25/02/2026
Portfolio Post – SaytYarat
birbina.az layihəsini SaytYarat olaraq sıfırdan planladıq, dizayn etdik və funksional bir daşınmaz əmlak platforması kimi həyata keçirdik. Layihə həm istifadəçi rahatlığına, həm də biznes miqyaslanmasına fokuslanıb.
🔧 Texniki və funksional imkanlar:
• Alqı-satqı, kirayə və günlük icarə üçün əmlak listinqləri
• Yeni tikili, köhnə tikili, həyət evi, ofis, torpaq və s. üzrə kateqoriyalar
• Rayon, metro və nişangah əsasında inkişaf etmiş axtarış və filtr sistemi
• Yaşayış kompleksləri üçün ayrıca kataloq və xəritə üzərindən baxış
• İpoteka ilə alına bilən əmlaklar üçün xüsusi bölmə
• Agentliklər üçün ayrıca profil və kataloq strukturu
• Elan yerləşdirmə sistemi (satıram / kirayə verirəm axını)
• Şəxsi kabinet, seçilmiş elanlar (favorilər) və istifadəçi idarəetməsi
• AZ / RU dil dəstəyi ilə lokalizasiya
• Premium elan və paket strukturu üçün hazır monetizasiya altyapısı
• Mobil və desktop üçün tam responsiv UX/UI
• SEO-yönümlü struktur və performans optimizasiyası
Bu layihədə məqsədimiz — kompleks funksionallığı sadə istifadəçi təcrübəsi ilə birləşdirmək idi.
Sizin üçün də bu səviyyədə platforma qurmaq mümkündür.
.az .az