NetLens Azerbaijan

NetLens Azerbaijan NetLens Azerbaijan olaraq, məqsədimiz İT sahəsində şəbəkə inzibatçılığına aid məlumatlar paylaşmaq, bu mövzuya aid vebinar və treninqlər təşkil etməkdir.

Bu günkü dərsimizdən prezentasiyanın bir slaydıDərsin mövzusu: Python proqramlaşdırma dilində İP ünvanlar ilə işləmək üç...
13/08/2020

Bu günkü dərsimizdən prezentasiyanın bir slaydı
Dərsin mövzusu: Python proqramlaşdırma dilində İP ünvanlar ilə işləmək üçün ipaddress kitabxanası

Слайд из презентации по теме - Работа с ИП адресами с помощью ipadress модуля на языке программирования Python

Hörmətli izləyicilər,Sentyabr ayının 7-i “İT şəbəkələrin python proqramlaşdırma dili vasitəsi ilə avtomatlaşdırılması” t...
10/08/2020

Hörmətli izləyicilər,
Sentyabr ayının 7-i “İT şəbəkələrin python proqramlaşdırma dili vasitəsi ilə avtomatlaşdırılması” təlimi başlayacaq.
Təlim haqqında qısa məlumat:
v Python dilinin əsasları və şəbəkə avadanlıqları ilə işləmək üçün kitabxanalar tədris olunacaq.
v Praktiki məşqlər təlimdə yer alacaq.
v Təlim bitdikdən 20 gün sonra kodun yazılışında bütün suallar cavablandırılır və yaranan problemlər həll olunur.
v Proqram barədə ətraflı məlumat üçün və ötən təlimdən video dərslərə baxmaq üçün mənə müraciət edə bilərsiniz.
v Hər dərsdən sonra tapşırıqlar göndəriləcək və növbəti dərsdə tapşırıqlar müzakirə olunacaq.
v Təlim həftədə 2 dəfə 19:00-dan – 20:00 gədər zoom vasitəsi ilə keçiriləcək (Həftənin günləri qrupa əsasən təyin olunacaq). Təlim müddətində həftənin 6 günü saat 11:00-dan 20:00 gədər aydın olmayan məsələ, yaranan suallar cavablandırılır (zəng, whatsapp vasitəsi ilə)
v Müddət - 2 ay
v Ödəniş: 8 saat – 100 AZN
v Ödəniş üsulu: Million və ya card-to-card
v Ödəniş üçüncü dərsdə qəbul olunacaq. İştirakçı sayı: minimum 1; Maksimum – 5
v Əlaqə məlumatlar:
Tel: 0507550602 (Whatsapp/Telegram aktivdir)
v Qeydiyyat üçün formanı doldurmağınız xahiş olunur:
https://forms.gle/1EPimF8S95hzJzby8
Dəstək üçün like, comment və share edə bilərsiz.

İT Şəbəkələrində qoşulma növləri:İT şəbəkələrdə iki kommunikasiya modeli var: client-server və p2p. Birinci modeldə şəbə...
16/06/2020

İT Şəbəkələrində qoşulma növləri:

İT şəbəkələrdə iki kommunikasiya modeli var: client-server və p2p. Birinci modeldə şəbəkə sorğusu göndərən hosta client, sorğunu qəbul edən hosta isə server deyilir (Ex: e-mail,web browsing).

P2P qoşulma növündə isə client və server eyni proqram təminatından istifadə edir və bir host eyni zamanda həm client, həm də server ola bilər. Adətən bu qoşulma modeli file sharing (torrent, virtual currency mining) kimi əməliyyatlarda lazım olur.

Python proqramlaşdırma dili və İT şəbəkələriİT şəbəkələrində rutin iş və prosesləri Python proqramlaşdırma dili vasitəsi...
15/06/2020

Python proqramlaşdırma dili və İT şəbəkələri

İT şəbəkələrində rutin iş və prosesləri Python proqramlaşdırma dili vasitəsi ilə avtomatlaşdıra bilərsiz və bununla da iş yükünüzü azalda bilərsiz.
Python proqrmalaşdırma dili vasitəsi ilə Siz:
- Avtomatik olaraq şəbəkə avadanlaqlarının (router, switch, firewall) backup ala bilərsiz
- Bir neçə avadanlıqda təkrar gördüyünüz prosesi (misal üçün VLAN yaradılması) bir pəncərədən idarə edə bilərsiz
- Şəbəkə avadanlıqlarının monitorinq edə bilərsiz
- Həftəlik/aylıq/rüblük şəbəkə avadanlıqlarında manual görülən prosesi və backup qoşulmaları yoxlama prosesini avtomatlaşdıra bilərsiz
- Sizin şirkət və prosesə uyğun olaraq yeni proqram (skript) yaza bilərsiz

14/06/2020

Hörmətli izləyicilər, Sizlərə hansı mövzüda paylaşmalar maraqlı gəlir:
- Şəbəkənin əsasları
- Firewallar (Palo Alto və Fortigate üzərindən praktiki misallar)
- Şəbəkədə avtomatlaşma prosesləri (Python proqramlaşdırma dili vasitəsi ilə, Python proqramlaşdırma dilinə giriş və əsas məlumatlar)
Fikirlərinizi rəylərdə qeyd edə bilərsiz

14/06/2020

Firewall və router. Fərqi nədir?

