02/06/2026
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi təsis edilib.
Prezident İlham Əliyevin imzaladığı yeni fərmanla ölkənin rəqəmsal təhlükəsizlik sistemində mühüm struktur islahatı aparılıb. Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin bazasında Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb.
Dövlət başçısının təsdiqlədiyi nizamnaməyə görə, yeni agentlik ölkə miqyasında kibertəhlükəsizliyin təmin edilməsinə məsul əsas qurum olacaq. Agentliyin idarəetmə aparatı sədr və 3 müavindən ibarət İdarə Heyəti tərəfindən idarə olunacaq. Qurumun ilkin nizamnamə fondu isə dövlət büdcəsinin istifadə olunmamış vəsaitləri hesabına formalaşdırılacaq. Nazirlər Kabinetinə yeni agentliyin fəaliyyətinin qısa müddətdə təşkili üçün lazımi tapşırıqlar verilib.