29/12/2022
Qara-qura işlərin gözümüzü qaraltmasına etiraz olaraq yanlışa diqqət çəkib, yaxşını göstərmək istəyirik. 👌
Qara-qura şəhərin arxitekturasına, vizual abu-havasına p*s təsir edən nümunələri toplayaraq problemi qabardıb, həll yolunu yazılı və obrazlı təqdim edir. Problemin müxtəlif və çox sayda dəqiq həlli ola bilər deyə bu hissəni ictimaiyyətə tam açıq etdik. Qarşınıza çıxan kobud, baxımsız işlərin şəklini çəkib qaraqura.com saytına daxil olaraq yerləşdirə bilərsiz. Sayt idarə heyəti nümunəni sayta yerləşdirdikdən sonra problem və həll yolu yazılı təqdim ediləcəkdir. Eləcə də sayta daxil olan ziyarətçilər istənilən dizayn nümunəsinə öz həll yolunu yükləyə bilər. Uyğun olduğu təqdirdə dizayn etdiyiniz nümunə müvafiq problemin altında yerləşdiriləcəkdir.
Məqsədimiz küçələrimizi korlayan, yaşam tərzimizə təsir edən yanlış, səliqəsiz dizayn nümunələrini işıqlandıraraq "daha yaxşı necə edə bilərik?" sualına cavab verməkdir.
Qeyri-peşəkar dizayn nümunələrini paylaşarkən zövqlü həll yollarına diqqət çəkmək üçün qərəzsiz yanaşma, dəqiq təhlil, maarifləndirici tənqid əsas dəyərlərimizdir.
Platfomanın əsas hədəfi ölkəmizdə dizaynın inkişafına dəstək verməkdir. Qara-qura yalnız dizaynerlərin deyil, hər kəsin faydalanacağı onlayn dizayn platformasıdır.
Yanlışı qabardaraq yaxşını göstər. 👈