KekaMaps- Əngəlsiz Xəritə

KekaMaps- Əngəlsiz Xəritə Reporting inaccessible locations in Azerbaijan with support from the European Union

Əziz dostlar, gəlin fiziki məhdudiyyətlərin yaradıcılığımıza əngəl olmadığının canlı sübutları ilə tanış olaq🤗Qərb musiq...
20/11/2023

Əziz dostlar, gəlin fiziki məhdudiyyətlərin yaradıcılığımıza əngəl olmadığının canlı sübutları ilə tanış olaq🤗

Qərb musiqisi tarixində ən çox bəyənilən bəstəkarlardan biri olan Lüdviq van Bethovenin eşitmə məhdudiyyətli olduğunu bilirdiniz mi?🤔

📜Maestro Bethoven bu məhdudiyyətinə qalib gələn simfoniyalar bəstələdi. Səssiz dünyada hər not onun əyilməz ruhunun sübutu oldu🎼

Dərin sükuta baxmayaraq, onun bəlağətli bəstələri səsdən daha yüksək səslə danışırdı✨

Əziz gənclər, gəlin, monitorinq prossesi haqqında daha ətraflı məlumat alaq🤗📌“KekaMaps” tətbiqinin istifadəçiləri əlilli...
16/11/2023

Əziz gənclər, gəlin, monitorinq prossesi haqqında daha ətraflı məlumat alaq🤗

📌“KekaMaps” tətbiqinin istifadəçiləri əlilliyi olan şəxslər üçün uyğun olmayan məkanları tətbiqdə qeyd edirlər, eyni zamanda qazanırlar🤩

Bu prossesin necə getdiyini vizual olaraq görmək istəyirsinizsə, səhifəmizdə pinlənmiş postları nəzərdən keçirə bilərsiniz👐🏽

Təlimimiz sona çatdı, komandamızın adından iştirak edən hər kəsə təşəkkür edirik. Aşağıda təlim iştirakçılarımızın rəylə...
15/11/2023

Təlimimiz sona çatdı, komandamızın adından iştirak edən hər kəsə təşəkkür edirik. Aşağıda təlim iştirakçılarımızın rəylərinə baxa bilərsiniz😇

“Təlimdə layihə qurmağı, və həyata keçirməyin yollarını öyrəndim. Monitorinq təcrübəsi sayəsində əlilliyi olan şəxslərin problemlərini yaxından öyrəndim və bu yeni layihələr hazırlamaq üçün mənə ilham verdi.”
Aytən E.

“Mənim üçün çox məlumatlandırıcı təlim oldu,KekaMaps tətbiqi haqqında geniş melumat əldə etdim,telim interaktiv idi,təlimin tək nəzəri deyil ,həm də praktiki olması çox yaxşı idi,Elçin bəylə etdiyimiz gəzinti isə bizə ölkəmizdə əlillər üçün olan pandusların yolların nə qədər yararsız vəziyyətdə olduğunu daha yaxından göstərdi,hər şey çox mükəmməl idi təlimdə”
Dilarə H.

“Təlim çox faydalı idi. Mən əlilliyi olan şəxslərin infrastruktur problemləri ilə tanış oldum. Onların restoranlara çətinliklə daxil olmasının şahidi oldum. Bunun həlli üçün layihənin necə yazılması barədə ətraflı məlumat əldə etdim. Bir daha fərqinə vardım ki, əlliyi olan şəxslərin rifahını təmin etməkdə hər birimiz yardımçı olmalıyıq. Həmçinin gözəl bir kollektiv və KekaMaps komandasının təlimçiləri ilə tanış oldum. Xoş təəssüratlarla ayrıldıq…”
Turan A.

“KekaMaps” tətbiqindən istifadə edərək monitorinq prossesi necə aparmaq olar❓📌“KekaMaps” tətbiqindən istifadə edən istən...
15/11/2023

“KekaMaps” tətbiqindən istifadə edərək monitorinq prossesi necə aparmaq olar❓

📌“KekaMaps” tətbiqindən istifadə edən istənilən şəxs gəzəndə, işə gedəndə qarşılaşdığı əlilliyi olan şəxslər üçün uyğun olmayan şəraiti tətbiqdə işarələyir. Həmin infrastrukturun şəklini çəkir, çatışmazlığı göstərir və ünvanı qeyd etməklə sistemə göndərir.

