26/05/2026
Daha bir qrup ilə CISCO CCNA dərslərimizin sonuna gəldik.
Bu müddət ərzində tələbələrimiz şəbəkə texnologiyalarının əsaslarını öyrənərək routing, switching, IP addressing, VLAN, STP, OSPF, ACL, NAT və digər vacib mövzular üzrə həm nəzəri, həm də praktiki biliklər əldə etdilər.
Hər bir dərsimizdə məqsədimiz yalnız imtahana hazırlaşmaq deyil, eyni zamanda tələbələrimizi real iş mühitinə uyğun şəkildə inkişaf etdirmək idi. Tələbələrimizin göstərdiyi maraq, əzm və davamiyyət bizi çox sevindirdi.
Qeyd edək ki qrupda Azərbaycanlı tələbələr ilə yanaşı Türkiyədən və Almaniyadan qoşulan tələbələrimizin də olması, bizi biraz da qürurlandırdı.
İnanırıq ki, bu biliklər onların gələcək IT karyerasında möhkəm bir başlanğıc olacaq. Qarşıda onları yeni uğurlar, sertifikatlar və peşəkar nailiyyətlər gözləyir.
Bütün tələbələrimizə gələcək həyatlarında və karyeralarında uğurlar arzu edirik.
Yeni başlanğıclarınız uğurlu olsun!
UĞUR IT ACADEMY