Cybersignaz

Cybersignaz Azərbaycanda ilk dəfə yaradılmış Kibertəhlükəsizlik Maarifləndirmə Təşkilatı!

Əməkdaşlarınız fişinq e-poçtunu nə dərəcədə düzgün tanıyır? Hansı şöbələrdə risk daha yüksəkdir? Keçirilən təlimlər təhl...
10/09/2026

Əməkdaşlarınız fişinq e-poçtunu nə dərəcədə düzgün tanıyır? Hansı şöbələrdə risk daha yüksəkdir? Keçirilən təlimlər təhlükəsizlik davranışlarına real təsir göstərirmi?

Bu sualların cavabı fərziyyələrə deyil, ölçülə bilən nəticələrə əsaslanmalıdır.

LMS+SAT (Security Awareness Training) platformamız şirkətinizə əməkdaşlardan qaynaqlanan kiber riskləri müəyyən etmək, ölçmək və nəticələr əsasında tədbirlər görmək imkanı verir.

Platformamızla:

• Fişinq simulyasiyaları vasitəsilə real istifadəçi davranışlarını yoxlaya bilərsiniz

• Klik, məlumat paylaşma və fişinqi bildirmə göstəricilərini izləyə bilərsiniz

• Risk səviyyəsi yüksək olan əməkdaşları və şöbələri müəyyən edə bilərsiniz

• Nəticələrə əsasən uyğun maarifləndirmə təlimləri təyin edə bilərsiniz

• Dövrlər üzrə göstəriciləri müqayisə edərək risk səviyyəsindəki dəyişiklikləri görə bilərsiniz

• Rəhbərlik üçün aydın və ölçülə bilən hesabatlar hazırlaya bilərsiniz

LMS+SAT ilə kiber risklər haqqında ehtimal yürütmək əvəzinə, real göstəricilərə əsaslanan qərarlar verin.

Riski görün. Nəticəni ölçün. Tədbiri düzgün seçin.

Proqram təminatlarının yenilənmələrini vaxtında edirsinizmi? Proqram təminatının yenilənməsi yalnız yeni funksionallıqla...
09/09/2026

Proqram təminatlarının yenilənmələrini vaxtında edirsinizmi?

Proqram təminatının yenilənməsi yalnız yeni funksionallıqlar üçün deyil, həm də məlum təhlükəsizlik boşluqlarının aradan qaldırılması üçün vacibdir. Köhnəlmiş proqramlar kibercinayətkarlar tərəfindən məlum zəifliklərdən istifadə edilərək hədəfə alına bilər.

Nələrə diqqət etməliyik:

• Əməliyyat sistemi və proqramları vaxtında yenilənməsi

• Təhlükəsizlik yeniləmələrinin təxirə salınmaması

• İstifadə olunmayan proqramların cihazdan silinməsi

• Yeniləmələrin rəsmi mənbələrdən həyata keçirilməsi

Yenilənmələri vaxtında etmək hansı risklərdən qoruyur:

• Məlum təhlükəsizlik boşluqlarından istifadə edilməsinin qarşısını almağa kömək edir

• Zərərli proqram hücumları riskini azaldır

• Cihazların və sistemlərin təhlükəsizliyini gücləndirir

Unutmayın: yeniləmələri təxirə salmaq əhəmiyyətsiz bir addım kimi görünə bilər, lakin bu, mövcud təhlükəsizlik boşluqlarının kibercinayətkarlar tərəfindən istifadə olunma riskini artırır.

təlimlərimiz vasitəsilə əməkdaşlarınızı proqram təminatının təhlükəsiz istifadəsi və yenilənməsi barədə məlumatlandıra bilərsiniz.

Cisco Nexus 9000 cihazlarında yüksək riskli təhlükəsizlik boşluğu aşkarlanıb  Cisco, bəzi Nexus 9000 Series kommutatorla...
04/09/2026

Cisco Nexus 9000 cihazlarında yüksək riskli təhlükəsizlik boşluğu aşkarlanıb



Cisco, bəzi Nexus 9000 Series kommutatorlarına təsir edən CVE-2026-20212 təhlükəsizlik boşluğu ilə bağlı yeniləmə yayımlayıb.

Boşluğun CVSS balı 9.8 olaraq qiymətləndirilib və uğurlu istismar zamanı kibercinayətarın autentifikasiya olmadan cihazda root səlahiyyətləri ilə kod icra edə bilər.

