Bilim Azərbaycan

Bilim Azərbaycan ''Texnologiyanı inkişaf etdirən gənclik hədəfi ilə...''

🤝

[email protected]

“Bilim Azərbaycan” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) ilə Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) birgə əməkdaşlığı ilə həyata keçirilir.

6-14 yaşlı şagirdlərin elmə, innovasiya və texnologiyaya marağını və biliklərini artırmağa yönəlib. Məqsəd:
- Məktəbdə tədris edilən anlayışları təlimlər vasi

təsilə əyani nümayiş etdirmək;
- Gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək;
- Nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanı yaratmaq;
- Elmi və texnoloji anlayışlar haqqında məlumatlılığı artırmaq;
- Elmi və texnoloji tədqiqatlara maraq və həvəs yaratmaq.

28/05/2026

Dövlət müstəqilliyimiz əbədi və möhkəm olsun!

“Bilim Quba”da “Valideyn–Uşaq Günü” keçirildi. Uşaqlar valideynləri ilə birlikdə müxtəlif formalarda şamlar hazırlayaraq...
25/05/2026

“Bilim Quba”da “Valideyn–Uşaq Günü” keçirildi.

Uşaqlar valideynləri ilə birlikdə müxtəlif formalarda şamlar hazırlayaraq əyləncəli anlar yaşadılar. 🕯️

Əgər siz də övladlarınızın yaradıcı və maraqlı fəaliyyətlərdə iştirak etməsini istəyirsinizsə, bizi izləyin! 🌟

Həftə ərzində “Bilim Bakı” mərkəzini müxtəlif ölkələrdən olan yüksək səviyyəli qonaqlar ziyarət edib. 🌍Birləşmiş Millətl...
22/05/2026

Həftə ərzində “Bilim Bakı” mərkəzini müxtəlif ölkələrdən olan yüksək səviyyəli qonaqlar ziyarət edib. 🌍

Birləşmiş Millətlər Təşkilatının ( ) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ( ) çərçivəsində ölkəmizə səfər edən Efiopiyanın paytaxtı Əddis-Əbəbənin meri Adaneç Abebinin rəhbərlik etdiyi 18 şəhərin merləri və onların müavinlərindən ibarət nümayəndə heyəti, Esvatini Kralı Əlahəzrət III Msvatinin başçılıq etdiyi nümayəndə heyəti, eləcə də Kolumbiyanın Beynəlxalq Əməkdaşlıq üzrə Prezident Agentliyinin və BMT-nin Cənub-Cənub Əməkdaşlıq Ofisinin rəhbərləri mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.

Qonaqlara “Bilim Bakı”nın innovativ təhsil yanaşmaları, yaradıcı öyrənmə mühiti və gənclərin inkişafına yönəlmiş layihələri barədə ətraflı məlumat təqdim edilib.

🌍"Bilim Quba" mərkəzi “Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti - Quba 2026” sammitində iştirak edib.Sammitdə...
22/05/2026

🌍"Bilim Quba" mərkəzi “Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti - Quba 2026” sammitində iştirak edib.

Sammitdə Mərkəzin "Təbiət elmləri", "Riyaziyyat", "Dizayn", "Astronomiya, kosmos və aviasiya" laboratoriyaları təmsil olunub, eləcə də "Deneyap" texnologiya laboratoriyasının şagirdləri iştirak ediblər. 🚀

Tədbir çərçivəsində 300-ə yaxın ziyarətçiyə Mərkəzin fəaliyyəti, müasir tədris proqramları və həyata keçirilən innovativ layihələr barədə ətraflı məlumat verilib. ✨

🎬 "Bilim Quba"da “Cizgi Filmi Günü” qeydiyyat başladı.Sevimli cizgi film qəhrəmanları ilə əyləncəli və rəngarəng bir gün...
22/05/2026

🎬 "Bilim Quba"da “Cizgi Filmi Günü” qeydiyyat başladı.

