AzeriTech Group

AzeriTech Group "AzeriTech Group MMC", Azərbaycanda informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətdir.

Paylaşmağın, ehtiyacı olanlara əl tutmağın və birliyin ən ali zirvəsi olan bu gözəl gündə hər birinizə cansağlığı, ailə ...
27/05/2026

Paylaşmağın, ehtiyacı olanlara əl tutmağın və birliyin ən ali zirvəsi olan bu gözəl gündə hər birinizə cansağlığı, ailə xoşbəxtliyi və işlərinizdə sonsuz müvəffəqiyyətlər arzulayıram. Kəsdiyiniz qurbanlar, etdiyiniz dualar ali dərgahda qəbul olsun.

Qurban Bayramınız mübarək!

Gəncə Dövlət Universitestinin nəzdində Regional Kollec ilə "AzeriTech Group" MMC arasında "İNFORMASİYA TEXNOLOGİYALARI V...
10/03/2026

Gəncə Dövlət Universitestinin nəzdində Regional Kollec ilə "AzeriTech Group" MMC arasında "İNFORMASİYA TEXNOLOGİYALARI VƏ TƏHSİLİN İNKİŞAFI" haqqında imzalanmış strateji əməkdaşlıq müqaviləsinə əsasən Gəncə Dövlət Universitestinin nəzdində Regional Kollecin tələbələri üçün, "AzeriTech Group" MMC tərəfindən yeni start götürmüş onlayn "İT Engineer" (İnformasiya Texnologiyaları mühəndisi) tədris proqramına 20 nəfərlik 50% təqaüdlü təhsil imkanı yaradılmışdır.

Bu tədris proqramında tam 0-dan mütəxəssis səviyyəsinə 3 ay ərzində çatmaq mümkündür.

Bu tədris proqramının əsas üstünlükləri:
1. Bu sahənin mütəxəssisi tərəfindən keçirilən dərs
2. Hər bir tələbə üçün xüsusi şəxsi kabinet
3. Ayda iki dəfə olmaqla tam onlayn sınaq imtahanları
4. Daimi Mentor dəstəyi
5. Expert rəhbərliyi
6. Bitirmə haqqında tam rəsmi Sertifikat
7. Beynəlxalq CİSCO (İT Fundamental) sertifikatı imtahanında ödənişsiz işitirak

Bu fürsəti dəyərləndirərək gələcək karyerana sərmayə qoya bilərsən.
Daha çox məlumat üçün:
edu.azeritech.az
+994 55 267 81 88
edu.azeritech.az
əlaqə vasitələrindən istifadə edə bilərsiniz.

Başda şəhid anaları, bacıları olmaqla bütün Azərbaycan qadınlarını "AzeriTech Group" MMC adından Ümumdünya Qadınlar günü...
08/03/2026

Başda şəhid anaları, bacıları olmaqla bütün Azərbaycan qadınlarını "AzeriTech Group" MMC adından Ümumdünya Qadınlar günü münasibətilə təbrik edirik.

Gələcəyin parlaq simaları ilə bir arada! ✨  Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə tələbələrlə möhtəşəm...
03/03/2026

Gələcəyin parlaq simaları ilə bir arada! ✨ Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə tələbələrlə möhtəşəm bir görüş keçirdik. Gənclərimizin gözündəki öyrənmək eşqi və o bitib-tükənməyən enerji bizə bir daha göstərdi ki, gələcəyimiz etibarlı əllərdədir. Hər bir sual, hər bir baxış yeni bir ümiddir. Yolunuz açıq olsun, gənclər! 🚀📚

Bizə göstərilən dəstəyə görə Gəncə Dövlət Universitestinin nəzdində Regional Kollecin direktoru Xoşqədəm Xudiyevaya dərin təşəkkürümüzü bildiririk😍

"Gəncə Dövlət Universiteti nəzdində Regional Kollec və "AzeriTech Group" MMC arasında imzalanmış strateji əməkdaşlıq müq...
01/03/2026

"Gəncə Dövlət Universiteti nəzdində Regional Kollec və "AzeriTech Group" MMC arasında imzalanmış strateji əməkdaşlıq müqaviləsinin icrasına start verilir.

2 mart 2026-cı il tarixində kollecin akt zalında tələbə və müəllim heyəti ilə geniş tərkibli görüş keçiriləcək.

