20/09/2026
Elan platforması deyil. Rəqəmsal marketplace ekosistemi.
Webify olaraq alal.az üçün istifadəçi təcrübəsi, funksionallıq və genişlənə bilən platforma arxitekturasını bir araya gətirən müasir rəqəmsal həll hazırladıq.
Platformanın əsas məqsədi alıcı və satıcıları vahid ekosistemdə birləşdirmək, məhsul və xidmətlərin daha rahat kəşf edilməsini və elanların effektiv şəkildə idarə olunmasını təmin etməkdir.
Layihədə:
• Çoxkateqoriyalı elan sistemi
• Güclü axtarış və filtr mexanizmi
• Premium elan sistemi
• Video elanlar və video axını
• Satıcı profilləri və mağazalar
• Biznes istifadəçiləri üçün rəqəmsal vitrin
• Elanların idarə edilməsi
• Məhsul və xidmətlərin kateqoriyalara bölünməsi
• İstifadəçi yönümlü interfeys
• Responsive və mobil uyğun struktur
• Statistik və analitik imkanlar
Platformanın biznes tərəfi üçün isə mağaza vitrini, reklam imkanları, analitika və biznes istifadəçilərinə yönəlik əlavə funksionallıqlar nəzərdə tutulub.
Bizim üçün bu layihə sadəcə vebsayt hazırlamaq deyil.
Mürəkkəb biznes proseslərini istifadəçi üçün sadə, sürətli və intuitiv rəqəmsal təcrübəyə çevirməkdir.
alal.az — Webify tərəfindən hazırlanmış rəqəmsal platforma.
🌐 alal.az