Sevimli cizgi film qəhrəmanları ilə əyləncəli və rəngarəng bir günə sizdə qoşulun ! 🌟

📌 Qeydiyyat liinki: https://forms.gle/M91YMqCoPDD5FFcB9

👨‍👩‍👧‍👦 "Bilim Quba"da “Valideyn - Uşaq Günü” üçün qeydiyyat başladı! 🥰Övladınızla birlikdə həm öyrənəcəyiniz, həm də əy...
21/05/2026

👨‍👩‍👧‍👦 "Bilim Quba"da “Valideyn - Uşaq Günü” üçün qeydiyyat başladı! 🥰

Övladınızla birlikdə həm öyrənəcəyiniz, həm də əyləncəli vaxt keçirəcəyiniz bu xüsusi günə siz də qoşulun! 💙✨

📌 Qeydiyyat linki: https://forms.gle/mtSMUaFtgZQwkBBe6

🔬 "Bilim Bakı"da "Yaz Tətili" proqramı davam edir...Təlimlərdə bir-birindən fərqli və yaradıcı mövzular üzrə praktiki mə...
20/05/2026

🔬 "Bilim Bakı"da "Yaz Tətili" proqramı davam edir...

Təlimlərdə bir-birindən fərqli və yaradıcı mövzular üzrə praktiki məşğələlər keçirilir. ✨

📌 “Fiqurlar” mövzusunda uşaqlar fiqurları öyrənərək məntiqi düşünmə bacarıqlarını inkişaf etdirir,
🤖 “Robot maskası” fəaliyyətində isə öz kreativ yanaşmaları ilə fərqli maskalar hazırlayır,
🌞 “Günəş sistemi” təlimində planetlər və kosmos haqqında maraqlı məlumatlar əldə edirlər.

Təlimlərə qoşulmaq üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. ⬇️
https://forms.gle/t5oB4NSTig1BxoE47

19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə qardaş Türkiyə xalqını səmimi qəlbdən təbrik edir, gənclər...
19/05/2026

19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə qardaş Türkiyə xalqını səmimi qəlbdən təbrik edir, gənclərə uğurlu gələcək, türk dünyasına isə birlik və davamlı inkişaf arzulayırıq.

"Bilim Quba"da uşaqlar öyrənərək kəşf etməyə davam edirlər! 🌟Şagirdlər sıxlıq təcrübələri ilə qum, su və yağın fərqli xü...
18/05/2026

"Bilim Quba"da uşaqlar öyrənərək kəşf etməyə davam edirlər! 🌟

Şagirdlər sıxlıq təcrübələri ilə qum, su və yağın fərqli xüsusiyyətlərini müşahidə edib, ölçü alətləri olan termometr, tərəzi, xətkeş və saatın funksiyalarını öyrəniblər. 🔬📏

Həmçinin, ulduzlar və bürclər haqqında məlumat əldə edərək öz bürclərinə aid ulduz qrupları hazırlayıb, yaradıcılıq fəaliyyətlərində isə maraqlı rəsm nümunələri düzəldiblər. 🎨✨

“Bilim Bakı”da “Yaz Tətili Proqramı”na qeydiyyat başladı! 🌞Müxtəlif laboratoriyalarda keçiriləcək interaktiv təlimlərə q...
18/05/2026

“Bilim Bakı”da “Yaz Tətili Proqramı”na qeydiyyat başladı! 🌞

Müxtəlif laboratoriyalarda keçiriləcək interaktiv təlimlərə qoşulun, övladlarınızın yaz tətilini həm əyləncəli, həm də faydalı edin.💙

Qeydiyyat linki:https://forms.gle/t5oB4NSTig1BxoE47

16/05/2026

🎤 “Danış Bilim” rubrikasında bu dəfə mikrofon Texnologiya laboratoriyasının balacalarına uzandı! 🤖✨

Onlar bir-birindən rəngarəng və düşündürücü cavabları ilə bizi təəccübləndirdilər. 😀

💡Siz də uşaqların səmimi və maraqlı cavablarını izləyə bilərsiniz! 🎥

Address

Bakı şəhəri, Nərimanov Rayonu, Zaur Nudirəliyev Küçəsi, 79
Baku

Opening Hours

Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Bilim Azərbaycan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bilim Azərbaycan:

Share