Kibertəhlükəsizlik Klubu - MDU

Kibertəhlükəsizlik Klubu - MDU Kiber təhsil və yenilikləri birləşdirən bir platforma xoş gəlmisiniz! Hörmətlə Elvin MURADZADƏ.

30/03/2025
Əziz tələbələr ! Sizlərə Saylor Academy haqqında danışmaq istəyirəm. Bir xəbəri də çatdırım ki, 1 aylıq koordinatorluq t...
03/09/2024

Əziz tələbələr ! Sizlərə Saylor Academy haqqında danışmaq istəyirəm. Bir xəbəri də çatdırım ki, 1 aylıq koordinatorluq təlimindən sonra Saylor Academy-nin Mərkəzi Aran regionu üzrə koordinatoru seçildim. Onu da qeyd edim ki, çox qısa bir müddət ərzində HƏR KƏS, hətta məktəblilər belə kursda iştirak edərək "Beynəlxalq sertifikat" əldə edə bilərlər. Tədris ingilis dilindədir. Hələki pulsuzdur !

✅ Nədir Saylor Academy? Saylor Academy, dünyanın hər yerindən tələbələr üçün tamamilə ödənişsiz online kurslar təklif edir. Karyeranızı gücləndirmək, yeni biliklər əldə etmək və ya sadəcə maraqlarınızı inkişaf etdirmək istəyirsinizsə, bu platform sizin üçün ideal bir seçimdir!

✅ Niyə Saylor Academy?

100-dən artıq kurs seçimi ilə müxtəlif sahələrdə bilik qazanmaq şansı.
Tamamilə ödənişsiz kurslar və sertifikatlar.
Harvard, MIT, Stanford kimi tanınmış universitetlərin materiallarına çıxış.
Öz sürətinizdə öyrənmək imkanı: Zaman və məkan sərhədləri olmadan!

https://learn.saylor.org/
Kibertəhlükəsizlik Klubu - MDU
Mingəçevir Dövlət Universiteti

Build new skills or work towards a degree at your own pace with free Saylor Academy college courses.

✅Cisco CCNA 200-301 sertifikatı, Cisco şirkətinin təqdim etdiyi və kompüter şəbəkələri sahəsində xüsusi bilikləri yoxlay...
06/06/2024

✅Cisco CCNA 200-301 sertifikatı, Cisco şirkətinin təqdim etdiyi və kompüter şəbəkələri sahəsində xüsusi bilikləri yoxlayan beynəlxalq səviyyəli bir sertifikatdır. Bu sertifikat, aşağıda sadalanan əsas sahələrdə bilik və bacarıqları ölçür:

✅Şəbəkə Əsasları: Şəbəkə protokolları, şəbəkə topologiyaları və OSI modeli kimi əsas şəbəkə konsepsiyalarını əhatə edir.
✅Şəbəkəyə Giriş: Ethernet və VLAN texnologiyaları, switchlərin işləmə prinsipləri və şəbəkə infrastrukturunun dizaynı haqqında biliklər.
✅IP Bağlantıları: Routerlərin konfiqurasiyası, yönləndirmə protokolları (OSPF, EIGRP) və subnetting kimi mövzular.
IP Xidmətləri: DHCP, DNS, SNMP və NAT kimi IP xidmətləri və onların konfiqurasiyası.
✅Təhlükəsizlik Əsasları: Şəbəkə təhlükəsizliyi, ACL-lərin istifadəsi və təhlükəsizlik protokolları.
✅Avtomatlaşdırma və Proqramlaşdırma: Şəbəkə avtomatlaşdırma konsepsiyaları və əsas Python proqramlaşdırma bilikləri.

✅CCNA 200-301 sertifikatını əldə etmiş şəxslər bir sıra üstünlüklərə malik olurlar:

✅Elmi və Praktiki Biliklərin Tanınması: CCNA sertifikatı, sahibinin şəbəkə idarəçiliyi və dizaynı sahəsində geniş və dərindən biliyə malik olduğunu təsdiqləyir. Bu, akademik və praktiki təcrübənin tanınması deməkdir.
✅Karyera Perspektivləri: CCNA sertifikatı, sahibinin şəbəkə mütəxəssisi, şəbəkə mühəndisi, şəbəkə administratoru kimi peşəkar vəzifələrdə çalışmasına imkan yaradır. Bu sertifikat, iş axtaranların daha rəqabətli bazarda üstünlük qazanmasına kömək edir.
✅Davamlı Peşəkar İnkişaf: CCNA sertifikatı, daha yüksək səviyyəli Cisco sertifikatlarına (məsələn, CCNP, CCIE) keçid üçün bir baza rolunu oynayır. Bu, mütəxəssislərin davamlı təhsil alaraq karyeralarında irəliləmələrinə imkan yaradır.
✅Beynəlxalq Tanınma: Cisco sertifikatı, beynəlxalq səviyyədə tanınır və qəbul edilir. Bu da mütəxəssislərə qlobal iş bazarında geniş imkanlar açır.

Əlavə olaraq onu qeyd edim ki, imtahan çox ciddi şəkildə təşkil olunur istər kompüterin izlənməsi, istər video və səs izlənməsi çox yüksək dəqiqliklə imtahan gedişatı həyata keçirilir .

