Az-Security Team

Az-Security Team Az-Security Hack Team`in Rəsmi Səhifəsi Az Security Hack Team Haqqındakı Yeniliklər Burda Paylaşılacaq

Xocalı faciəsindən 24 il keçir.Şəhid olan bütün bacı və qardaşlarımıza Allahdan rəhmət diləyirik.UNUTMADIQ! UNUTDURMAYAC...
26/02/2016

Xocalı faciəsindən 24 il keçir.
Şəhid olan bütün bacı və qardaşlarımıza Allahdan rəhmət diləyirik.
UNUTMADIQ! UNUTDURMAYACAĞIQ!

Azərbaycanlı hakerlər 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı olaraq 100-dən çox erməni və rus saytını dağıdıblar....
20/01/2016

Azərbaycanlı hakerlər 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı olaraq 100-dən çox erməni və rus saytını dağıdıblar. Özlərini "Az-Security Team" kimi təqdim edən hakerlər məlumatda bildiriblər ki, dağıdılan saytlarda 20 Yanvar faciəsi barədə məlumat , fotolar və Azərbaycan Ordusunun gücünü özündə əks etdirən videoçarx yerləşdirilib.

http://www.bizimyol.info/news/70941.html

Bizim Yol

ŞƏHİDLƏRİMİZİ ehtiramla yad edirik!ALLAH RƏHMƏT ELƏSİN!
19/01/2016

ŞƏHİDLƏRİMİZİ ehtiramla yad edirik!
ALLAH RƏHMƏT ELƏSİN!

Bu gün Azərbaycan Respublikasının Dövlət bayrağı günüdür! Az-Security Team olaraq hər kəsi təbrik edirik.
09/11/2015

Bu gün Azərbaycan Respublikasının Dövlət bayrağı günüdür!
Az-Security Team olaraq hər kəsi təbrik edirik.

1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük iş...
26/06/2015

1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdü. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Ordu quruculuğu məsələsi çox çətin və mürəkkəb bir prosesdir. AXC yarananda Azərbaycanda milli ordu deyilən bir şey yox idi. Ordusuz dövlət yaşaya bilməz. O vaxt isə vəziyyət olduqca gərgin idi. Gənc Azərbaycan Xalq Cümhuriyyətini parçalamaq, onun ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər açıqdan-açığa öz məkrli fikirlərini bildirirdilər.

Milli dövlətin meydana gəldiyi ilk gündən Ermənistan öz ərazisini Azərbaycan ərazisi hesabına genişləndirmək üçün silahlı cəhdlər göstərməyə başladı.

AXC hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilib.

1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.

Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Bugün baş vermiş yanğında dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik.
19/05/2015

Bugün baş vermiş yanğında dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik.

09/05/2015

Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.
Qeyd edək ki, 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da, bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hi**er Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da – Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.
Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.
Böyük Vətən müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

Xocalı faciəsindən 23 il keçir.1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankən...
25/02/2015

Xocalı faciəsindən 23 il keçir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.
Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: uşaqlar - 63 nəfər; qadınlar - 106 nəfər; qocalar - 70 nəfər 8 ailə tamamilə məhv edilmişdir; 25 uşaq hər iki valideyninin itirmişdir; 130 uşaq valideynlərindən birini itirmişdir;
487 nəfər yaralanmışdır, onlardan: uşaqlar - 76 nəfər; 1275 nəfər əsir götürülmüşdür: 150 nəfər İtkin düşmüşdür: Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld.rub dəyərində ziyan vurulmuşdur:
Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.
Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: uşaqlar - 63 nəfər; qadınlar - 106 nəfər; qocalar - 70 nəfər 8 ailə tamamilə məhv edilmişdir; 25 uşaq hər iki valideyninin itirmişdir; 130 uşaq valideynlərindən birini itirmişdir;
487 nəfər yaralanmışdır, onlardan: uşaqlar - 76 nəfər; 1275 nəfər əsir götürülmüşdür: 150 nəfər İtkin düşmüşdür: Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld.rub dəyərində ziyan vurulmuşdur:
Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.
Şəhid olan bütün bacı və qardaşlarımıza Allahdan rəhmət diləyirik.
UNUTMADIQ! UNUTDURMAYACAĞIQ!

31/01/2015
20 Yanvar - 1990 Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən ...
19/01/2015

20 Yanvar - 1990 Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 25 il keçir.20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyünü anladı və buna qarşı çıxdı.Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək insan yaralandı və 800-dən çox adam qanunsuz həbs edildi. Şəhid olan bütün bacı və qardaşlarımıza Allah rəhmət etsin.

Amin! UNUTMAYAQ! UNUTDURMAYAQ!

31/12/2014

Bütün Dünya Azərbaycanlılarını Həmrəylik Günü Münasibətilə Təbrik Edirik.

Address

Baku
10001

Alerts

Be the first to know and let us send you an email when Az-Security Team posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Az-Security Team:

Share