📌Komandamız isə daha sonra bu məlumatlardan sübut əsaslı ictimai vəkillik aparmaq üçün istifadə edəcəkdir😊

Bilirdiniz mi❓📢Nazirlər Kabinetinin müvafiq qərarı var ki, yerli icra orqanları onların tabeliyində olan ərazilərdə yaşa...
14/11/2023

Bilirdiniz mi❓

📢Nazirlər Kabinetinin müvafiq qərarı var ki, yerli icra orqanları onların tabeliyində olan ərazilərdə yaşayış binaları istisna olmaqla, bütün binaların, o cümlədən şəxsi mülklərin, obyektlərin və dövlət binalarının əlilliyi olan şəxslər üçün uyğun olub-olmadığına dair monitorinqini həyata keçirməlidir

Dəyərli dostlar, bildiyiniz kimi “KekaMaps” təşəbbüsünün əsas məqsədlərindən biri də cəmiyyətimizdə inklüziyanın inkişaf...
10/11/2023

Dəyərli dostlar, bildiyiniz kimi “KekaMaps” təşəbbüsünün əsas məqsədlərindən biri də cəmiyyətimizdə inklüziyanın inkişafına kömək etməkdir🤗

Bəs inklüziya nədir❓🤔

📌İnklüziya bütün vətəndaşların, ilk növbədə sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətdə daha aktiv iştirakını təmin etmək üçün görülən bir prosesdir. Bu prosesin olduğu bir cəmiyyətdə heç kim fərdi fərqlərinə görə təcrid olunmur və məhdudlaşdırılmır.

Siz də bu təşəbbüsə qoşularaq təlimlərimizdə iştirak edin və öz dəstəyinizi göstərin🤜🏽🤛🏽

Əziz gənclər✨Siz artıq öncəki postlarımızdan “KekaMaps” təşəbbüsü haqqında ilkin məlumatlara sahibsiniz. İndi isə gəlin ...
08/11/2023

Əziz gənclər✨

Siz artıq öncəki postlarımızdan “KekaMaps” təşəbbüsü haqqında ilkin məlumatlara sahibsiniz. İndi isə gəlin ətraflı məlumata keçid edək.🤗

📌İnfrastruktur problemi dedikdə bir çox küçələrdə, ictimai və dövlət binalarının girişində pandusların olmaması, metro stansiyalarına düşmək üçün lift və lazımi texnikaların olmaması nəzərdə tutulur.

📌”KekaMaps” tətbiqindən istifadə edərək belə problemli məkanları xəritədə qeyd edə bilərsiniz. Bununla yanaşı əlilliyi olan şəxslər üçün uyğun olan məkanları da tətbiqdə işarələyərək onlara gündəlik həyatlarında çox böyük kömək göstərmiş olacaqsınız.

‼️SON 2 GÜN ‼️Əziz dostlar, ”KekaMaps“ təşəbbüsü olaraq uzun müddətdir ki, üzərində işlədiyimiz təlim artıq hazırdır!🥳 📌...
06/11/2023

‼️SON 2 GÜN ‼️
Əziz dostlar, ”KekaMaps“ təşəbbüsü olaraq uzun müddətdir ki, üzərində işlədiyimiz təlim artıq hazırdır!🥳

📌Təlimimizə qoşulmaqla siz KekaMaps tətbiqindən istifadə edərək əlilliyi olan şəxslərə onların cəmiyyətə inteqrasiyası üçün necə kömək edə biləcəyinizi öyrənəcək və İnklüziya üçün könüllülük proqramımızdakı fəaliyyətinizi daha da uğurla icra edəcəksiniz.