Çətinlik əsasən TCP 43210 və 43211 portlarının müəyyən Nexus 9000 modellərində əlçatan olması ilə bağlıdır. Xüsusi hazırlanmış trafik vasitəsilə kibercinayətkar cihazın işinə müdaxilə edə, S1HAL prosesinin dayanmasına, cihazın yenidən başladılmasına və sistem üzərində nəzarətin əldə edilməsinə səbəb ola bilər.

Təsirə məruz qalan modellər:
N9324C-SE1U, N9348Y2C6D-SE1U, N9364E-SG2-O, N9364E-SG2-Q, N9396T12C-SE1, N9348Y12C-SE1, N9396Y12C-SE1, N9336C-SE1, N9K-C9804 və N9K-C9808.

Cisco administratorlara aşağıdakı tədbirləri görməyi tövsiyə edir:

• NX-OS versiyasını yoxlamaq
• Cisco tərəfindən təqdim edilən düzəldilmiş versiyaya keçmək
• Yeniləmə mümkün deyilsə, TCP 43210 və 43211 trafikini ACL qaydaları ilə məhdudlaşdırmaq
• Cihazların internet və etibarsız şəbəkələrdən əlçatanlığını yoxlamaq
• Şübhəli bağlantıları və gözlənilməz restart halları üzrə logları nəzərdən keçirmək

Cisco PSIRT-in 2 sentyabr 2026-cı il tarixli məlumatına əsasən, həmin tarixədək bu boşluğun real hücumlarda istifadə edildiyini göstərən təsdiqlənmiş məlumat olmayıb.

Bununla belə, yüksək risk səviyyəsini nəzərə alaraq, təsirə məruz qalan sistemlərin qısa müddətdə yoxlanılması və yenilənməsi tövsiyə olunur.

Müasir şirkətlərdə təlim və kibertəhlükəsizlik maarifləndirilməsi ayrı proseslər kimi idarə olunmamalıdır. LMS+SAT (Secu...
03/09/2026

Müasir şirkətlərdə təlim və kibertəhlükəsizlik maarifləndirilməsi ayrı proseslər kimi idarə olunmamalıdır.

LMS+SAT (Security Awareness Training) platformamız korporativ təlimləri, təhlükəsizlik maarifləndirilməsini, fişinq simulyasiyalarını və nəticələrin izlənilməsini vahid sistemdə birləşdirir.

Platformamızla:

• Korporativ təlimləri planlaya və idarə edə bilərsiniz

• Əməkdaşlara rol və ehtiyaclarına uyğun təlimlər təyin edə bilərsiniz

• Kibertəhlükəsizlik maarifləndirmə proqramları təşkil edə bilərsiniz

• Fişinq simulyasiyaları ilə real risk səviyyəsini yoxlaya bilərsiniz

• Təlim və təhlükəsizlik nəticələrini eyni paneldən izləyə bilərsiniz

• Hesabatlar əsasında növbəti təlim və təhlükəsizlik addımlarını müəyyən edə bilərsiniz

LMS+SAT şirkətinizə iki ayrı sistemi idarə etmək əvəzinə, əməkdaşların inkişafı və kibertəhlükəsizlik hazırlığını vahid platformadan idarə etmək imkanı verir.

Əməliyyat yükünü azaldın, nəticələri daha dəqiq izləyin və komandanızın hazırlıq səviyyəsini artırın.

İctimai Wi-Fi şəbəkəsinə qoşularkən onun təhlükəsizliyini yoxlayırsınızmı? İctimai Wi-Fi şəbəkələri hava limanlarında, k...
02/09/2026

İctimai Wi-Fi şəbəkəsinə qoşularkən onun təhlükəsizliyini yoxlayırsınızmı?

İctimai Wi-Fi şəbəkələri hava limanlarında, kafelərdə, otellərdə və digər məkanlarda internetə rahat çıxış təmin edir. Lakin naməlum və ya düzgün qorunmayan şəbəkələr üzərindən məxfi məlumatların ötürülməsi əlavə təhlükəsizlik riski yaradır.

