ITSM Technology Services

ITSM Technology Services Your trusted IT partner in Azerbaijan. Managed IT services • IT Business Partner • 24/7 Support

28 May — Müstəqillik Günü! 🇦🇿
28/05/2026

28 May — Müstəqillik Günü! 🇦🇿

9 May — Faşizm üzərində Qələbə Günüdür. Bu böyük zəfəri bizə bəxş edən, canı bahasına dinc gələcəyimizi qoruyan bütün qə...
09/05/2026

9 May — Faşizm üzərində Qələbə Günüdür.
Bu böyük zəfəri bizə bəxş edən, canı bahasına dinc gələcəyimizi qoruyan bütün qəhrəmanlarımızı dərin ehtiramla yad edirik.
Bayramınız mübarək! 🇦🇿

7 May — Dünya Şifrə Günüdür! 🛡️Hələ də "Baku2026" və ya "admin123" kimi şifrələrdən istifadə edirsiniz? Bu, evinizin qap...
07/05/2026

7 May — Dünya Şifrə Günüdür! 🛡️

Hələ də "Baku2026" və ya "admin123" kimi şifrələrdən istifadə edirsiniz? Bu, evinizin qapısını açıq qoyub getmək kimidir. 🗝️

Mükəmməl şifrə üçün bu 3 sadə qaydaya əməl edin:
1️⃣ Uzunluq: Şifrə nə qədər uzundursa, onu sındırmaq bir o qədər çətindir. Minimum 12 simvol istifadə edin.
2️⃣ Mürəkkəblik: Böyük və kiçik hərflər, rəqəmlər və xüsusi simvolların ( #, !, @) qarışığından istifadə edin.
3️⃣ Məntiq (Təsadüfilik): Şifrə deyil, "İfadə" (Passphrase) yaradın. Yalnız sizin yadda saxlaya biləcəyiniz təsadüfi bir cümlə seçin.

Bu gün cəmi 2 dəqiqə vaxt ayırın və ən vacib hesablarınızın təhlükəsizliyini yeniləyin. Unutmayın, kiber-gigiyena hər birimizdən başlayır! 🚀

Bəs sizin şifrəniz bu qaydalara uyğundurmu?

Fişinq artıq qrammatik səhvlərdən ibarət deyil. Süni intellekt (AI) sayəsində hakerlər korporativ üslubunuzu mükəmməl tə...
30/04/2026

Fişinq artıq qrammatik səhvlərdən ibarət deyil. Süni intellekt (AI) sayəsində hakerlər korporativ üslubunuzu mükəmməl təqlid edən və ən təcrübəli mütəxəssisi belə yanıltmağa qadir hücumlar hazırlayırlar.

Əsas təhlükələr:
Mükəmməl dil: AI vasitəsilə hazırlanan mətnləri real yazışmalardan fərqləndirmək demək olar ki, qeyri-mümkündür.

Hədəfli hücumlar: Şirkətinizin daxili yazışma stilinə uyğunlaşdırılmış, fərdiləşdirilmiş "təcili" tapşırıqlar.

Mürəkkəb tələlər: Standart filtrlərin tanıya bilmədiyi saxta domenlər və giriş səhifələri.

Şirkətiniz necə qorunmalı?
1. Zero Trust (Sıfır Etibar): Heç bir girişə avtomatik etibar etməmək, hər bir sorğunu mütləq şəkildə yoxlamaq prinsipi.

2. Kiber-gigiyena təlimləri: Əməkdaşların müasir təhdidləri tanıması üçün mütəmadi maarifləndirmə və təlimlər.

3. MFA: İki-mərhələli təsdiqləmə ilə şifrə oğurlansa belə, tam müdafiəni təmin etmək.

Sizin İT infrastrukturunuz bu hücumlara nə dərəcədə hazırdır?
🛡️Təhlükəsizliyinizi şansa buraxmayın, riskləri peşəkarlarla birlikdə idarə edin.
Rəqəmsal müdafiənizi bizimlə qurun.

ITSolutions

RDP (Remote Desktop Protocol) İstifadəçiləri üçün: Copy-Paste və Printer ProblemləriƏgər RDP bağlantınızda copy-paste və...
22/04/2026

RDP (Remote Desktop Protocol) İstifadəçiləri üçün: Copy-Paste və Printer Problemləri

Əgər RDP bağlantınızda copy-paste və ya printer funksiyaları işləmirsə, bu problemin ən çox rast gəlinən səbəbi ilk pəncərədəki parametrlərin düzgün seçilməməsidir.

RDP-yə qoşularkən, giriş pəncərəsindəki parametrləri diqqətlə yoxlamaq çox vacibdir. Bu parametrlər xüsusilə printer yönləndirməsi və clipboard paylaşımı kimi funksiyaların aktivləşdirilməsi üçün əhəmiyyətlidir.

Daha ətraflı məlumat və düzgün icazələrin təyin edilməsi üçün məqaləni oxu 👇🏻
https://itsm.az/az/remote-desktop-istifade-ederken-hansi-icazeleri-aktiv-etmeli/

Bir çox şirkətlərdə İT ilə bağlı ən çox səsləndirilən fikirlərdən biri: “Bizdə hər şey işləyir.” Amma əslində bu fırtına...
21/04/2026

Bir çox şirkətlərdə İT ilə bağlı ən çox səsləndirilən fikirlərdən biri: “Bizdə hər şey işləyir.” Amma əslində bu fırtınadan öncə səssizliyə bənzəyir.