✅ Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə, Üzeyir Zeynalov Mingəçevir Dövlət Universitetinin prorektoru ...
04/06/2024

✅ Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə, Üzeyir Zeynalov Mingəçevir Dövlət Universitetinin prorektoru təyin olunub və rektor vəzifələrini müvəqqəti olaraq icra edəcək.
✅Hörmətli Üzeyir Zeynalov müəllim,
Sizi Mingəçevir Dövlət Universitetinin Tədris işləri üzrə prorektoru və eyni zamanda, Rektor vəzifəsinin həvalə olunması münasibəti ilə təbrik edirəm!
✅Universitetimizin davamlı inkişafı naminə atacağınız bütün addımlarda hər zaman yanınızdayıq!

Ölkə başçımız, Ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, mədəni irsinin layiqli davamçısı Ilham Aliyev bu gün Zə...
18/05/2024

Ölkə başçımız, Ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, mədəni irsinin layiqli davamçısı Ilham Aliyev bu gün Zəngilandan bizləri salamlayıb.
Atdığınız hər addımda zəfər, inam, haqq-ədalət bərqərar edirsiniz cənab Prezident ! Sizin bütün maneələrə qarşı belə inamla, "sərv" kimi durmağınız bizləri olduqca qürurlandırır. Yaxşı ki, Azərbaycan vətəndaşıyam, bununla fəx edirəm ! Yaşasın Ali Baş Komandan !

Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılan “Yaşıl İnformasiy...
14/05/2024

Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılan “Yaşıl İnformasiya Texnologiyaları Həftəsi”nə start verildi. Sevindirici haldırki, tələbələrimiz olduqca aktivlik göstərərək bu festivala rəng qatırlar. Gözlərindəki parıltı, həyacan, MDU tələbəsi olmaq qüruru, bir sözlə hər şeyə möhtəşəmlik qatırdılar. “Yaşıl İnformasiya Texnologiyaları Həftəsi”də tələbələrimizin 4 layihəsinə mentorluq etdim. Hər bir komanda ilə çalışmaq, hər birinin düşüncəsini dinləmək olduqca fəxr hissi yaşadırdı.

1)Komandanın adı: Technowizard
Layihənin adı: Tachpadix
Mentor: Elvin MURADZADƏ

2)Komandanın adı: MDU_SAVİOR
Layihənin adı: SMART DETECTİON
Mentor: Elvin MURADZADƏ

3)Komandanın adı: CTF Team
Layihənin adı: CTF API
Mentor: Elvin MURADZADƏ

4)Komandanın adı: Nature Guardians
Layihənin adı: GREEN WEB
Mentor: Elvin MURADZADƏ

“Yaşıl İnformasiya Texnologiyaları Həftəsi” çərçivəsində tələbələrimiz və IT könüllülərimizlə bir daha qürur duydum. Sizlərin praktik bacarıqlarınızın artması üçün həmişə çalışacağıq.

Cənab prezident Ilham Aliyev !Atdığınız hər addım möhtəşəm zəkanın, uzaqgörənliyin təzahürüdür.Sizinlə fəxr edirik !!Min...
29/04/2024

Cənab prezident Ilham Aliyev !

Atdığınız hər addım möhtəşəm zəkanın, uzaqgörənliyin təzahürüdür.

Sizinlə fəxr edirik !!

Mingəçevir Dövlət Universiteti

Azərbaycan Respublikası Gənclər Fondunun və BP Azərbaycanın dəstəyi ilə həyata keçiriləcək müsabiqə iqlim dəyişiklikləri...
26/04/2024

Azərbaycan Respublikası Gənclər Fondunun və BP Azərbaycanın dəstəyi ilə həyata keçiriləcək müsabiqə iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin azaldılması istiqamətində tələbələrin innovativ layihə ideyalarının dəyərləndirilməsi məqsədi daşıyır. 🌎💡

Hakaton formatında həyata keçirləcək müsabiqə “Azərbaycan 2030” gündəliyinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinə əsaslanaraq qeyd edilmiş mili priroritetin reallaşdırılması üzrə nəzərdə tutulmuş məqsədlərə fokuslanacaq.

Qeyd etmək istəyirəmki, MDU Mühəndislik fakültəsi 2 komanda ilə təmsil olunur.
-Nature Guardians - MDU İnformasiya Texnologiyaları Kafedrası
-GreenTeam - MDU Fizika və ekologiya Kafedrası

Tələbələrimizə uğurlar arzu edirik.

Mingəçevir Dövlət Universiteti
Bir Könüllü
bp
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi
Azərbaycan Gənclər Fondu
Təhsilin İnkişafı Fondu

❗️Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndləri mayın 15-dək Azərbaycanın nəzarəti altına keçəcək.Qazaxı...
19/04/2024

❗️Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndləri mayın 15-dək Azərbaycanın nəzarəti altına keçəcək.

Qazaxın 4 kəndinin qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsidir.

Sizinlə fəxr edirik Cənab Ali Baş Komandan Ilham Aliyev !!!

Address

Azerbaijan, Mingachevir City
Mingechaur
4500

Telephone

+994706680663

Website

Alerts

Be the first to know and let us send you an email when Kibertəhlükəsizlik Klubu - MDU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kibertəhlükəsizlik Klubu - MDU:

Share