Diqqət edilməli məqamlar:

• Qoşulduğunuz Wi-Fi şəbəkəsinin etibarlı olduğuna əmin olun

• İctimai şəbəkələrdə məxfi məlumatlarla işləməkdən çəkinin

• Vacib hesablarınıza daxil olarkən təhlükəsiz bağlantıdan istifadə edin

• İctimai Wi-Fi üzərindən şübhəli linklərə daxil olmayın

Diqqətli olmaq bu risklərin qarşısını alır:

• Hesab və giriş məlumatlarının ələ keçirilməsi riskini azaldır

• Məlumatların təhlükəli şəbəkələr üzərindən ötürülməsi riskini azaldır

• Təhlükəsiz internet istifadəsi vərdişlərinin formalaşmasına kömək edir

Unutmayın: pulsuz Wi-Fi rahat ola bilər, lakin qoşulmazdan əvvəl onun nə qədər etibarlı olduğunu dəqiqləşdirmək lazımdır.

təlimlərimiz vasitəsilə əməkdaşlarınızı ictimai şəbəkələrdən təhlükəsiz istifadə qaydaları barədə məlumatlandıra bilərsiniz.

CISA aktiv şəkildə istismar edilən 6 boşluğu KEV kataloquna əlavə edib CISA real hücumlarda istifadə edildiyi təsdiqlənə...
28/08/2026

CISA aktiv şəkildə istismar edilən 6 boşluğu KEV kataloquna əlavə edib

CISA real hücumlarda istifadə edildiyi təsdiqlənən 6 təhlükəsizlik boşluğunu Known Exploited Vulnerabilities (KEV) kataloquna əlavə edib.

Siyahıya Microsoft SQL Server, Citrix NetScaler, Linux Kernel, Red Hat və Ajax.NET Professional məhsullarına təsir edən boşluqlar daxildir.

CVE-2019-1068 — Microsoft SQL Server
Uzaqdan kod icrasına imkan verir və hücumçunun SQL Server Database Engine servis hesabının səlahiyyətləri ilə kod işlətməsinə şərait yarada bilər.

CVE-2026-8452 — Citrix NetScaler ADC və NetScaler Gateway
Yaddaş buferi ilə bağlı boşluq xidmətin dayanmasına səbəb ola bilər.

CVE-2022-0995 — Linux Kernel
Lokal istifadəçiyə səlahiyyətlərini artırmaq və ya sistemin fəaliyyətini dayandırmaq imkanı verə bilər.

CVE-2015-5287 — Red Hat ABRT
Müəyyən icazələrə sahib lokal istifadəçinin əlavə səlahiyyət əldə etməsinə imkan yarada bilər.

CVE-2015-3246 — Red Hat libuser
Autentifikasiyadan keçmiş istifadəçi /etc/passwd faylını poza, sistemin işini dayandıra və ya səlahiyyətlərini artıra bilər.

CVE-2021-23758 — Ajax.NET Professional
Etibarsız məlumatların deserializasiyası nəticəsində uzaqdan kod icrasına imkan yarada bilər.

Hazırda CVE-2019-1068 boşluğunun real hücumlarda hansı üsulla istifadə edildiyi barədə açıq məlumat yoxdur.

CISA tərəfindən müəyyən edilən son tarixlər:

• CVE-2019-1068 və CVE-2026-8452 — 29 avqust 2026
• Digər 4 boşluq — 9 sentyabr 2026

CISA təşkilatlara təhlükəsizlik yeniləmələrini tətbiq etməyi və aşağıdakı tədbirləri həyata keçirməyi tövsiyə edir:

• KEV kataloquna daxil edilmiş boşluqları prioritet qaydada yoxlamaq

• İnternetə açıq sistemləri müəyyən etmək və nəzarətdə saxlamaq

• Təhlükəsizlik yeniləmələrini vaxtında tətbiq etmək

• NetScaler, SQL Server və Linux sistemlərində şübhəli fəaliyyətləri yoxlamaq

• Web shell və qeyri-adi əmrlərin icrasını loglar üzərindən araşdırmaq

• Köhnə və artıq istifadə olunmayan sistemləri şəbəkədən çıxarmaq

Məlum təhlükəsizlik boşluqlarının vaxtında aradan qaldırılmaması kibercinayətkarlar üçün hazır giriş nöqtəsi yarada bilər.

Keçirilən təlimin dəyəri yalnız neçə əməkdaşın onu tamamlaması ilə ölçülməməlidir. Şirkətlər üçün əsas göstərici əməkdaş...
27/08/2026

Keçirilən təlimin dəyəri yalnız neçə əməkdaşın onu tamamlaması ilə ölçülməməlidir. Şirkətlər üçün əsas göstərici əməkdaşların öyrəndiklərini real risklər qarşısında necə tətbiq etməsidir.

