13/08/2024
Növbəti “CompTIA Security+” və “İT Helpdesk” təlimlərinin məzunlarına sertifikatları təqdim edilmişdir! 🧡
Görüş zamanı Defscope TRD mərkəzinin direktoru, kibertəhlükəsizlik üzrə beynəlxalq təlimçi və konsultant olan Vüsal Salmanlı və “İNSECO” təşkilatını həmtəsisçisi və sədri Elxan Poladlı məzunları təbrik etmiş, onlarla gələcək karyera inkişafı ilə bağlı tövsiyələrini paylaşmışdırlar.
Defscope TRD mərkəzi qısa zamanda 700-dən çox tələbəyə İT və Kibertəhlükəsizlik üzrə təlim keçmiş, onların sahə üzrə iş tapmasına, beynəlxalq sertifikatlar əldə etməsinə və karyeralarının inkişafına etməsinə köməklik göstərmişdir. Mərkəz yarandığı gündən ölkədə kadr inkişafına dəstək olmağı və bazarın tələbinə uyğun peşəkarlar hazırlamağı özünə əsas məqsəd qoymuşdur. Bundan sonra da ölkənin və dünyanın aparıcı təşkilatları ilə (ASAN İnnovativ İnkişaf Mərkəzi, İnnovasiyalar Mərkəzi / Innovations Center, Innovation and Digital Development Agency, Dövlət Məşğulluq Agentliyi, ISACA, CompTIA, OffSec, OpenEDG Python Institute, ACI Learning, PECB və s.) əməkdaşlıqları genişləndirib ölkəyə və cəmiyyətə dəyər qatmağa davam edəcəkdir.
Əgər siz də kibertəhlükəsizlik və İT sahəsində ixtisaslaşmaq istəyirsinizsə, elə indi bizimlə əlaqə saxlayın:
📞 Tel: (+994) 55 204 19 12
📩 Email: [email protected]