Firewall – şəbəkədə təhlükəsizlik avadanlığı sayılır və əsas funksionalı şəbəkənin təhlükəsizliyinə nəzarət etmək və düzgün sazlandıqda hücümun qarşısını almaqdır.

Router-lərin əsas iş prinsipi – məlumat bir şəbəkədn (subnet) digər şəbəkəyə ötürmədkir.

Router və firewalları fərqləndirən vacib məqamlardan biri və birincisi:
Routerlarin – ‘Stateless’ və firewallar-ın isə ‘statefull’ olmasıdır
Stateless – host (kompüter) tərəfindən yaradılan və router üzərindən ötürülən hər hansı bir application aid TCP protokoluna cavab qayıdarkən (SYN-ACK) router, cavabın ilkin TCP sorğuya (SYN) cavab olduğu yoxlaya bilmir.
Routerlərdə trafikə icazə vermək üçün həm İN həm OUT rule-lar yazılmalıdır.
Firewall-lar isə (Statefull) – application tərəfdən göndərilən paketə “nəzarət edir” və TCP-yə cavab qayıdarkən hansı sorğuya cavab gəldiyini bilir. Paketi əvvəldən sona gədər izləyir və bir məlumat ötürmə sessiyasına bir flow kimi “baxır”

14/06/2020

Şəbəkə avadanlıqları, qoşulma modeli və qoşulma növləri.

Şəbəkəyə qoşulan və kommunikasiya yaradan hər hansı bir qurğuya host deyilir. Hostlar bir-birlərinə məlumat ötürüb/ala bilərlər. Bu kommunikasiyanın yaradılması üçün aşağıdakı komponentlərdən istifadə olunur:
1. Şəbəkə avadanlıqları
2. Qoşulma modeli
3. Qoşulma növləri

1. Switch, router, hub, wireless access point, kompüterin şəbəkə adapetri - şəbəkə avadanlıqlarıdır. Hər bir şəbəkə avadanlıqları barədə növbəti paylaşmalarda ətraflı izah olunacaq.

Ardını oxumaq üçün bizi izləməkdə davam edin

14/06/2020

- İT şəbəkələrinə maraqınız var, lakin bilik və təcrübəiniz yoxdur?
- Şəbəkə sahəsində təcrübəniz var, lakin bu sahədə yeni biliklər öyrənmək həvəsindəsiniz?
- Şəbəkədə rutin iş və prosesləri avtomatlaşdırmaq üçün yeni biliklər axtarırsız?
Əgər yuxarıda qeyd olunanları biri Sizə uyğun gəlirsə, o zaman Siz düz ünvandasınız.
Səhifəni bəyənin və bizi izləməkdə davam edin.
Suallarınız olduğu halda mesaj bölməsinə müraciət edə bilərsiz

Şəbəkə nədir ?İki və ya daha çox hostun (kompüter, server, mobil telefon) bir biri ilə kommunikasiya qurması şəbəkə adla...
14/06/2020

Şəbəkə nədir ?
İki və ya daha çox hostun (kompüter, server, mobil telefon) bir biri ilə kommunikasiya qurması şəbəkə adlanır. Müasir dövrdə gündəlik istifadə etdiyimiz sosial şəbəkələr, online alış-veriş, internet surfing və sairə kimi servisləri şəbəkə olmadan təsəvvür etmək mümkün deyil.

Şəbəkə müxtəlif ölçülərdə olur: small home, small office/home office, medium/large networks, world wide networks.
Small office/home office modelinə misal olaraq, uzaqdan çalışma (remote workers), online mağaza, distant tədris kimi işləri sadalamaq olar. Kompüter, şəbəkə printeri, router/modem, təhlükəsizlik kamerası bu kimi kompüter avadanlıqları small home və small office/home office şəbəkə növündə istifadə olunan əsas elementlərdir.
Orta və böyük şirkətlər, dövlət qurumları, banklar medium/large şəbəkə modeli qrupuna aiddir. Şirkətdaxili mail və İM yazışmalar, elektron sənəd dövriyyəsi, növbə sistemləri, bank sistemləri və digər infrastruktur həllərin verilməsi üçün network storage, firewall və server kimi daha professional avadanlıqlardan istifadə edilir.
İnternet özü özlüyündə ən böyük şəbəkə formasıdır və faktiki olaraq internet, mövcüd olan bütün şəbəkələrin toplusudur. Bu public/private şəbəkələr toplusu modelinə World wide networks deyilir.

Adresse

Baku

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque NetLens Azerbaijan publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Partager