“Solurius” Kibermaarifləndirmə və Fişinq Simulyasiyası Portalımız təlim nəticələrini fişinq simulyasiyaları və istifadəçi davranışları ilə əlaqələndirərək şirkətinizin kibertəhlükəsizlik hazırlıq səviyyəsini daha dəqiq qiymətləndirməyə imkan verir.

Platformamızla:

• Təlimlərdən əvvəl və sonra bilik səviyyəsini müqayisə edə,

• Fişinq simulyasiyalarında əməkdaşların davranışlarını ölçə,

• Risk səviyyəsi yüksək olan istifadəçi və qrupları müəyyən edə,

• Təlim nəticələri ilə təhlükəsizlik davranışları arasındakı dəyişiklikləri izləyə,

• Şöbələr üzrə hazırlıq səviyyəsini müqayisə edə,

• Rəhbərlik üçün ölçülə bilən təhlükəsizlik hesabatları əldə edə bilərsiniz

“Solurius” Kibermaarifləndirmə və Fişinq Simulyasiyası Portalımızda təlim prosesi sadəcə tamamlanmış fəaliyyət kimi yekunlaşmır. Təlim və fişinq simulyasiyalarından əldə olunan nəticələr şirkətinizə insan faktorundan qaynaqlanan kiber riskləri müəyyən etməyə, əməkdaşların hazırlıq səviyyəsini qiymətləndirməyə və növbəti addımları daha düzgün planlaşdırmağa imkan verir.

Təlim nəticələrini izləyin, risk səviyyəsini ölçün və komandanızın kibertəhlükəsizliyə hazırlığını gücləndirin.

Nüfuzertmə testi (Pe*******on Testing) və onun istifadəsi nədən ibarətdir? Nüfuzertmə testi (Pe*******on Testing/Pentest...
25/08/2026

Nüfuzertmə testi (Pe*******on Testing) və onun istifadəsi nədən ibarətdir?

Nüfuzertmə testi (Pe*******on Testing/Pentesting) təşkilatın informasiya sistemlərində, şəbəkələrində və tətbiqlərində mövcud təhlükəsizlik zəifliklərini müəyyən etmək üçün həyata keçirilən nəzarətli təhlükəsizlik yoxlamasıdır.

Pentest zamanı təhlükəsizlik mütəxəssisləri real kiberhücum ssenarilərini simulyasiya edərək sistemlərdəki mümkün zəiflikləri müəyyən edirlər. Bu yoxlama nəticəsində kibercinayətkarlar tərəfindən istifadə oluna biləcək təhlükəsizlik boşluqları aşkar edilir və onların yaratdığı risklər qiymətləndirilir.

Pentesting xidmətinə aşağıdakılar daxildir:

Şəbəkə və sistemlərdə təhlükəsizlik zəifliklərinin aşkarlanması

Veb tətbiqlərin və digər sistemlərin təhlükəsizlik baxımından yoxlanılması

Mümkün hücum ssenarilərinin simulyasiya edilməsi

Aşkar edilmiş zəifliklərin risk səviyyəsinin qiymətləndirilməsi

Zəifliklərin aradan qaldırılması üçün tövsiyələrin təqdim edilməsi

Pentest həyata keçirilmədikdə sistemlərdə mövcud olan təhlükəsizlik boşluqları uzun müddət aşkarlanmaya bilir. Bu isə kibercinayətkarların həmin zəifliklərdən istifadə edərək sistemlərə icazəsiz giriş əldə etməsi, məlumatları ələ keçirməsi və ya xidmətlərin fəaliyyətinə təsir göstərməsi riskini artırır.

Təşkilatların informasiya sistemlərinin təhlükəsizlik səviyyəsini qiymətləndirmək üçün mütəmadi olaraq pe*******on testing həyata keçirilməsi və aşkar olunan zəifliklərin vaxtında aradan qaldırılması tövsiyə edilir.

Peşəkar Pe*******on Testing (Pentest) xidmətləri üçün CYBERSIGN şirkətinə müraciət edə bilərsiniz.

