29/05/2022
DropShipping nədir və necə işləyir?
DropShipping sistemi vasitəsilə satmağa necə başlamaq olar?
Bir çox insanlar İnternetdə iş görmək barədə düşünür, lakin malların alınması üçün pulun olmaması və seçilmiş ticarət istiqamətinin aktuallığına şübhə yaranması internet biznesini demək olar imkansız qılır.
Son büdcənizi reklama yatırmaq, anbar icarəyə götürmək, qiymətin rəqabətədavamlı olması üçün məhsul qiymətlərini düzgün təyin etməmək bir sahibkar üçün böyük riskdir.
Birdən məndə alınmaz faktoru biznes həyatınızda böyük rol oynayır.
Çıxış hər zaman vardır!
Bazarı tanımaq məqsədi ilə sınamaq və satış bacarıqlarını təkmilləşdirmək üçün “Dropshipping” ən uyğun seçimdir. Çünki bazarı yoxlamaq üçün sərf elədiyiniz zaman ərzində məhsul və anbar kimi xərclər sizi narahat etmir.
DropShipping
Dropshipping tədarükçünün anbarından mal satan vasitəçi mağazadır. Vasitəçi ziyarətçiləri cəlb edir, onları alıcıya çevirir və tamamlanmış sifarişi dropshipperə ötürür. Dropshipper malların tədarükçüsü və ya istehsalçısıdır.
Yəni vasitəçi(Siz) aşağda qeyd olunanlardan azaddır:
Məhsul üçün anbarın icarəyə götürülməsi;
Məhsulların öncədən alınması üçün büdcə;
Kassa və ticarət aparatları almaq;
Yerli vergi orqanlarına hesabat vermək;
Logistika həyata keçirmək (Dropshipper həm də logistikanı özü təmin edir).
Belə bir ticarət sistemi onlayn mağazanın sahibinə başqalarının məhsullarını öz brendi altında satmağa və çeşidi asanlıqla genişləndirməyə imkan verir. Dropshipping təchizatçıları müxtəlif ola bilər, eləcə də onların məhsul kateqoriyaları.
Bu halda, satıcının qazancı ya qiymət fərqindən, ya da məhsulu satmaq üçün göndəricinin ödədiyi faizdən ibarətdir.
Necə işləyir?
Alıcı onlayn mağazanın səhifəsinə daxil olur, istədiyi məhsulu seçir və sifariş üçün ödəniş edir.
Satıcı(Mağaza) alıcının məlumatlarını tədarükçüyə göndərir. Sifarişi alanın sütununda satıcı müştərisinin ünvanını göstərir.
Dropshipper sifariş olunan məhsulu birbaşa alıcıya göndərir.
Necə başlamaq olar?
Biz PayPay hesabını aktivləşdiririk və elektron kommersiya tipli veb sayt açırıq.
Əlaqə: 0554898986
Ətraflı:
business.umedia.az/what-is-dropshipping