Sizləri təlimimizdə görməkdən böyük məmnunluq duyarıq!🤗

📅Tarix/saat: 11 və 12 noyabr 2023/18:00
📍Məkan: Caspian Business Center

❗️Qeydiyyat üçün son tarix: 8 noyabr 2023
🔗Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLScj6dbozo34OW5IrVhomev6UnjAw94ntpCvRO6WxVgaRrCilA/viewform

Əziz gənclər, gəlin birlikdə “KekaMaps” layihəsi ilə daha yaxından tanış olaq🤗 📌Bildiyiniz kimi əlilliyi olan şəxslərin ...
03/11/2023

Əziz gənclər, gəlin birlikdə “KekaMaps” layihəsi ilə daha yaxından tanış olaq🤗

📌Bildiyiniz kimi əlilliyi olan şəxslərin əsas problemlərindən biri də infrastruktur problemidir. Ölkəmizdə 630 min əlilliyi olan şəxsin yaşamasına baxmayaraq, ictimai nəqliyyatın, binaların, keçidlərin və yolların əksəriyyəti onların ehtiyaclarına uyğun deyil.

📌Belə ki, layihəmizin başlıca məqsədi məhz bu problemlərə diqqət çəkməkdir. Hədəfimiz Azərbaycanda yaşayan əlilliyi olan şəxslər üçün fundamental insan hüquqlarına çıxışı təmin etməkdir.

Bunu necə edəcəyik?🤔

Bizi izləmədə qalın👐🏽

Əziz gənclər,"Kekamaps" təşəbbüsü İnklüziya üçün könüllülük proqramı elan edir🤩İlk öncə sizə "Kekamaps" layihəsi haqqınd...
31/10/2023

Əziz gənclər,
"Kekamaps" təşəbbüsü İnklüziya üçün könüllülük proqramı elan edir🤩
İlk öncə sizə "Kekamaps" layihəsi haqqında məlumat verim. "Kekamaps" nədir?
"Kekamaps" təşəbbüsü Avropa İttifaqının dəstəyi ilə yaradılıb və məqsədi Azərnaycanda əlilliyi olan şəxslər üşün uyğun şərait yaratmaqdır. Biz gənc könüllülər əlilliyi olan şəxslərlə birgə çalışmaq üçün bu təşəbbüsü yaratmışıq. Səni də bizə qoşulmağa dəvət edirik.
📣Tezliklə təlimlərimizi açıq elan edəcəyik!
Təlimin mövzusu əlilliyi olan şəxslərlə işləmək və KekaMaps-dən istifadə edərək əlilliyi olan şəxslərə necə dəstək olmağı öyrənməkdir.
Sizdə könüllüyə qoşularaq komandamızın yeni üzvlərindən biri ola bilərsiniz🤗 Aktiv təlim iştirakçıları ödənişli təcrübə proqramına dəbət olunacaqlar.
Qeydiyyatdan keçməyə tələsin!
Son tarix: 08 noyabr
Qeydiyyat linki: https://forms.gle/S7Zoh5jADy9Y35LC9 (həm də bio-da)

29/08/2023

Müasir cəmiyyətdə əlilliyi olan şəxslərin sosiallaşması üçün nə tələb olunur?

Bu video “İnkluziya Festivalı” çərçivəsində çəkilib. Biz hər il bu onlayn Festivalı həyata keçirərək əlilliyi olan şəxslərlə bağlı vacib mövzuları öz icmamızın diqqətinə çatdırırıq. Bu il 16 müxtəlif mövzunu əhatə etmişik. Videonu paylaşaraq daha çox insanın bu vacib mövzuda əlavə məlumat əldə etməyinə dəstək ola bilərsən.

28/08/2023

İkinci hissə - əlilliyi olan şəxslər üçün hərəkətisizliyin yaratdığı fəsadları aradan qaldırmağın yolları

Bu video “İnkluziya Festivalı” çərçivəsində çəkilib. Biz hər il bu onlayn Festivalı həyata keçirərək əlilliyi olan şəxslərlə bağlı vacib mövzuları öz icmamızın diqqətinə çatdırırıq. Bu il 16 müxtəlif mövzunu əhatə etmişik. Videonu paylaşaraq daha çox insanın bu vacib mövzuda əlavə məlumat əldə etməyinə dəstək ola bilərsən.

Address

Bəşir Səfəroğlu 133 SAT Plaza
Baku
AZ1001

Alerts

Be the first to know and let us send you an email when KekaMaps- Əngəlsiz Xəritə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KekaMaps- Əngəlsiz Xəritə:

Share