Microsoft Entra ID-də kritik boşluq hücumçular tərəfindən aktiv şəkildə istifadə edilib Microsoft şirkəti Microsoft Entr...
21/08/2026

Microsoft Entra ID-də kritik boşluq hücumçular tərəfindən aktiv şəkildə istifadə edilib

Microsoft şirkəti Microsoft Entra ID xidmətində aşkarlanmış maksimum təhlükəlilik səviyyəsinə malik təhlükəsizlik boşluğu barədə xəbərdarlıq yayıb. Şirkətin məlumatına görə, boşluq real kiberhücumlarda artıq istifadə edilib. Bununla belə, problem Microsoft tərəfindən aradan qaldırıldığı üçün müştərilərdən əlavə tədbir görülməsi tələb olunmur.

CVE-2026-69836 kodu ilə qeydə alınan boşluğun CVSS göstəricisi 10.0 olaraq qiymətləndirilib. Problem Microsoft-un bulud əsaslı identifikasiya və girişlərin idarə edilməsi xidməti olan Entra ID-yə təsir edir. Bu xidmət əvvəllər Azure Active Directory (Azure AD) adı ilə tanınırdı.

Microsoft-un təhlükəsizlik bildirişində qeyd olunur ki, problemin səbəbi etibarsız məlumatların təhlükəli formada deserializasiya edilməsidir. Bu səhv autentifikasiyadan keçməmiş kibercinayətkarın şəbəkə üzərindən zərərli kod icra etməsinə şərait yarada bilər.

Boşluq necə işləyir?

Bu təhlükəsizlik boşluğu sistemin kənardan daxil olan məlumatları kifayət qədər yoxlamadan emal etməsi ilə bağlıdır. Kibercinayətkar xüsusi hazırlanmış məlumat göndərərək sistemin onu etibarlı məlumat kimi qəbul etməsinə və nəticədə icazəsiz kod icra etməsinə səbəb ola bilər.

Belə halda kibercinayətkar sistemdə icazəsiz əməliyyatlar apara, xidmətin fəaliyyətinə təsir göstərə və müəyyən təhlükəsizlik məhdudiyyətlərini keçə bilər.

Bu təhlükəsizlik boşluğu kibercinayətkara aşağıdakı imkanları yarada bilər:

uzaqdan kod icra etmək;

xidmətin fəaliyyətini dayandırmaq;

giriş nəzarəti mexanizmlərini keçmək;

sistem daxilində icazəsiz əməliyyatlar həyata keçirmək.

Hazırda CVE-2026-69836 boşluğunun hücumlarda hansı üsulla istifadə edildiyi, hücumların nə vaxt başladığı, hansı təşkilatların hədəf alındığı və hücumların davam edib-etmədiyi barədə əlavə texniki məlumat açıqlanmayıb.

Microsoft bildirib ki, “Bu təhlükəsizlik boşluğu Microsoft tərəfindən artıq tam şəkildə aradan qaldırılıb. Xidmət istifadəçilərinin hər hansı əlavə tədbir görməsinə ehtiyac yoxdur.”

Yeni kibertəhlükələr yarandıqca, əməkdaşların hazırlığı da mütəmadi olaraq yenilənməlidir.  LMS+SAT platformamız şirkətl...
20/08/2026

Yeni kibertəhlükələr yarandıqca, əməkdaşların hazırlığı da mütəmadi olaraq yenilənməlidir.



LMS+SAT platformamız şirkətlərə əməkdaşlarını müasir kiber risklərə qarşı hazırlamaq, onların bilik səviyyəsini yoxlamaq və təhlükəsizlik davranışlarını davamlı inkişaf etdirmək imkanı verir.

Platformamızla:

• Kibertəhlükəsizlik üzrə maarifləndirmə təlimləri təşkil edə bilərsiniz

• Fişinq simulyasiyaları ilə əməkdaşların real vəziyyətlərdə reaksiyasını yoxlaya bilərsiniz

• Quiz və qiymətləndirmələrlə bilik səviyyəsini ölçə bilərsiniz

• Riskli istifadəçi və qrupları müəyyən edə bilərsiniz

• Nəticələrə uyğun əlavə təlimlər təyin edə bilərsiniz

• Təlim və təhlükəsizlik göstəricilərini vahid hesabatlarda izləyə bilərsiniz

LMS+SAT şirkətinizə yalnız təlim təqdim etmir, əməkdaşların gündəlik kiber risklərə qarşı daha hazırlıqlı olmasına kömək edən davamlı sistem qurur.

Komandanızın hazırlığını gücləndirin, insan faktorundan yaranan riskləri azaldın.

Address

44 Jafar Jabbarli
Baku

Alerts

Be the first to know and let us send you an email when Cybersignaz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cybersignaz:

Shortcuts

Share