP Azərbaycan şirkətinin sponsorluğu ilə Bakı Gənclər Mərkəzində keçirilən 2023-cü il Enactus Azərbaycan Milli Yarışının final mərhələsi baş tutub. 🤩

Finala vəsiqə qazanan 6 komandadan “Enactus Azərbaycan”ın İdarə Heyətinin üzvlərindən ibarət münsiflər heyətinin qərarı ilə Sabunçu Gənclər Evinon *Platon Tech* komandasının üzvlərinində iştirak etdiyi ADNSU Enactus komandası 2023 Enactus Azərbaycan Milli Yarışında 2-ci yerin sahibi elan edilib✅
.adnsu .asoiu

🔔Sentyabrın 1-dən 3-dək Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dü...
03/09/2023

🔔Sentyabrın 1-dən 3-dək Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə Milli Gimnastika Arenasında VI Robot Olimpiadası keçirildi✅️
Sabunçu Gənclər Evinin Platon Tech komandası Dünya Robot Olimpiadasının Respublika mərhələsində Future İnnavators kateqoriyasında 3-cü yerə layiq görüldülər👏
Qeyd edək ki, komandamız "SOS" adlı okeanla bağlı bir neçə problemi həll edən robot hazırlamışdır🤩
Gələcək addımlarda komandaya uğurlar arzu edilir!🥳

.azerbaijan

    • • • • • •12 iyunda startap komandalarını həyəcanlı gün gözləyir! 🤩1-ci və 2-ci “Tusi"(2C) inkubasiya proqramının s...
06/06/2023


• • • • • •
12 iyunda startap komandalarını həyəcanlı gün gözləyir! 🤩

1-ci və 2-ci “Tusi"(2C) inkubasiya proqramının seçilmiş startap komandaları üçün “Pitch day” keçiriləcək. 🚀

Platon Tech komandasına uğurlar!🤩


Platon Tech komandasının "Startup School" məzun günündə  çıxış və mükafatlandırılma anlarından geriyə qalan görüntülərin...
22/05/2023

Platon Tech komandasının "Startup School" məzun günündə çıxış və mükafatlandırılma anlarından geriyə qalan görüntülərini sizlərə təqdim edirik🤩


#☄️Aygun2

Platon Tech komandası Azərbaycan Texniki Universitetində!🤩Komandamız Dünya Robot Olimpiadasının infosessiyası zamanı ilk...
17/05/2023

Platon Tech komandası Azərbaycan Texniki Universitetində!🤩

Komandamız Dünya Robot Olimpiadasının infosessiyası zamanı ilk olaraq, yarışın şərtlərindən və önəmli nüanslardan bəhs etmişdirlər.✅️

Sonda isə öz uğur hekayələrini bölüşərək gənclərə motivasiya vermişdirlər

📌Həmçinin, AzTU prorektoru Rəşad Əliyev də görüş zamanı Platon Techin daha öncəki uğurlarını da nümunə olaraq göstərmişdir.


Qardaş Türkiyədə Teknofest həyəcanı davam edir!🤩Fürsətdən istifadə edərək Teknofest Azərbaycanı xatırlayaq🚀Platon Tech ü...
29/04/2023

Qardaş Türkiyədə Teknofest həyəcanı davam edir!🤩
Fürsətdən istifadə edərək Teknofest Azərbaycanı xatırlayaq🚀
Platon Tech üzvləri "Blizzards TS" komandası adından 5️⃣ layihə ilə finala çıxmışdır.
Və sonda "Aqrar Texnologiyalar " üzrə 1️⃣-ci yerin qalibi olmuşdur!🤩

Bəs siz o anları xatırlayırsınız?
Yenidən Teknofest Azərbaycanda görüşmək ümidi ilə!💜

Address

Sabunçu Rayonu, Bakıxanov Qəsəbəsi, Yavər Əliyev 91A
Baku

Alerts

Be the first to know and let us send you an email when Platon Tech posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Platon Tech:

Share