​Görüşün əsas məqsədi mart ayından etibarən başlayacaq peşəkar İT təlimləri, edu.azeritech.az portalı vasitəsilə həyata keçiriləcək rəqəmsal tədris prosesi və iyun ayına qədər nəzərdə tutulan internship (təcrübə) proqramı haqqında ətraflı məlumat verməkdir. Görüşdə gənclər üçün rəqəmsal dünyanın yeni qapıları açılacaq.

​Bütün tələbələri bu mühüm görüşdə iştirak etməyə və gələcək karyeraları üçün təqdim olunan imkanlardan yararlanmağa dəvət edirik."

Gələcəyin uğurlu cəmiyyətini formalaşdıran əsas qüvvə bilik, innovasiya və güclü tərəfdaşlıqlardır. Bu prinsipləri rəhbə...
24/02/2026

Gələcəyin uğurlu cəmiyyətini formalaşdıran əsas qüvvə bilik, innovasiya və güclü tərəfdaşlıqlardır. Bu prinsipləri rəhbər tutaraq Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecin direktoru Xoşqədəm Xudiyeva ilə AzeriTech Group MMC şirkətinin rəhbəri Rəsul Rəsulzadə arasında informasiya texnologiyaları və təhsilin inkişafı sahəsində strateji əməkdaşlıq müqaviləsinin imzalanması böyük qürur hissi doğurur.

​Bu mühüm əməkdaşlıq müasir təhsil mühitinin gücləndirilməsi, rəqəmsal bacarıqların inkişafı, innovativ tədris metodlarının tətbiqi və tələbələrin əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasına xidmət edir. Strateji tərəfdaşlıq yeni imkanlar, perspektiv layihələr və beynəlxalq səviyyədə rəqabətədavamlı mütəxəssislərin yetişdirilməsi üçün möhkəm zəmin yaradır.

AzeriTech Group MMC tərəfindən təşkil edilmiş ödənişsiz “Network and Server Infrastructure” kursu çərçivəsində yekun imt...
15/01/2026

AzeriTech Group MMC tərəfindən təşkil edilmiş ödənişsiz “Network and Server Infrastructure” kursu çərçivəsində yekun imtahanın vaxtı təyin edilib. İmtahan 30 yanvar 2026-cı il tarixində, saat 20:00-da onlayn formatda keçiriləcəkdir.

İmtahan kurs müddətində iştirakçılar tərəfindən əldə olunmuş nəzəri bilik və praktiki bacarıqların qeyri-subyektiv və sistemli qiymətləndirilməsi məqsədilə təşkil olunmuşdur.

***a

Azərbaycan Texnologiya Universitetində “İT Helpdesk” proqramının təqdimatı uğurla keçirildi. Tədbir zamanı proqramın əsa...
18/12/2025

Azərbaycan Texnologiya Universitetində “İT Helpdesk” proqramının təqdimatı uğurla keçirildi. Tədbir zamanı proqramın əsas xüsusiyyətləri və tələbələr üçün yaratdığı karyera imkanları haqqında məlumat verildi. Göstərilən dəstəyə görə Azərbaycan Texnologiya Universitetinin rəhbərliyinə təşəkkür edirik.

🚀 AzeriTech Group MMC-nin rəsmi saytı tam istifadəyə verildi!Məmnuniyyətlə bildiririk ki, AzeriTech Group MMC-yə məxsus ...
18/12/2025

🚀 AzeriTech Group MMC-nin rəsmi saytı tam istifadəyə verildi!

Məmnuniyyətlə bildiririk ki, AzeriTech Group MMC-yə məxsus rəsmi veb-sayt artıq tam funksional şəkildə istifadəyə təqdim olunub.

💻 Saytda nələr var?
✅ Şirkət və xidmətlər haqqında ətraflı məlumat
✅ IT və texnoloji həllər üzrə təqdimatlar
✅ Gələcək layihələr üçün nəzərdə tutulmuş bölmələr
✅ Sadə, müasir və istifadəçi dostu interfeys

Bu addım müştərilərimiz və tərəfdaşlarımız üçün daha şəffaf, sürətli və əlçatan kommunikasiya imkanı yaradır.

📌 Saytımızla tanış olun və bizi izləmədə qalın – yeniliklər davam edəcək!

Address

Gəncə, Azərbaycan
G***a
AZ2018

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when AzeriTech Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share