24/08/2026
Biz inanırıq ki, ölkəmizin gələcəyi bu gün öz biliyi, zəhməti və marağı ilə seçilən parlaq gənclərlə formalaşır. Murad Qasımov, Əsma Bədəlova, Lalə Salehova və Əzim Hacıyev də məhz belə gənclərdəndir!
Biz də B2B Group olaraq onların seçdiyi bu yolda yanlarında olmaqdan, təhsil və inkişaflarına dəstək verməkdən məmnunuq. Çünki parlaq bir gəncə doğru zamanda verilən dəstək, gələcəkdə böyük uğurların başlanğıcına çevrilə bilər.
Bu gənclərin hekayələri paylaşmaqla ölkəmizin müxtəlif bölgələrində yetişən istedadlı gəncləri daha yaxından tanıtmaq və onların uğurlarını birlikdə qeyd etmək istəyirik.
🧑🎓 Murad müxtəlif illərdə riyaziyyat, STEM, bilik və informatika yarışlarında yüksək nəticələr göstərib, Respublika Fənn Müsabiqəsinin final mərhələsinə qədər irəliləyib.
👩🎓 Əsma riyaziyyat və informatika üzrə müxtəlif olimpiadalarda medal və final nəticələri əldə edib. Ötən il Azercell Cup proqramlaşdırma müsabiqəsində final iştirakçısı olan Əsma bu il Respublika Fənn Olimpiadasında informatika üzrə gümüş medal qazanıb.
👩🎓Lalə riyaziyyat və informatika istiqamətində müxtəlif müsabiqə və olimpiadalarda uğurlu nəticələr göstərib. Ötən il Azercell Cup-da bürünc medal qazanan Lalə bu il Respublika Fənn Olimpiadasının final mərhələsində iştirak edib.
🧑🎓 Əzim isə həm yerli, həm də beynəlxalq olimpiadalarda ardıcıl uğurları ilə fərqlənib. Ötən il Azercell Cup-da gümüş medal qazanan Əzim bu il Respublika Fənn Olimpiadasında informatika fənni üzrə qızıl medal əldə edib. Bu nəticə Naxçıvan təhsili üçün də xüsusilə əlamətdardır, çünki Əzim Naxçıvan üzrə RFO-da qızıl medal qazanan ilk şagird olub.
Biz bu dörd şagirdin timsalında ölkəmizin müxtəlif bölgələrində öz potensialını inkişaf etdirmək, öyrənmək və daha böyük hədəflərə çatmaq üçün çalışan bütün uşaqlara inanırıq və bu potensialın davamlı inkişafına şərait yaradan imkanları dəstəkləməkdəyik.