Kompüter formatı və Təmiri

Kompüter formatı və Təmiri Kompüter təmiri formatı proqramların yazılması

09/12/2022
KOMPÜTER FORMATI CƏMİ 15 AZN >PROQRAM TƏMİNATI PERSONALNİ VƏ NOTEBOOK-LAR ÜÇÜN >VİRUSLARIN TƏMIZLƏNMƏSİ >ANTİVİRUS YAZIL...
07/01/2022

KOMPÜTER FORMATI CƏMİ 15 AZN
>PROQRAM TƏMİNATI PERSONALNİ VƏ NOTEBOOK-LAR ÜÇÜN
>VİRUSLARIN TƏMIZLƏNMƏSİ
>ANTİVİRUS YAZILMASI
>INTERNETƏ QOŞULMA
>EVDƏ VE OFİSDƏ
ƏLAQƏ Telefon
+994 70 756 37 56 whatsapp
Ünvan: Lenkaran

06/01/2022

Notebook
Toshiba Satellite L875D-S7210 işlənmiş ehtiyat hissələri satılır
Display (Ekran).....17.3
Processor..... AMD Other A6-4400M
DVD-RW
Adapter və.s
Ana platadan başqa ehtiyat hissələri var
İstəyə görə evdə vəya ofisdə quraşdırıb təhvil verilir xidmət Lənkəran və Astara rayonlarında göstərilir münasib qiymət.
Əlaqə : +994707563756 whatsapp

03/01/2022
24/03/2018
hdd seagate 320gb70 azn
03/02/2018

hdd seagate 320gb

70 azn

Samsung Notebook Ac AdapterModel : ADP-60ZH D SEC P/N:AD-6019Rinput : 100-240v 1.5A 50-60HZoutput : 19v 3.16A qiymət - 4...
25/01/2018

Samsung Notebook Ac Adapter

Model : ADP-60ZH D SEC P/N:AD-6019R
input : 100-240v 1.5A 50-60HZ
output : 19v 3.16A

qiymət - 40 azn

Kompüterin qurğularıKompüter aşağıdakı qurğulardan təşkil olunmuşdur:Sistem bloku,Monitor,Klaviatura,Maus, (siçan).Əlavə...
25/01/2018

Kompüterin qurğuları

Kompüter aşağıdakı qurğulardan təşkil olunmuşdur:

Sistem bloku,

Monitor,

Klaviatura,

Maus, (siçan).

Əlavə qurğular (periferiya qurğuları):

Printer, (çap qurğusu)

Skaner,

Modem,

rəqəm videokamerası,

səs gücləndiriciləri və s.

Kompüterlər portativ variantda da istehsal olunur – "bloknot" (notebook). Burada sistem bloku, monitor və klaviatura bir korpusda qurulur: sistem bloku klaviaturanın altında, monitor isə klaviaturaya qapaq şəklində hazırlanır.

Monitor – informasiyanı əks etdirən qurğu.

Klaviatura – kompüterə məlumatı (verilənləri və əmrləri) daxil edən əsas xarici qurğulardan biri hesab olunur. Klaviaturanın köməyi ilə maşına istənilən simvolu (rəqəm, hərf, heroqriflər və s.) daxil etmək mümkündür.

Printer – kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək üçündür.

Skaner – kağız üzərində olan mətn və qrafik məlumatı kompyuterə daxil etmək üçündür. Kompyuterə çox zaman USB portu vasitəsi ilə qoşulur.

Multimedia – informasiyanın emalı texnologiyası olub, mətni, səsi, qrafiki, şəkli və animasiyanı kompyuter sistemində tam şəkildə birləşdirir.

Meynfreym – ümumi məqsədli yüksək məhsuldarlığa malik universal elektron-hesablama maşınıdır (EHM). Bu kompyuterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə olunur. Meynfreym kompyuterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını mərkəzləşdirilmiş qayda ilə həyata keçirən hesablama sistemlərində meynfreymlərdən istifadə olunur. Meynfreym kompyuterlərin istehsalı ilə IBM kimi nəhəng şirkətlər məşğul olur.

Sistem bloku

Kompyuterin sistem bloku sistem platası (ana plata) və ona qoşulmuş aşağıdakı hissələrdən təşkil olunmuşdur:

operativ yaddaş (RAM) modulları

mərkəsi prosessor və onun soyutma sistemi;

müxtəıif adapterlər;

Sərt disk qurğusu (Hard Disj Device- HDD);

Disket sürücüsü (Floppi Disk Drive- FDD);

CD-ROM (Compact Disk Read Only Memory);

CD-RW (Compact Disk Rewritable);

Səs platası (Sound Card);

Qida bloku;

Mərkəzi mikroprosessor – proqramları icra edən qurğudur. Prosessorun sürəti bir saniyədə onun yerinə yetirə biləcək əməliyyatların sayı ilə təyin edilir. Bu, bir çox amildən asılıdır. Onlardan takt tezliyini, bit sayını və mikroprosessorun arxitekturasını göstərmək olar.

