18/08/2023
Open Networks şirkəti heyətinə üzv olacaq, texniki təcrübəsindən daha çox şəxsi keyfiyyətləri ilə seçilən, öyrənməyə və özünü inkişaf etdirməyə meylli və şirkətin böyüməsinə töhfə verəcək Avto Elektrik Mühəndisi vəzifəsinə namizədlər axtarır. Avto Elektrik təcrübəsi olub seçilən şəxsi keyfiyyətlərə malik əməkdaş üçün vəzifələrini uğura yerinə yetirmək məqsədi ilə Open Networks şirkəti bütün lazımi təlim və praktiki bilikləri təmin edəcəkdir. İşə qəbulda açıq və şəffaf üstünlük şəhid, məcburi köçkün, qaçqın və aztəminatlı ailələrinin üzvləri və dövlət uşaq müəssisələrinin məzunları olan vətəndaşlara veriləcəkdir. Namizədlər milli, dini, irqi, cinsi mənsubiyyəindən, iqdisadi və sosial rifahı, əqli və fiziki imkanlarından asılı olmayaraq müraciət etməyə dəvət edilir.
Əsas İş Yeri: Bakı şəhəri (bölgələrə müvəqqəti ezam)
Məşqulluq Növü: Tam-ştat (və ya xidmət müqaviləsi)
İş Saatları: 9:00-18:00
İş Günləri: 5 gün (Bazar ertəsi-Cümə)
Vəzifə Öhdəlikləri:
· Avadanlığın quraşdırılma üçün hazırlanması
· Avadanlığın nəqliyyat vasitələrinə quraşdırılması
· Avadanlığın nəqliyyat vasitələrinə elektrik bağlantısı
· Quraşdırmadan əvvəl və sonra avadanlıq testi
Namizədlər üçün tələblər:
· Avto Elektrik işində təcrübə və ya
· Avto Elektrik ustası yanında təcrübə (3 ay)
· Öyrənmək və peşəkar inkişaf etmək istəyi
· Mövcud olan və ya tələb olunduğunda açılacaq Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN)
Əlavə Tələblər (mütləq deyil):
· Texniki və ya Peşə Təhsili
· Sürücülük vəsiqəsi
İlkin Əmək Haqqı və Üstünlüklər:
İlkin Əmək Haqqı: 400 AZN
Mobil rabitə müavinəti: 20 AZN
Nəqliyyat xərcləri: İş məqsədləri ilə tələb olunan nəqliyyat şirkət tərəfindən təmin edilir
Müraciət etmək üçün tərcümeyi halı (CV) 27 Avgust 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərin.