Taleh

Taleh Mənə bu gün sual versələr: dünyaya yenidən gəlsən necə yaşayarsan? Elə yaşadığım kim

06/06/2023

Bu gün nakam şairimiz Mikayıl Müşfiqin anadan olmasından 115 il keçir. Ayna Sultanova xatirələrində yazırdı ki, M.Müşfiq həbs olunmamışdan 2-3 ay öncə yanına çağıraraq ona Hüseyn Cavid əleyhinə yazı yazmağı təklif etmişdi. A.Sultanova bildirirdi ki, artıq H.Cavidi itirirlər, M.Müşfiqi də həbs edəcəklər və ona H.Cavid əleyhinə bir-iki yazı yazaraq repressiyadan canını qurtarmağı təklif edir. Bu zaman Mikayıl Müşfiq Ayna Sultanovaya belə cavab verir:
- Mənim sağ əlim Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram...
Allah rəhmət eləsin!

01/06/2023
01/06/2023
01/06/2023

Hüseyn Arif
"Qayıt,uşaqlığım"

Qayıt, uşaqlığım, qayıt bir anlıq…
İtən günlərimi tapmaq istərəm.
Minib axşamüstü qarğı atımı,
Yollardan-yollara çapmaq istərəm…

Qayıt, uşaqlığım, qayıt bir anlıq…
Yeriyib, yıxılıb, qaçmaq istərəm.
Səhərlər çiynimdə məktəb çantası,
Sinif otağını açmaq istərəm.

Qayıt, uşaqlığım, qayıt bir anlıq…
Mən səni bağrıma basmaq istərəm.
Nənəmin saxlancı ala çatıyla,
Ağacdan yelləncək asmaq istərəm.

Qayıt, uşaqlığım, qayıt bir anlıq…
Sən niyə tez keçdin? Bilmək istərəm…
Həyat şirin imiş, mən bu dünyaya,
Yenidən doğulub gəlmək istərəm…

01/06/2023

1976-cı ildə Rusiyada ölmək üzrə olan qütb ayılarına yemək aparan adam. Adamın ayağına sarılan balaya diqqət edin.
İnsan ola bilmək belə bir şey...

01/06/2023
01/06/2023
21/05/2023

🔵🛑🟢 Azərbaycan təhsilinin ən dəyərli insan kapitalları!

🇦🇿 Lahıcdan 🇺🇲 Nyu Yorka uzanan şərəfli yol!

🇦🇿Vahab Cəbrayılov - Lahıc qəsəbə tam orta məktəbin məzunu.

🎓🏆2015-ci ildə Respublika Fənn Olimpiadalarının Riyaziyyat üzrə qalibi!
🎓🥇 2017-ci ildə məktəbi qızıl medalla bitirib.
🎓💥 700 bal toplayaraq Bakı Ali Neft Məktəbini seçib.
🎓💸 Prezident təqaüdünə layiq görülüb.
🎓🇹🇷 Daha sonra Türkiyənin Orta Doğu Texnik Universitetində təhsilini davam etdirib.
🎓🛑Təhsil illərində adı Yüksək Şərəf listəsində olub.
🎓🇹🇷 ODTÜ-nü ortalama 3.8 balla bitirir (maksimal 4 bal üzərindən)

🎓🇺🇲Vahab ABŞ-ın Kolumbiya Universitetinin (dünya reytinqinin 22-cisi) doktorantura pilləsinə tam təqaüdlə qəbul alır.

💰💰💰💸💸💸 İllik təqaüd məbləği 110.000 ABŞ dolları!

🇺🇲🤵 O, həm də ABŞ-da tədqiqat və təhsil üzrə professor köməkçisi kimi çalışacaq.
🇺🇲🌐 🧑‍💻 Vahab Google şirkətində təcrübə keçmiş, nüfuzlu beynəlxalq elmi konfransda səslənmiş 2 elmi məqalənin həmmüəllifidir.

💥Təbrik edirik! Qürur duyuruq!

21/05/2023

Address

Mingechaur
AZ4500

Telephone

+994506681867

Website

Alerts

Be the first to know and let us send you an email when Taleh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Taleh:

Share