24/08/2026
Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən Regional nümayəndəliyi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar tədbir keçirilib.
Kitabxananın əməkdaşı tədbir iştirakçılarına "Şəhərsalma və Memarlıq ili" mahiyyəti haqqında məlumat verib.
Bildirib ki, Azərbaycanın çoxəsrlik şəhərsalma mədəniyyətinin yaşadılması və müasir mütərəqqi yanaşmaların tətbiqi məqsədilə həyata keçirilən layihələr nəzərdə tutulub. Çıxış edənlər vurğulayıblar ki, həyata keçirilən layihələr nəticəsində şəhərlərimiz daha gözəl, müasir, yaşıl və insanların rahat yaşayacağı məkanlara çevriləcək.
Azərbaycanın işğal altında qalmış ərazilərində uzun illər ərzində şəhər və kəndlərimizə, tarixi-mədəni abidələrimizə, dini və memarlıq irsimizə böyük ziyan vurulmuşdur. Qarabağ və Şərqi Zəngəzurda yerləşən bir çox yaşayış məntəqələri dağıdılmış, evlər, məktəblər, xəstəxanalar, kitabxanalar və digər sosial obyektlər məhv edilmişdir.
Bu baxımdan "Şəhərsalma və Memarlıq İli" həm də dağıntıların yerində müasir, təhlükəsiz və dayanıqlı yaşayış məkanlarının yaradılması istiqamətində görülən işlərin əhəmiyyətini bir daha nümayiş etdirir.