Yaddaş qurğuları

İnformasiyanı yadda saxlamaq üçün yaddaş qurğularından istifadə olunur. Yaddaş qurğuları funksiyalarına görə müxtəlif olurlar:

Operativ yaddaş (Random Access Memory – RAM. Kompyuter söndürüldükdə operativ yaddaşda (OY) olan informasiya silinir.

Daimi yaddaş qurğusu (Read Only Memory – ROM) – yalnız oxumaq üçün istifadə olunan yaddaşdır. Burada kompyuterin əsas sistem proqram təminatı olan BIOS saxlanılır.

Disketləri (floppi) oxuyan qurğu- artıq istifadə olunmayan kiçik tutuma malik disketləri oxuyub-yazmaq üçün qurğu.

Virtual yaddaş – yerinə yetirilən proqram(lar)a tələb olunan OY-ın həcmi mövcud fiziki yaddaşdan çox olduqda diskdə təşkil olunan operativ yaddaş. Məsələn, fiziki mövcud olan OY-ın həcmi 32 Mbayt olduğuna baxmayaraq o, 4 Qbayta qədər virtual yaddaşdan istifadə edə bilər.

24/09/2017

Modem
Müasir dövrdə qlobal problemlərin həll edilməsində istifadəçilər İnternet elektron şəbəkələrindən istifadə etməyə böyük üstünlük verirlər. Belə dövrələrin köməyi ilə istifadəçi elektron poçtu ilə işləyə bilir, lokal şəbəkələrə daxil olur, faks vasitəsilə istənilən məlumatı ya göndərir, ya da lazımi səviyyədə əldə etmiş olur. Sadalanan işləri həyata keçirmək üçün kompüterə əlavə qurğu kimi mütləq modem və ya faks-modem (informasiya dəyişməsini təsvirlər formasında yerinə yetirən elektron qurğu) qurğusu istifadəçinin ixtiyarında olmalıdır.
Hal-hazırda adi modemlər istehsal olunmur, «modem» dedikdə, sadəcə olaraq faks-modem nəzərdə tutulur.
Modem - kompüter və telefon xətləri arasında rəqəmli elektrik siqnallarını analoq siqnallarına və ya əksinə avtomatik çevirən qurğudur. Bu çevrilmə onunla əlaqədardır ki, kompüter rəqəmli siqnallar ilə işlədiyi halda, telefon xətləri ancaq analoq siqnalları vasitəsilə işləyir. Texnikada rəqəmli siqnalların analoq siqnallarına çevrilməsinə modulyasiya, əks prosesə isə demodulyasiya deyilir. Analoq siqnalları üç parametrlə: amplitudası, tezliyi və fazası ilə səciyyələndirilir.
Müasir modemlərdə hər üç xüsusiyyətdən istifadə edilir. Modem iş prosesində kompüterdən üç bitə uyğun informasiya qəbul edir ki, birinci bit ilə amplitudaya, ikinci bit ilə tezliyə, üçüncü bit ilə isə fazaya uyğun analoji siqnalı xəttə göndərir. Göndərilmiş siqnallar modem-qəbuledici tərəfindən qəbul edilərək istifadəçiyə lazım olan şəkildə çatdırılır.
Modemin buraxma qabiliyyəti iki parametr: informasiyanın ötürülmə sürəti və informasiyanın tutumu ilə səciyyələndirilir. İnformasiyanın ötürülmə sürəti bod ilə ölçülür. Yəni, əgər modem saniyə ərzində analoq siqnalının xarakteristikasını 2400 dəfə dəyişirsə, deməli onun informasiyanı xəttə ötürmə sürəti 2400 boddur. İnforma­siyanın tutumu isə analoq siqnallarının sayı, yəni bit ilə təyin edilir.
Əgər iki modem arasında əlaqə yaratmaq lazımdırsa, hər iki modemin düzgün işləməsi üçün modemlərin səciyyəvi xüsusiyyətləri eyni olmalıdır. Əks halda, informasiya dəyişməsi modemlər arasında baş verməyəcəkdir.
Qeyd edək ki, telefon xətlərinin keyfiyyətsiz olması və ötürülən siqnalların maneələrə rast gəlməsi modemin iş xüsusiyyətinə, yəni siqnalların keyfiyyətli və sürətli ötürülməsinə xələl gətirir.
Kompüterə qoşulan modem göstərilən iki iş rejimindən birində ola bilər: verilənlərin ötürülməsi və əmrlər rejimi. Birinci rejimdə kompüterin modemə ötürdüyü siqnal analoq siqnalına çevrilərək telefon xətti ilə ötürülür. İkinci rejimdə isə kompüter tərəfindən xüsusi əmrlərin verilməsinə baxmayaraq, modem özü müstəqil işləyir, yəni simvollar ardıcılğını əmrə çevirir.
Modemlər istifadə olunan kompüterlərin tiplərindən asılı olaraq daxili (elektron lövhə şəkilində kompüterin daxilində yerləşdirilir) və xarici (fərdi kompü­terə ayrıca qurgu kimi qoşulur) olurlar.

Address

Azərbaycan
Lankaran
4200

Website

Alerts

Be the first to know and let us send you an email when Kompüter formatı və Təmiri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kompüter formatı və Təmiri:

Share