İlk baxışdan bu, stabilliyin göstəricisi kimi görünsə də, praktikada bu yanaşma çox vaxt nəzarətsiz mühitin əlamətidir.

Çünki problemlər adətən açıq şəkildə deyil, tədricən formalaşır:
– sistemlər üzrə davamlı monitorinq yoxdur
– bütün İT mühiti bir əməkdaşdan asılıdır
– ehtiyat nüsxələrin işlək olub-olmadığı aydın deyil
– problemlər yalnız baş verdikdən sonra aşkar olunur.

Nəticədə sistemlər işlək görünür, lakin risklər artıq mövcuddur və idarə olunmur.
Ən kritik məqam isə odur ki, bu risklər adətən yalnız nasazlıq zamanı üzə çıxır. Bu isə artıq əməliyyat proseslərinə və resurslara birbaşa təsir göstərir.

Peşəkar yanaşmada əsas məqsəd sadəcə “işləməsi” deyil. Sistemlərin davamlılığı, təhlükəsizliyi və nəzarət altında olması təmin olunmalıdır.

İT düzgün idarə olunduqda yalnız dəstək funksiyası deyil, biznesin sabitliyini və inkişafını təmin edən əsas alətlərdən birinə çevrilir.

☁️ Bulud texnologiyalarına keçid: Kəsintisiz fəaliyyət və 24/7 əlçatanlıq.Logistika sahəsində fəaliyyət göstərən tərəfda...
14/04/2026

☁️ Bulud texnologiyalarına keçid: Kəsintisiz fəaliyyət və 24/7 əlçatanlıq.

Logistika sahəsində fəaliyyət göstərən tərəfdaşımızın qarşılaşdığı texniki çətinliklər iş prosesini ləngidir və kritik data itkisi riski yaradırdı.
Bu layihədə müştərimiz üçün kəsintisiz və təhlükəsiz fəaliyyət təmin edən tam miqrasiya həllini tətbiq etdik.
Nəticədə:
🔹 Lokal serverlərdən Buluda miqrasiya
🔹 Dünyanın istənilən nöqtəsindən 24/7 təhlükəsiz giriş
🔹 IT infrastruktur xərclərinə 25% qənaət
 
Biznesinizin texnoloji üstünlüyünü və kəsintisiz fəaliyyətini təmin etmək üçün bizimlə əlaqə saxlayın.
📞 +994 55 266 88 86
🌐 www.itsm.az
📧 [email protected]
 

Hibrid iş dövründə təhlükəsizlik: VPN hələ də kifayətdirmi? 🛡️Bir çox şirkət hibrid iş modelinə keçsə də, təhlükəsizlik ...
09/04/2026

Hibrid iş dövründə təhlükəsizlik: VPN hələ də kifayətdirmi? 🛡️

Bir çox şirkət hibrid iş modelinə keçsə də, təhlükəsizlik strategiyaları hələ də "ofis mərkəzli" olaraq qalır. Bu fərq isə kiber-hücumlar üçün açıq qapı deməkdir.

Bloqda biz yalnız VPN-in rolunu deyil, həm də Zero Trust (Sıfır Etibar) kimi müasir yanaşmaların niyə vacib olduğunu təhlil etmişik.

Effektiv müdafiə qurmaq və riskləri minimuma endirmək üçün tövsiyələrimizlə tanış olun
Link rəy bölməsindədir 👇🏻

Rəqəmsal dünyada ən böyük risk — "mənim başıma gəlməz" düşüncəsidir.İllərlə üzərində çalışdığınız layihələr, vacib sənəd...
07/04/2026

Rəqəmsal dünyada ən böyük risk — "mənim başıma gəlməz" düşüncəsidir.

İllərlə üzərində çalışdığınız layihələr, vacib sənədlər və korporativ məlumatlar sadə bir texniki nasazlıq və ya kiçik bir diqqətsizlik nəticəsində bir anda silinə bilər.
Belə hallarda sizi itkilərdən xilas edəcək yeganə "sığorta" düzgün qurulmuş ehtiyat nüsxələmə (Backup) sistemidir.

Məlumatların qorunması sadəcə texniki tapşırıq deyil, həm də işinizin davamlılığı üçün bir zəmanətdir.

Bəs siz, rəqəmsal arxivinizi qorumaq üçün hansı üsuldan istifadə edirsiniz? Bulud sistemləri, yoxsa fiziki disklər? 👇

01/04/2026

Müasir biznes mühitində sabit və etibarlı İT infrastrukturu sadəcə texniki məsələ deyil, strateji üstünlükdür.

ITSM MMC olaraq biznesinizin İT mühitinin fasiləsiz, təhlükəsiz və səmərəli işləməsini təmin edirik.

Yanaşmamız davamlı nəzarət, proaktiv idarəetmə və uzunmüddətli etibarlı əməkdaşlıq üzərində qurulub. Nəticədə İT sizin üçün risk yox, idarə olunan bir resursa çevrilir.

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:

☎️ +994 55 266 88 86
📩 [email protected]
🌐 www.itsm.az

Address

Caspian Plaza 4th Floor
Baku

Alerts

Be the first to know and let us send you an email when ITSM Technology Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ITSM Technology Services:

Share